Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » SİYASƏT

Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

14 İyun 2018, 14:25 (GMT +4)

Bakı, 14 iyun, SalamNewsAzərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 15 İyun - Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. 

 SalamNews xəbər verir ki, təbrikdə deyilir: 

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər və matroslar!

Sizi 15 İyun - Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

Milli-mənəvi dəyərlərimiz, dövlətçilik ənənələrimiz tarixin ən sərt dönəmlərində də qorunub saxlanılmışdır. Xalqımız digər milli, dini bayramlar kimi müqəddəs Ramazan bayramını da həmişə böyük istəklə, sevgi ilə qeyd edib. Xeyirxah əməllər naminə birliyə, qardaşlıq və bərabərliyə çağıran, mənəvi saflığa, dostluğa, həmrəyliyə söykənən, ailələrə sevinc, məhəbbət və şadlıq gətirən Ramazan bayramı sülhün, əmin-amanlığın təzahürüdür.

Azərbaycan müstəqilliyə yenidən nail olduqdan sonra, bərpa edilən dövlətçiliyimiz xalqa öz bayramlarını təmtəraqla qeyd etməyə imkan yaratdı. Xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində ölkəmiz ictimai-siyasi böhrandan, xaosdan xilas oldu və respublikamızın hərtərəfli inkişafı istiqamətində dönüş yarandı.

Böyük tarixi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan beynəlxalq layihələr Azərbaycanın iqtisadi qüdrətinin yüksəldilməsində mühüm rol oynadı.

Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyini, sarsılmazlığını, dönməzliyini sübut edən ulu öndər Heydər Əliyevin prinsipial və dönməz siyasəti ölkənin ordu quruculuğuna da əvəzsiz töhfələr verdi. Müstəqilliyimizin, dövlətçiliyimizin dayağı və qarantı olan müasir Azərbaycan Ordusunun banisi ümummilli lider Heydər Əliyevin başladığı ordu quruculuğu siyasəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, nizami ordumuzun hərbi qüdrəti gündən-günə artır.

Əminəm ki, Azərbaycan Ordusunun şəxsi heyəti ümummilli liderimiz Heydər Əliyevin ideyalarına və Hərbi anda sadiq qalaraq, nizamnamələrin tələblərinə uyğun xidmət edəcək, döyüş və mənəvi-psixoloji hazırlığını artırmaqla Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə torpaqlarımızın işğaldan azad olunmasını təmin edəcəkdir.

15 İyun - Milli Qurtuluş Günü və müqəddəs Ramazan bayramı münasibətilə sizi bir daha ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə uğurlar arzulayıram.

Bayramınız mübarək olsun!".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

24 İyun 2018, 10:20 (GMT +4)
Bu gün Əbülfəz Elçibəyin anadan olmasından 80 il ötür

24 İyun 2018, 10:00 (GMT +4)
Türkiyədə prezident və parlament seçkilərində səsvermə başlanıb

23 İyun 2018, 19:16 (GMT +4)
Müdafiə sənayesi naziri Yavər Camalov dünyasını dəyişib

23 İyun 2018, 18:06 (GMT +4)
Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azərbaycana gəlib

23 İyun 2018, 16:58 (GMT +4)
Əmək və əhalinin sosial müdafiəsi naziri Şirvanda bərpa müalicə xidmətləri ilə tanış olub

23 İyun 2018, 16:50 (GMT +4)
Baş nazirin yanında pambıqçılığın inkişafı ilə əlaqədar müşavirə keçirilib

23 İyun 2018, 16:45 (GMT +4)
Anım və Hüzn Günü münasibətilə azərbaycanlılar Moskvada və Moskva vilayətində silsilə tədbirlər keçiriblər (FOTOLENT)

23 İyun 2018, 16:40 (GMT +4)
Maşınqayırma sənayesi işçiləri təltif edilib

23 İyun 2018, 16:34 (GMT +4)
Vəhşi tülküyə işgəncə verən şəxs 500 manat məbləğində cərimələnib

23 İyun 2018, 16:23 (GMT +4)
Azərbaycanda dəniz nəqliyyatı işçiləri təltif olunublar

23 İyun 2018, 16:14 (GMT +4)
Dəniz nəqliyyatı işçilərinə Prezidentin fərdi təqaüdü ayrılıb

23 İyun 2018, 16:10 (GMT +4)
Ön xətdə yerləşən hərbi hissələrdə bayram tədbirləri keçirilib

23 İyun 2018, 15:57 (GMT +4)
DMX rəisi AmCham-ın nümayəndələri ilə görüşüb

23 İyun 2018, 15:43 (GMT +4)
Yunan əsgərləri türk gəmisinə atəş edib, xəsarət alan var

23 İyun 2018, 15:31 (GMT +4)
Prezident İlham Əliyev Mozambik prezidentini təbrik edib

23 İyun 2018, 15:20 (GMT +4)
Ukraynada Azərbaycan Ticarət Evi açılıb

23 İyun 2018, 15:04 (GMT +4)
Səhiyyə işçilərinə fəxri adlar verilib

23 İyun 2018, 14:56 (GMT +4)
Mehdi Hüseynzadənin 100 illiyi keçiriləcək

23 İyun 2018, 14:40 (GMT +4)
Azərbaycandan Ukrayna iqtisadiyyatına 362 milyon dolla investisiya yatırılıb

23 İyun 2018, 14:28 (GMT +4)
Prezident Əkif Əlizadə ilə bağlı sərəncam imzalayıb

23 İyun 2018, 14:17 (GMT +4)
Bakı-Tbilisi-Qars dəmir yolu ilə Rusiyadan Qarsa taxıl daşınıb

23 İyun 2018, 14:08 (GMT +4)
Azərbaycanda şimşək çaxacaq, leysan yağacaq

23 İyun 2018, 13:57 (GMT +4)
Sumqayıt məktəbliləri “Bakcell”in “Təhlükəsiz İnternet” xidməti ilə tanış olublar

23 İyun 2018, 13:42 (GMT +4)
Beynəlxalq layihədə “İrəli” gəncləri iştirak edir

23 İyun 2018, 13:34 (GMT +4)
Almanların 40 faizdən çoxu Angela Merkelin kansler postunu tərk etməsini istəyir

23 İyun 2018, 13:27 (GMT +4)
Azərbaycan və Ermənistanın XİN başçıları görüş barədə razılığa gəlib

23 İyun 2018, 13:11 (GMT +4)
Cənubi Koreya və KXDR bölünmüş ailələrin görüşü barədə razılığa gəlib

23 İyun 2018, 12:53 (GMT +4)
"Sumqayıt" klubuna yeni məşqçi təyin olunub

23 İyun 2018, 12:44 (GMT +4)
Dövlət Komitəsinin sədri Gəncədə məcburi köçkünlərlə görüşüb

23 İyun 2018, 12:35 (GMT +4)
Yunanıstanın baş naziri ilk dəfə qalstuk taxıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66