Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

DİM IX sinif buraxılış imtahanlarında inşalara verilən qiymətləri açıqlayıb

14 İyun 2018, 17:36 (GMT +4)

Bakı, 14 iyun, SalamNewsDövlət İmtahan Mərkəzi ümumi təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanında 9-cu sinif şagirdlərinin yazdığı inşaların (esselərin) yoxlanılması prosesini başa çatdırıb. 

Mərkəzdən SalamNews-a verilən məlumata görə, şagirdlər DİM-in internet saytında buraxılış imtahanının nəticələri (http://eservices.dim.gov.az/netorta/?frm=egov) bölməsinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz inşalarına verilən qiymətlə, inşa vərəqələrinin qrafik təsviri ilə və qiymətləndirmə meyarı ilə tanış ola bilərlər.

Ümumi təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanında iştirak edən 108332 şagirddən 28933 nəfər inşa (esse) yazıb.

İnşa (esse) 10 ballıq şkala ilə qiymətləndirilir. İnşanın (essenin) qiyməti ümumi orta təhsil haqqında fərqlənmə sənədini almaq üçün nəzərə alınır. Fərqlənmə sənədini almaq üçün namizəd olanlar 7 və ya daha yuxarı bal toplamalıdırlar. 8079 şagirdin yazdığı inşa (esse) 7 və ya daha yuxarı balla qiymətləndirilib.

İnşaların nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) 25, 27, 28 iyun 2018-ci il tarixlərində saat 10:00-dan 17:00-dək Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər 20-22 iyun tarixlərində şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər. Qeyd olunan müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apelyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Apelyasiya Komissiyasında şagirdin iştirakı (şəxsiyyət vəsiqəsini təqdim etməklə) vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apelyasiya Komissiyasının iclasında iştirak edə bilər.

Apelyasiya Komissiyasına müraciət etmək üçün şagirdlər Dövlət İmtahan Mərkəzinin aşağıdakı ünvanlarda yaradılmış qeydiyyat mərkəzlərinə yaxınlaşa bilərlər:

• DİM Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası)

• DİM-in Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10);

• DİM-in Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);

• DİM-in Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52);

• DİM-in Xaçmaz Regional Bölməsi (Xaçmaz ş., M.Ə.Rəsulzadə küç., 7b);

• DİM-in Şəki Regional Bölməsi (Şəki ş., M.Rəsulzadə prospekti, 182);

• DİM-in Şirvan Regional Bölməsi (Şirvan ş., M.Rəsulzadə küçəsi, 19);

• DİM-in Göyçay Regional Bölməsi (Göyçay ş., Rauf İsayev küçəsi, 43);

• DİM-in Bərdə Regional Bölməsi (Bərdə ş., H. Əliyev prospekti, 100).


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

19 Noyabr 2018, 18:30 (GMT +4)
ETSN: Ölkə üzrə 136 minə yaxın ağac tingi paylanılıb

19 Noyabr 2018, 18:22 (GMT +4)
Bakıda turizm sahəsində ilk dəfə startup yarışı keçirilib 

19 Noyabr 2018, 18:02 (GMT +4)
Təbiətə 32000 manat məbləğində ziyan dəyib - nazirlik

19 Noyabr 2018, 17:56 (GMT +4)
Ağcabədidə brakonyerlər saxlanılıblar

19 Noyabr 2018, 17:50 (GMT +4)
Vladimir Putin: Rusiya Türkiyə ilə ticarət həcmini 100 milyard dollara yüksəldəcək

19 Noyabr 2018, 17:44 (GMT +4)
AMŞ ilə Rusiya Jurnalistlər İttifaqı arasında Memorandum imzalanıb

19 Noyabr 2018, 17:34 (GMT +4)
Bakıda və regionlarda qəssablara qarşı reydlər keçirilir

19 Noyabr 2018, 17:27 (GMT +4)
Nazirliyin 100 illiyi ilə əlaqədar jurnalistlər üçün müsabiqə elan olunub

19 Noyabr 2018, 17:15 (GMT +4)
Afrində radikal qruplaşmanın onlarla üzvü təslim olub (VIDEO)

19 Noyabr 2018, 17:05 (GMT +4)
Xüsusi siniflərdə dərs deyən müəllimlər üçün seminar təşkil olunub

19 Noyabr 2018, 16:50 (GMT +4)
"Türk axını" Türkiyə və Rusiya arasındakı əməkdaşlıq səviyyəsinin göstəricisidir - Ərdoğan

19 Noyabr 2018, 16:36 (GMT +4)
Son 7 ildə ilk dəfə olaraq – İordaniya Parlamenti deputatları Dəməşqə gediblər

19 Noyabr 2018, 16:31 (GMT +4)
Azərbaycan və Belarus prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər

19 Noyabr 2018, 16:25 (GMT +4)
Vladimir Putin Türkiyəyə səfər edib

19 Noyabr 2018, 16:14 (GMT +4)
Azərbaycan-Belarus sənədləri imzalanıb 

19 Noyabr 2018, 15:56 (GMT +4)
“İrəli”nin keçirdiyi yarışların rayon üzrə qalibləri müəyyənləşib

19 Noyabr 2018, 15:52 (GMT +4)
Amerikanın burnunu yerə sürtəcəyik – Həsən Ruhani

19 Noyabr 2018, 15:50 (GMT +4)
Energetika naziri “Türk axını” ilə bağlı mərasimdə iştirak edəcək

19 Noyabr 2018, 15:44 (GMT +4)
Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə görüşü olub 

19 Noyabr 2018, 15:37 (GMT +4)
Almaniya Kaşıkçı cinayəti ilə bağlı 18 Səudiyyə Ərəbistanı vətəndaşına sanksiya tətbiq edəcək

19 Noyabr 2018, 15:33 (GMT +4)
Dövlət Komitəsində italiyalı diplomat Mario Rafaelli ilə görüş olub

19 Noyabr 2018, 15:24 (GMT +4)
Həsən Ruhani: İran ABŞ-ın təzyiqlərinə boyun əyməyəcək

19 Noyabr 2018, 15:20 (GMT +4)
BDU-nun doktorantı elmi məqalə müsabiqəsində II yerin qalibi olub

19 Noyabr 2018, 15:12 (GMT +4)
MilliNet2018 münsiflərinin yeni tərkibi təsdiqlənib

19 Noyabr 2018, 15:05 (GMT +4)
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu həftə Mərdəkandadır

19 Noyabr 2018, 14:56 (GMT +4)
ASA Hüquq komitəsinin növbədənkənar görüşü keçirilib

19 Noyabr 2018, 14:50 (GMT +4)
“CinemaPlus”da azərbaycan dilində yeni cizgi filminin nümayişi keçirilib

19 Noyabr 2018, 14:43 (GMT +4)
Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri bəlli olub

19 Noyabr 2018, 14:39 (GMT +4)
İslam dünyasında Peyğəmbərin mövludu ilə bağlı vəhdət həftəsinə start verilib

19 Noyabr 2018, 14:37 (GMT +4)
"Nənə-baba və baldan şirin nəvələr” adlı yeni layihəyə start verilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66