Mobil versiya RU AZ
_

DÜNYA » ELM VƏ TEXNOLOGİYA

“Microsoft” korporasiyası “Office 365” istifadəçi interfeysi üçün yeniləmələri istifadəyə verir

25 İyun 2018, 12:51 (GMT +4)

Bakı, 25 iyun, SalamNews. Yaxın bir neçə ay ərzində “Microsoft” şirkəti “Office 365” paketinin istifadəçi interfeysinin ən populyar əlavələri üçün yeniləmələr buraxacaq. İstehsalçı onu daha sadə və səmərəli etməyi planlaşdırır. Tam işəsalmadan öncə yeniləmələr bir neçə silsilə yoxlama və sınaqlardan keçəcəkdir. 

Sadələşdirilmiş lent. Lentin yenilənmiş versiyası istifadəçilərə fikirlərini cari məsələlər ətrafında toplamaqdaa və birgə işin asan təşkilində kömək edəcək. Ekranda daha çox komanda lazım olarsa lenti əvvəlki kimi klassik üç sətir formatında açmaq mümkündür. İlk öncə “Word” əlavəsinin brauzer versiyası yenilənəcək. Daha sonra “Windows” üçün “Outlook” yenilənəcək – belə ki, ilkin qiymətləndirmə proqramının bəzi iştitakçıları üçün sadələşdirilmiş lent iyul ayında əlavədə görünəcəkdir. “Windows” üçün “Word”, “Excel” və “PowerPoint” əlavələri ən geniş və güclü funksiyalar dəstini təmin edir. Onlara, adətən, maksimum imkanlardan yararlanmaq istəyən istifadəçilər üstünlük verirlər.  Daha sonra “Microsoft” şirkəti istifadəçilərin “Excel” və “PowerPoint”də görmək istədikləri dəyişikliklər barədə istifadəçi rəylərindən ibarət geniş baza yaratmağı planlaşdırır. Əldə olunan nəticələr istehsalçıya “Office 365”in bu komponentləri üçün yeniləmə strategiyasını seçməyə kömək edəcək.

Yeni rənglər və nişanlar. Əlavələrdə miqyaslı qrafika ilə yeni rənglər və nişanlar yer alacaq ki, onlar istənilən ölçülü ekranda aydın görünəcəkdir. Bu dəyişikliklər nəinki istifadəçi interfeysini modernləşdirməyə, həmçinin, onu fiziki məhdudiyyətli şəxslər üçün onu daha rahat etməyə yönəlmişdir. İlk növbədə yeniləmələr “Word”ün brauzer versiyasında, daha sonra isə “Windows” üçün “Word”, “Excel” və “PowerPoint” əlavələrində tətbiq olunacaq. 2018-ci ilin avqust ayında “Outlook” və “Mac”da dəyişikliklərin həyata keçirilməsinə başlanılacaq.

 

Axtarış. Yenilənmiş interfeysdə axtarış sistemi komandaları, insanları və məzmunu tapmağa imkan verəcək. “Zero Query Search” texnologiyası istifadəçinin sorğusunun qabaqcadan bilir: kursoru sadəcə axtarış bölməsinə gətirmək kifayətdir ki, süni intellekt və “Microsoft Graph” bazası əsasında alınmış hazır tövsiyələri görəsiz. Artıq bu funksiya “Office.com”, “SharePoint Online” və “Outlook” mobil əlavələrinin kommersiya versiyalarının istifadəçiləri üçün əlçatandır.

 

“Bu gün iş fəaliyyəti daha çox komanda şəklində qurulur: bir çox məsələləri işçilər  həmkarları ilə birlikdə həll edirlər. Bununla yanaşı, biz vaxt və məkan baxımından getdikcə daha az məhdud oluruq: günün istənilən vaxtı, istənilən yerdə işləmək mümnündür. Bizim məqsədimiz – “Office 365”i geniş istifadəçi dairəsinin tələbatına cavab verəcək universal bir alətə çevirməkdir”, - deyə “Office” və “Windows”un marketinqi üzrə korporativ vitse-prezidenti Cared Spataro (Jared Spataro) bildirib.

 

Dizaynın ilkin versiyasının hazırlanması üçün komanda müştərilərlə sıx əməkdaşlıq etmişdir. Mütəxəssislər istifadəçilərin əlavə ilə necə işlədikləri barədə məlumatları toplayıb, yeni ideyaları sınaqdan keçirmək üçün prototiplər yaradırdılar. Gələcəkdə, ofis paketinin interfeysi tam yenilənəndən sonra, istifadəçilər siçanın bir düyməsini basmaqla  klassik varianta qayıda biləcəklər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Microsoft” serverləri eksperiment üçün dənizdə batırılıb

“Microsoft” kapitallaşma dəyərinə görə “Google”u geridə qoyub

Prezident “Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə prezidentini qəbul edib

Azərbaycanda hər yüzüncü “Microsoft Office” istifadəçisi eksploitlərlə rastlaşıb

“Nar”-ın dəstək olduğu “Microsoft Imagine Cup” müsabiqəsinin qalibləri bəlli olub

Azərbaycanda “Microsoft Imagine Cup 2018” müsabiqəsinin qalibləri müəyyənləşib

Azərbaycanda “Microsoft Imagine Cup 2018” müsabiqəsinə yekun vurulub

“Microsoft” korporasiyası “Windows 10” üçün genişmiqyaslı yeniləmələr buraxıb

“Microsoft” informasiya təhlükəsizliyi üzrə hesabatını təqdim edib

“Microsoft” kibertəhlükələrə qarşı yeni alətlər təqdim edib

ADNSU və “Microsoft” arasında əməkdaşlığa dair saziş imzalanıb

Ramin Quluzadə “Microsoft” şirkətinin nümayəndə heyəti ilə görüşüb

Elektron Təhlükəsizlik Mərkəzi kibertəhlükəsizlik sahəsində “Microsoft”la Anlaşma Memorandumu imzalayıb

Beynəlxalq “Microsoft Imagine Cup” innovasiya müsabiqəsinin seçim mərhələsi ilə bağlı tədbir keçirilib

Vergilər naziri “Microsoft” Korporasiyasının nümayəndə heyəti ilə görüşüb

“Azər Türk Bank” ASC “Microsoft”un auditindən uğurla keçib

Bakıda “Microsoft” İnnovasiya Forumu keçirilib (FOTO)

“Nar” və “Microsoft Imagine Cup”-ın uğurlu startapı fəaliyyətə başlayıb

Azərbaycanda “Microsoft Imagine Cup” müsabiqəsinə ərizələrin qəbuluna başlanılıb

“Microsoft” startaplar üçün yeni proqram istifadəyə verib

19 İyul 2018, 14:50 (GMT +4)
Azərbaycan və İtaliya prezidentləri Şah İsmayıl Xətaiyə həsr edilmiş sərginin açılışında iştirak ediblər

19 İyul 2018, 14:36 (GMT +4)
Misir universitetlərinə təqaüd proqramı elan edilib

19 İyul 2018, 14:28 (GMT +4)
İordaniya şahzadəsi “ASAN xidmət”də olub

19 İyul 2018, 14:13 (GMT +4)
Bakıda “Global İnfluencer Day” keçiriləcək

19 İyul 2018, 14:01 (GMT +4)
Bakıda şimal-qərb küləyi güclənəcək, bəzi rayonlara dolu düşəcək

19 İyul 2018, 13:50 (GMT +4)
İtaliya Prezidenti Sercio Mattarella Xalça Muzeyi ilə tanış olub

19 İyul 2018, 13:22 (GMT +4)
Qida Təhlükəsizliyi Agentliyi ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlara müraciət edib

19 İyul 2018, 13:11 (GMT +4)
Azərbaycanda 900 min hektardan artıq sahədə taxıl biçilib

19 İyul 2018, 13:01 (GMT +4)
AzTA: Türkiyə kurortlarına uçuşlar çarter proqramı çərçivəsində baş tuta bilər

19 İyul 2018, 12:53 (GMT +4)
Tovuzda kartof güvəsinə qarşı kimyəvi mübarizə tədbirləri aparılır

19 İyul 2018, 12:40 (GMT +4)
ANAMA-nın yaradılmasının 20 illik yubileyi qeyd edilib

19 İyul 2018, 12:27 (GMT +4)
DTX-nin hərbi hissəsində cüdo üzrə master-klass keçirilib

19 İyul 2018, 12:20 (GMT +4)
Kreditlərin 96,7 faizi banklar tərəfindən verilib

19 İyul 2018, 12:09 (GMT +4)
Qızılağac Dövlət Təbiət Qoruğunda qanunsuz ova cəhd edən şəxs saxlanılıb

19 İyul 2018, 11:56 (GMT +4)
Adnan Oktar cinayət işi bağlı 116 nəfər həbs edilib

19 İyul 2018, 11:43 (GMT +4)
Bakıda prezidentlərin iştirakı ilə Azərbaycan-İtaliya biznes forumu keçirilib

19 İyul 2018, 11:38 (GMT +4)
Bakıda “Dostluq körpüsü” II Beynəlxalq folklor rəqs festivalı başa çatıb

19 İyul 2018, 11:30 (GMT +4)
Azərbaycanda məscidlərlə bağlı son statistika açıqlanıb

19 İyul 2018, 11:22 (GMT +4)
Azərbaycan nefti yenə ucuzlaşıb

19 İyul 2018, 11:15 (GMT +4)
İtaliya Prezidenti Sercio Mattarella Şəhidlər xiyabanını ziyarət edib

19 İyul 2018, 11:10 (GMT +4)
19 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb - Dövlət Komitəsi

19 İyul 2018, 10:55 (GMT +4)
ASK ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi əməkdaşlıq edəcək 

19 İyul 2018, 10:42 (GMT +4)
Əbülfəs Qarayev: Azərbaycan Ukrayna ilə mədəniyyət sahəsində yeni layihələrin icrasında maraqlıdır

19 İyul 2018, 10:30 (GMT +4)
“Atəşgah” Sığorta Şirkətinin Mətbuat ofisi yeni ünvanda fəaliyyət göstərir

19 İyul 2018, 10:18 (GMT +4)
Allahşükür Paşazadə İtaliya prezidenti ilə görüşüb

19 İyul 2018, 10:09 (GMT +4)
UNEC haqqında 10 mühüm fakt açıqlanıb

19 İyul 2018, 09:57 (GMT +4)
Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edilib

19 İyul 2018, 09:54 (GMT +4)
Laura Mattarella “Şöhrət” ordeni ilə təltif edilib

19 İyul 2018, 09:50 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 90 dəfə pozub

19 İyul 2018, 09:41 (GMT +4)
Elşad Miri Adnan Oktar işi ilə bağlı istintaqa cəlb oluna bilər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66