Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Naxçıvan ərazisindəki unikal abidələrdə aparılan tədqiqatlar davam etdirilir

07 İyul 2018, 14:03 (GMT +4)

Bakı, 7 iyul, SalamNews. Naxçıvanın əlverişli təbii-coğrafi şəraiti və təbii sərvətləri qədim mədəniyyətlərin formalaşmasında mühüm rol oynayıb. Naxçıvanın qədim mədəniyyətləri Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələr şəraitində inkişaf еdib təşəkkül tapıb. Еramızdan əvvəl üçüncü minilliyin sоnunda iqtisadiyyatın və ticarətin inkişafı Naxçıvanda şəhər tipli yaşayış məskənlərinin yaranmasına imkan vеrib. Naxçıvanda şəhər mədəniyyətinin formalaşması ilə bağlı problemləri aydınlaşdırmaq məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Vəli Baxşəliyevin rəhbərliyi ilə AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası Duzdağda və Naxçıvan təpədə arxeoloji tədqiqatları davam etdirir.

AMEA-dan SalamNews-a bildiriblər ki, tədqiqatlar nəticəsində Duzdağ mədənlərinin dünyanın ən qədim duz mədənləri olduğu aydınlaşdırılıb. Hazırda Duzdağda duzun çıxarılması ilə bağlı infrastukturlar, duzun mübadiləsi və Yaxın Şərq və Cənubi Qafqazda Naxçıvan duzunun əhəmiyyəti ilə bağlı məsələlər araşdırılmaqdadır.

V.Baxşəliyevin bildirdiyinə görə, araşdırmalar zamanı, həmçinin enеоlit və erkən tunc, dəmir dövrünə və orta əsrlərə аid kеrаmikа məmulаtı, dаş çəkiclər tаpılıb. Müəyyənləşdirilib ki, Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələrin formalaşmasında Naxçıvanın xammal ehtiyatları, o cümlədən duz əsas yer tutub. Eneolit dövründən başlayaraq duz, həmçinin mübаdilə vаsitəsi оlub, ticаrət məqsədilə Şərq ölkələrinə аpаrılıb. Həmçinin V.Baxşəliyevin rəhbəri olduğu AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası 2018-ci ilin iyunundan başlayaraq Naxçıvanda qədim şəhər mədəniyyətinin formalaşmasının sosial-iqtisadi əsasını müəyyənləşdirmək məqsədilə Duzdağla yanaşı, Naxçıvan ərazisindəki Naxçıvan təpə yaşayış yerində araşdırmaları davam etdirməkdədir. Araşdırmalar göstərir ki, bu mədəniyyət Azərbaycanın cənub rayonlarında çiçəklənib, daha sonra Urmiya gölünün cənubuna doğru yayılıb. Dalmatəpə keramikasının kimyəvi analizi onun yerli istehsalın məhsulu olduğunu göstərib. Belə hesab edilir ki, Dalmatəpə mədəniyyətinin (Urmiya gölünün cənub-qərbində aşkarlanlb, bizim eradan əvvəl 5000-4500-cü illərə aiddir) yayılma arealı Naxçıvanı da əhatə edib. Daha doğrusu Naxçıvan bu mədəniyyətin formalaşdığı areala daxil olub.

Qeyd edilib ki, builki tədqiqatlar nəticəsində eneolit dövrünün erkən mərhələsinə - bizim eradan əvvəl beşinci minilliyin əvvəllərinə aid tikinti qalıqları, əmək alətləri, keramika nümunələri aşkarlanıb. Naxçıvan təpə sakinləri başlıca olaraq Göyçə və Sünik obsidianından (dəvəgözü — dağ süxuru olan vulkanik şüşə növü) istifadə ediblər. Mis, duz və obsidian kimi xammal növləri ticarətin və iqtisadi-mədəni əlaqələrin inkişafını stimullaşdırıb, gələcəkdə şəhər mədəniyyətinin formalaşması üçün baza yaradıb. Gələcək araşdırmalar Urmiya hövzəsi və Naxçıvan tayfaları arasındakı əlaqələrin və münasibətlərin xarakterini daha aydın müəyyənləşdirməyə imkan verəcək. Araşdırmalar Dalmatəpə mədəniyyətinin yaranması və formalaşması ilə bağlı məsələlərə də aydınlıq gətirəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AMEA Mərkəzi Elmi Kitabxanası SalamNews-u təltif edib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA-nın professorlarının koordinasiya şurası yaradılıb

Akademik Nərgiz Paşayeva AMEA-nın vitse-prezidenti seçilib

Akif Əlizadə yenidən AMEA prezidenti seçilib

AMEA Rəyasət Heyətinin 2017-ci il üzrə fəaliyyətinə dair hesabat təsdiq edilib

AMEA "Web of Science” bazasından geniş istifadə edir

Akif Əlizadə: "AMEA-da elm və təhsil vahid sosial institut kimi formalaşır"

AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi başlayıb

AMEA ilə Monqolustan Elmlər Akademiyası arasında saziş imzalanıb

AMEA Rəyasət Heyəti üzvlüyünə seçkilər keçiriləcək

AMEA-da Pekin Xarici Dillər Universiteti ilə memorandum imzalanıb

"Elm günü”nün təsis edilməsi AMEA qarşısında ciddi vəzifələr qoyur: Nərgiz Qəhrəmanova

AMEA-nın adlı mükafatlarına layiq görülmüş alimlərin adları açıqlanıb

AMEA-nın Yüksək Texnologiyalar Parkı Çinin “Hua Pei” şirkəti ilə əməkdaşlıq edəcək

AMEA-nın bir neçə institutunda struktur və kadr dəyişiklikləri olub

AMEA Türk Dünyası Elmlər Akademiyaları Birliyinə sədrlik edəcək

AMEA Geologiya və Geofizika İnstitutunda “Azərbaycanın filiz yataqları atlası” hazırlanıb

AMEA Geologiya və Geofizika İnstitutunun yubileyi keçiriləcək

AMEA-da Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan anım tədbiri keçirilib

19 İyul 2018, 15:30 (GMT +4)
Dövlət Neft Fondu bu il 2,8 ton qızıl alıb

19 İyul 2018, 15:09 (GMT +4)
STP xaricə növbəti dəfə böyük həcmdə ixrac həyata keçirib

19 İyul 2018, 14:50 (GMT +4)
Azərbaycan və İtaliya prezidentləri Şah İsmayıl Xətaiyə həsr edilmiş sərginin açılışında iştirak ediblər

19 İyul 2018, 14:36 (GMT +4)
Misir universitetlərinə təqaüd proqramı elan edilib

19 İyul 2018, 14:28 (GMT +4)
İordaniya şahzadəsi “ASAN xidmət”də olub

19 İyul 2018, 14:13 (GMT +4)
Bakıda “Global İnfluencer Day” keçiriləcək

19 İyul 2018, 14:01 (GMT +4)
Bakıda şimal-qərb küləyi güclənəcək, bəzi rayonlara dolu düşəcək

19 İyul 2018, 13:50 (GMT +4)
İtaliya Prezidenti Sercio Mattarella Xalça Muzeyi ilə tanış olub

19 İyul 2018, 13:22 (GMT +4)
Qida Təhlükəsizliyi Agentliyi ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlara müraciət edib

19 İyul 2018, 13:11 (GMT +4)
Azərbaycanda 900 min hektardan artıq sahədə taxıl biçilib

19 İyul 2018, 13:01 (GMT +4)
AzTA: Türkiyə kurortlarına uçuşlar çarter proqramı çərçivəsində baş tuta bilər

19 İyul 2018, 12:53 (GMT +4)
Tovuzda kartof güvəsinə qarşı kimyəvi mübarizə tədbirləri aparılır

19 İyul 2018, 12:40 (GMT +4)
ANAMA-nın yaradılmasının 20 illik yubileyi qeyd edilib

19 İyul 2018, 12:27 (GMT +4)
DTX-nin hərbi hissəsində cüdo üzrə master-klass keçirilib

19 İyul 2018, 12:20 (GMT +4)
Kreditlərin 96,7 faizi banklar tərəfindən verilib

19 İyul 2018, 12:09 (GMT +4)
Qızılağac Dövlət Təbiət Qoruğunda qanunsuz ova cəhd edən şəxs saxlanılıb

19 İyul 2018, 11:56 (GMT +4)
Adnan Oktar cinayət işi bağlı 116 nəfər həbs edilib

19 İyul 2018, 11:43 (GMT +4)
Bakıda prezidentlərin iştirakı ilə Azərbaycan-İtaliya biznes forumu keçirilib

19 İyul 2018, 11:38 (GMT +4)
Bakıda “Dostluq körpüsü” II Beynəlxalq folklor rəqs festivalı başa çatıb

19 İyul 2018, 11:30 (GMT +4)
Azərbaycanda məscidlərlə bağlı son statistika açıqlanıb

19 İyul 2018, 11:22 (GMT +4)
Azərbaycan nefti yenə ucuzlaşıb

19 İyul 2018, 11:15 (GMT +4)
İtaliya Prezidenti Sercio Mattarella Şəhidlər xiyabanını ziyarət edib

19 İyul 2018, 11:10 (GMT +4)
19 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb - Dövlət Komitəsi

19 İyul 2018, 10:55 (GMT +4)
ASK ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi əməkdaşlıq edəcək 

19 İyul 2018, 10:42 (GMT +4)
Əbülfəs Qarayev: Azərbaycan Ukrayna ilə mədəniyyət sahəsində yeni layihələrin icrasında maraqlıdır

19 İyul 2018, 10:30 (GMT +4)
“Atəşgah” Sığorta Şirkətinin Mətbuat ofisi yeni ünvanda fəaliyyət göstərir

19 İyul 2018, 10:18 (GMT +4)
Allahşükür Paşazadə İtaliya prezidenti ilə görüşüb

19 İyul 2018, 10:09 (GMT +4)
UNEC haqqında 10 mühüm fakt açıqlanıb

19 İyul 2018, 09:57 (GMT +4)
Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edilib

19 İyul 2018, 09:54 (GMT +4)
Laura Mattarella “Şöhrət” ordeni ilə təltif edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66