Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » CƏMİYYƏT

Cəbhə bölgəsində xidmət edən polislərlə görüş keçirilib (VIDEO)

14 İyun 2018, 14:03 (GMT +4)

Bakı, 14 iyun, SalamNews. Ağdam və Tərtər rayonlarında polis əməkdaşları ilə görüşlər keçirib.

Görüşlər “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan polisinin 100 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsi” adlı layihə çərçivəsində baş tutub.

Tərtər rayon Polis Şöbəsində baş tutan tədbirdə çıxış edən ictimai birliyinin sədri, Avtosfer.az portalının baş redaktoru Elməddin Muradlı qarşıdan gələn 2 İyul Polis günü münasibətilə polis əməkdaşlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Təşkilat sədri qeyd edib ki, Tərtər rayonu cəbhəboyu zonada yerləşir və burada aprel döyüşləri zamanı polislər gecə-gündüz səngərdə əsgərlərlə birlikdə olub.

E.Muradlı bildirib ki, cəbhəboyu zonada yaşayan insanlar həssas olur və bu səbəbdən də polis əməkdaşları insanlarla ünsiyyətdə daha diqqətli olmalıdırlar. Polislər həm cəmiyyətdə, həm də sosial şəbəkələrdə davranışlarına fikir verməlidir: “Bəzən polis əməkdaşları özlərini sosial şəbəkələrdə sadə insanlar kimi aparır, neqativ hallara yol verirlər. Bir nəfər polis əməkdaşının səhvini bütün polislərə ləkə kimi qəbul edən insanlar var. Məhz onlar bu cür neqativ məlumatları dayanmadan sosial şəbəkələrdə paylaşır, polisin nüfuzuna xələl gətirirlər.

Polisin nüfuzunu qorumaq üçün hər bir əməkdaş öz hərəkətlərinə, davranışlarına, eləcə də vətəndaşlarla münasibətinə son dərəcə diqqətlə yanaşmalıdır. Bəzən polislər mobil telefonla xidmət zamanı lazımsız foto və videolar çəkirlər, bir-biri ilə zarafatlar edirlər. Telefon xarab olur və onu təmir etmək üçün ustaya verirlər. Ustalar da həmin görüntüləri ələ keçirib sosial şəbəkələrdə yayırlar. Kiçik bir səhv illərlə çəkilən zəhmətə son qoyur. Tanımadığınız insanlarla səmimi söhbətlər edib sonradan onların əsirinə çevrilməyin, şantaj obtekti olmayın”.

Tədbirdə çıxış edən hüquqşünas Ərşad Hüseynov da polis əməkdaşlarını təbrik edib. O, Qarabağ müharibəsində iştirak etmiş və həlak olmuş polis əməkdaşlarının xatirəsini anıb və ümid etdiyini bildirib ki, yenidən müharibə başlasa hazırda daxili işlər orqanlarında xidmət edən əməkdaşlar şəhid və qazi olan həmkarlarının qisasını alacaq və ən azı onlar qədər rəşadət göstərərək torpaqların işğaldan azad olunmasına çalışacaqlar.

Ə.Hüseynov da polis əməkdaşlarının vətəndaşlarla ünsiyyət zamanı diqqət yetirməli olduğu məqamlara toxunub, qanunvericiliyin tələblərindən danışıb və onları maraqlandıran suallara cavab verib. Polis əməkdaşları əsasən vətəndaşlarla ünsiyyət zamanı yaranan müəyyən ziddiyətli məqamları diqqətə çatdıraraq Ərşad Hüseynovun hüquqşünas kimi fikirlərini dinləyiblər.

Daha sonra Ağdam şəhərində keçirilən görüş də maraqla qarşılanıb. Polis əməkdaşları "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinə, eləcə də "Digesta" hüquq firmasının rəhbəri, hüquqşünas Ərşad Hüseynova onları yada salıb görüşə gəldikləri üçün təşəkkür ediblər.

Burada da çıxış edən Elməddin Muradlı bildirib ki, cəbhə zonasında ən qaynar nöqtələrdə xidmət edən polislərin işi ağır və məsuliyyətli, eyni zamanda şərəflidir.

O, qeyd edib ki, burada polis əməkdaşları həm polis, həm də əsgər kimi xidmət edirlər və bu da bizi çox sevindirir: “Biz həm əsgərlərimizə, həm də polislərə çox güvənirik. Çünki onlar daim əsgərlərlə çiyin-çiyinə döyüş bölgəsində xidmət aparırlar. Əsgərlərimiz səngərdə düşmənlə üz-üzə dayandığı kimi polislər də cəmiyyətə düşmən kəsilən cinayətkarlara qarşı mübarizə aparırlar. Həmçinin əhalinin sabit, firavan və inamlı şəkildə öz doğma yurdlarında yaşamasına şərait yaradırlar”.

Görüş zamanı onda qeyd olunub ki, Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişi ilə Ağdamda 17 polis bölməsi yaradılıb, bu da da əhalinin polisə olan inamını artırır. Çünki hər hansı bir hadisə baş verdikdə, atəşkəs pozulduqda əhali güvənc yeri kimi məhz həmin bölmələrə gəlir, polislərin əhatəsində özlərini güvəndə hiss edirlər.

Hüquqşünas Ərşad Hüseynov isə görüşdə iştirak edən polislərə öz tövsiyələrini verib, onları maraqlandıran suallara, eləcə də yol hərəkəti qaydaları barədə ziddiyyətli məqamlara aydınlıq gətirib, işlərində uğurlar arzulayıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir

Yol polisi Astarada reyd keçirib

Polis Nardaranda əməliyyat keçirib

Azərbaycan polisi qış geyiminə keçib

BŞBPİ: İtkin düşən şəxsin polis tərəfindən saxlanılması  barədə fikirlər həqiqəti əks etdirmir

Yəmənli yol polisi Əli İsanın cərimələndirmə üslubu dünyanın diqqətini cəlb edib (FOTO)

Göygöldə meşədə polisə hücum edilib

Göygöldə polisə müqavimət göstərən 2 nəfər zərərsizləşdirilib

Bakı polisi turistin itirdiyi portmanatı taparaq sahibinə qaytarıb

Qəndəhar valiliyinə hücum edilib – Bir general və polis rəisi öldürülüb

Türkiyə polisi Kaşıkçının cəsədini tapmaq üçün hərəkətə keçib

Dünya ictimaiyyəti Türkiyə polisinin qərarını gözləyir – Səudiyyə konsulunun evi axtarılıb

Nardaran sakini tapdığı silahı polisə təhvil verib

Səudiyyə konsulu Türkiyə polisinin təftişindən öncə ölkəni tərk edib

Türkiyə polisi Səudiyyə konsulluğundan sonra konsulun evinə də baxış keçirəcək

Dövlət Yol Polisi sürücülərə müraciət edib

Qızılağac qoruğunda polisləri hədələyən şəxslər saxlanılıb

Yol polisi taksi fəaliyyəti ilə məşğul olanlara ciddi xəbərdarlıq edib

ABŞ-da naməlum şəxs polislərə atəş açıb, ölən və yaralananlar var

Yol Polisi növbəti maarifləndirici tədbir keçirib (VİDEO)

19 Noyabr 2018, 18:30 (GMT +4)
ETSN: Ölkə üzrə 136 minə yaxın ağac tingi paylanılıb

19 Noyabr 2018, 18:22 (GMT +4)
Bakıda turizm sahəsində ilk dəfə startup yarışı keçirilib 

19 Noyabr 2018, 18:02 (GMT +4)
Təbiətə 32000 manat məbləğində ziyan dəyib - nazirlik

19 Noyabr 2018, 17:56 (GMT +4)
Ağcabədidə brakonyerlər saxlanılıblar

19 Noyabr 2018, 17:50 (GMT +4)
Vladimir Putin: Rusiya Türkiyə ilə ticarət həcmini 100 milyard dollara yüksəldəcək

19 Noyabr 2018, 17:44 (GMT +4)
AMŞ ilə Rusiya Jurnalistlər İttifaqı arasında Memorandum imzalanıb

19 Noyabr 2018, 17:34 (GMT +4)
Bakıda və regionlarda qəssablara qarşı reydlər keçirilir

19 Noyabr 2018, 17:27 (GMT +4)
Nazirliyin 100 illiyi ilə əlaqədar jurnalistlər üçün müsabiqə elan olunub

19 Noyabr 2018, 17:15 (GMT +4)
Afrində radikal qruplaşmanın onlarla üzvü təslim olub (VIDEO)

19 Noyabr 2018, 17:05 (GMT +4)
Xüsusi siniflərdə dərs deyən müəllimlər üçün seminar təşkil olunub

19 Noyabr 2018, 16:50 (GMT +4)
"Türk axını" Türkiyə və Rusiya arasındakı əməkdaşlıq səviyyəsinin göstəricisidir - Ərdoğan

19 Noyabr 2018, 16:36 (GMT +4)
Son 7 ildə ilk dəfə olaraq – İordaniya Parlamenti deputatları Dəməşqə gediblər

19 Noyabr 2018, 16:31 (GMT +4)
Azərbaycan və Belarus prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər

19 Noyabr 2018, 16:25 (GMT +4)
Vladimir Putin Türkiyəyə səfər edib

19 Noyabr 2018, 16:14 (GMT +4)
Azərbaycan-Belarus sənədləri imzalanıb 

19 Noyabr 2018, 15:56 (GMT +4)
“İrəli”nin keçirdiyi yarışların rayon üzrə qalibləri müəyyənləşib

19 Noyabr 2018, 15:52 (GMT +4)
Amerikanın burnunu yerə sürtəcəyik – Həsən Ruhani

19 Noyabr 2018, 15:50 (GMT +4)
Energetika naziri “Türk axını” ilə bağlı mərasimdə iştirak edəcək

19 Noyabr 2018, 15:44 (GMT +4)
Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə görüşü olub 

19 Noyabr 2018, 15:37 (GMT +4)
Almaniya Kaşıkçı cinayəti ilə bağlı 18 Səudiyyə Ərəbistanı vətəndaşına sanksiya tətbiq edəcək

19 Noyabr 2018, 15:33 (GMT +4)
Dövlət Komitəsində italiyalı diplomat Mario Rafaelli ilə görüş olub

19 Noyabr 2018, 15:24 (GMT +4)
Həsən Ruhani: İran ABŞ-ın təzyiqlərinə boyun əyməyəcək

19 Noyabr 2018, 15:20 (GMT +4)
BDU-nun doktorantı elmi məqalə müsabiqəsində II yerin qalibi olub

19 Noyabr 2018, 15:12 (GMT +4)
MilliNet2018 münsiflərinin yeni tərkibi təsdiqlənib

19 Noyabr 2018, 15:05 (GMT +4)
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu həftə Mərdəkandadır

19 Noyabr 2018, 14:56 (GMT +4)
ASA Hüquq komitəsinin növbədənkənar görüşü keçirilib

19 Noyabr 2018, 14:50 (GMT +4)
“CinemaPlus”da azərbaycan dilində yeni cizgi filminin nümayişi keçirilib

19 Noyabr 2018, 14:43 (GMT +4)
Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri bəlli olub

19 Noyabr 2018, 14:39 (GMT +4)
İslam dünyasında Peyğəmbərin mövludu ilə bağlı vəhdət həftəsinə start verilib

19 Noyabr 2018, 14:37 (GMT +4)
"Nənə-baba və baldan şirin nəvələr” adlı yeni layihəyə start verilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66