Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » SİYASƏT

XİN: Dağlıq Qarabağda yaradılan qondarma rejim hərbi təcavüz və qanlı etnik təmizləmənin nəticəsidir

14 İyun 2018, 16:36 (GMT +4)

Bakı, 14 iyun, SalamNews. "Bu ilin may ayında Ermənistan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyi bu ölkə tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejim adından BMT-də sənəd yayıb. Bundan əvvəl də Ermənistanın BMT yanında Nümayəndəliyi tərəfindən bənzər addımlar atılmışdı".

SalamNews xəbər verir ki, bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Ermənistan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyi tərəfindən BMT-də işğal olunmuş ərazilərimizdə yaratdığı qondarma rejim adından sənədlərin yayılması ilə əlaqədar məlumatı şərh edən XİN rəsmisi vurğulayıb ki, bu məsələdə də Ermənistanın BMT yanında Nümayəndəliyi saxtakarlıq və BMT üzv dövlətlərini aldatmağa cəhd etmək yolunu seçib: "Belə ki, Ermənistanın BMT yanında Nümayəndəliyi tərəfindən göndərilən məktuba qondarma rejim adından hər hansı bir sənəd əlavə edilir. Sonra bu Ermənistan KİV-də qondarma rejimin sənədinin guya BMT-də yayılması kimi təqdim olunur. Əslində isə bu yalan və cəfəngiyatdır.

Bununla əlaqədar olaraq cari ilin 7 uyun tarixində Azərbaycan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyi tərəfindən BMT-nin Baş katibinə məktub ünvanlanmışdır. Elə həmin gün sənəd BMT Təhlükəsizliik Şurasının sədri tərəfindən TŞ-nin üzvləri arasında yayılıb və BMT-nin rəsmi sənədi kimi dərc olunub.

Məktubda BMT-nin TŞ tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrə istinad edilərək, orada ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmətin, Dağlıq Qarabağ bölgəsinin Azərbaycan Respublikasının ayrılmaz hissəsi olduğunun bir daha təsdiqlənməsi, habelə ərazinin zəbt olunması üçün gücdən istifadə edilməsinin qəbuledilməzliyi və işğalçı qüvvələrin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması barədə tələbləri vurğulanıb.

Bildirilib ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejim hərbi təcavüz və qanlı etnik təmizləmənin nəticəsidir.

Məktubda həmçinin, Ermənistan Respublikasının beynəlxalq ictimaiyyətin mövqeyinə məhəl qoymayaraq Azərbaycana qarşı törətdiyi təcavüzə görə davamlı şəkildə məsuliyyətdən yayınması cəhdlərinə şərh verilərək, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə 2015-ci ildə qəbul etdiyi hüquqi qərara istinad edilib. Məlum olduğu kimi, məhkəmənin qərarında qondarma rejimin Ermənistanın nəzarətində olduğunu və onun siyasi, maliyyə, hərbi və digər dəstəyi sayəsində mövcud olduğu öz təsbitini tapıb.

Bir daha vurğulanıb ki, Ermənistan yürütdüyü təcavüz və anneksiya siyasəti ilə heç zaman güddüyü məqsədlərinə nail ola bilməyəcək, Dağlıq QarabağAzərbaycanın ayrılmaz hissəsidir, bu belə olub və gələcəkdə də belə olacaqdır və Ermənistanın öz qoşunlarını işğal edilmiş Azərbaycan ərazilərindən çıxarmaqdan başqa yolu yoxdur.

Məktubda rəsmi Yerevanın öz xalqı və beynəlxalq ictimaiyyəti çaşdırmaq üzrə cəhdlərə son qoymalı və münaqişənin həll edilməsi məqsədilə üzərinədüşən öhdəliklərini yerinə yetirməli olduğu vurğulanıb və yalnız belə olan şəraitdə bölgədə çoxdan gözlənilən sülh və sabitliyin bərqərar ola biləcəyi qeyd olunub".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı Livanda nəşr edilib

Elmar Məmmədyarov: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün intensiv danışıqlara hazırdır

Dağlıq Qarabağda  erməni hərbçisi ölüb

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ağdamın işğalının 25-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Azərbaycan səfiri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dərc olunan məqaləyə cavab verib

Ərdoğan: "Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində yardımını davam etdirəcək"

"Bakcell" Dağlıq Qarabağda qanunsuz fəaliyyətə etiraz edib

Mahmud Məmməd-Quliyev Yerevanda Dağlıq Qarabağ münaqişəsindən danışıb

Erməni nazir ilə Aİ rəsmisi Brüsseldə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Ermənistanın baş naziri Dağlıq Qarabağa gedib

Ermənistan prezidenti Dağlıq Qarabağa gedib

Dağlıq Qarabağa qanunsuz turist səfərinin qarşısı alınıb

Ermənistanın XİN rəhbəri Moskvada Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Dağlıq Qarabağda Ermənistan ordusunun hərbçisi ölüb

Prezident İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir"

Rusiya və Ermənistan xarici işlər nazirləri Dağlıq Qarabağ məsələsini müzakirə ediblər

Rusiya Dağlıq Qarabağ münaqişənin həllində həmişə aktiv rol oynayıb -Zaxarova

Ermənistanın yeni baş naziri Dağlıq Qarabağa səfər edib

XİN: Dağlıq Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub və olacaq

Prezident: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hüquqi baza yaradılıb”

20 Sentyabr 2018, 01:01 (GMT +4)
Keçmiş azərbaycanlı deputat və nazirin oğlu İstanbulda öldürülüb

19 Sentyabr 2018, 18:31 (GMT +4)
Növbəti startap turu Sumqayıtda keçiriləcək

19 Sentyabr 2018, 18:10 (GMT +4)
Mənzil İnşaatı Dövlət Agentliyinə yeni sədr təyin edilib

19 Sentyabr 2018, 18:02 (GMT +4)
“Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazanıb

19 Sentyabr 2018, 17:50 (GMT +4)
“Apple” ən gəlirli brend seçilib

19 Sentyabr 2018, 17:40 (GMT +4)
Pakistanın keçmiş baş naziri azadlığa buraxılıb

19 Sentyabr 2018, 17:32 (GMT +4)
Xaçmazda göldə 1 nəfər batıb

19 Sentyabr 2018, 17:31 (GMT +4)
İŞİD lideri əl-Bağdadinin müavini edam ediləcək

19 Sentyabr 2018, 17:20 (GMT +4)
Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılır

19 Sentyabr 2018, 17:05 (GMT +4)
Azərbaycan ilə Avstriya arasında Memorandum imzalanıb

19 Sentyabr 2018, 17:05 (GMT +4)
İraqın qərbində 15  İŞİD terrorçusu məhv edilib 

19 Sentyabr 2018, 16:52 (GMT +4)
Azərbaycan-Cibuti parlamentlərarası əlaqələri müzakirə olunub

19 Sentyabr 2018, 16:40 (GMT +4)
Vyetnam nümayəndə heyəti Bakı Dövlət Universitetində olub

19 Sentyabr 2018, 16:37 (GMT +4)
Fələstinlilər ABŞ əleyhinə izdihamlı etiraz aksiyası keçiriblər (VİDEO)

19 Sentyabr 2018, 16:26 (GMT +4)
Yol Polisi Aşura mərasimi ilə bağlı sürücülərə müraciət edib

19 Sentyabr 2018, 16:02 (GMT +4)
Müdafiə naziri hərbi texnikanın döyüş qabiliyyətini yoxlayıb

19 Sentyabr 2018, 15:52 (GMT +4)
Amerika Neft İnstitutu: Ölkədəki neft ehtiyatları artıb

19 Sentyabr 2018, 15:39 (GMT +4)
Bakıda E-ticarət bacarıqlarının inkişaf etdirilməsi üzrə master-klas keçiriləcək

19 Sentyabr 2018, 15:30 (GMT +4)
Bu ilki sahilyanı təmizləmə aksiyası daha geniş və fərqli olub (FOTO)

19 Sentyabr 2018, 15:20 (GMT +4)
Azercell tələbələrə aylıq təqaüd verəcək

19 Sentyabr 2018, 15:15 (GMT +4)
Daha bir kəndə təbii qaz verilib

19 Sentyabr 2018, 15:11 (GMT +4)
Cənubi Koreya və ABŞ prezidentləri sentyabrın 24-də Nyu-Yorkda görüşəcəklər

19 Sentyabr 2018, 15:02 (GMT +4)
Sumqayıtda qadınlara qarşı silsilə soyğunçuluq edən şəxs tutulub

19 Sentyabr 2018, 14:45 (GMT +4)
Sabah Bakıda cüdo üzrə dünya çempionatına start veriləcək

19 Sentyabr 2018, 14:38 (GMT +4)
Donald Trampın Həsən Ruhanini görüşə dəvət etməsi ehtimalı var - KİV

19 Sentyabr 2018, 14:34 (GMT +4)
Aşuraya görə Kərbəlaya cəlb edilən təhlükəsizlik qüvvələrin sayı açıqlanıb

19 Sentyabr 2018, 14:31 (GMT +4)
Avqust ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb

19 Sentyabr 2018, 14:20 (GMT +4)
Bakıda 2 marşrut xəttinin hərəkət sxemi dəyişir

19 Sentyabr 2018, 14:12 (GMT +4)
YUNESKO-nun eksperti Xalça Muzeyində beynəlxalq simpoziuma qatılacaq

19 Sentyabr 2018, 14:05 (GMT +4)
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66