Mobil versiya RU AZ
_

DÜNYA » DİN

Bu gün imam Cəfər Sadiqin (ə) şəhid edildiyi gündür

09 İyul 2018, 09:23 (GMT +4)

Bakı, 9 iyul, SalamNews, M.Sadiq. Hicri-qəməri tarixi ilə Şəvval ayının 25-i müsəlmanların altıncı imamı Cəfər Sadiqin (ə) şəhadət günüdür.

SalamNews-un xəbərinə görə, o həzrət 83-cü hicri ilinin Rəbiül-əvvəl ayının 17-də Mədinə şəhərində dünyaya göz açıb. İslam peyğəmbəri həzrət Məhəmmədin (s) pak nəslindən olan imam Sadiq (ə) 65 il ömür sürüb.

O, Mədinə şəhərində o zamanlar üçün nəhəng tədris mərkəzi qurmağa nail olub.

İmam Cəfər Sadiq (ə) islam dini, eləcə də dünyəvi fənləri olduqca mükəmməl tədris edirdi. Dünyanın müxtəlif məntəqələrindən insanlar Mədinəyə axışır, o həzrətdən məlumat alırdılar.

İma Cəfər Sadiq (ə) elmin müxtəlif sahələrində bir çox görkəmli alim yetişdirib.

Bundan əlavə, o, 4000 nəfərdən çox şagird yetişdirməyə və onları müsəlman məmləkətlərinə yaymağa nail olub.

İmam Cəfər Sadiqin (ə) elmindən əhli-sünnə alimləri də bəhrələnirdilər. Maliki məzhəbinin banisi Malik ibn Ənəs, hənəfi məzhəbinin banisi Əbu Hənifə, məşhur fəqihlər Süfyan Sovri, Süfyan ibn Üyeynə, İbn Cüreyc, Şöbə onun dərslərində iştirak ediblər.

İmam Cəfər Sadiqin (ə) tələbələri arasında kimya elminin banisi Cabir ibn Həyyan, kəlam mövzusunda 30-dan artıq kitabın müəllifi Hişam ibn Həkəm, “Möminüt-taq” ləqəbli Məhəmməd ibn Əli ibn Nöman Bəcəli, “Tövhidi-Müfəzzəl” kitabını imamın diktəsi ilə qələmə almış Müfəzzəl ibn Ömər Cüfi, Əban ibn Təğlib, Zürarə ibn Əyün, qardaşları Həmran və Bəkr, Süleyman ibn Mehran Əməş, Cabir ibn Yezid Cüfi, Əbu Həmzə Sümali, Cəmil ibn Dərrac kimi böyük alimlər var idi.

İmam Sadiq (ə) həyatı boyu təzyiq və təqiblərə məruz qalıb. Hələ atasının sağlığında Əməvi xəlifəsi Hişamın əmri ilə o, Dəməşqə sürgün olunur. Daha sonra Abbasi xəlifələri Səffah və Mənsurun əmri ilə imam (ə) iki dəfə sürgünə göndərilir.

O həzrət Mədinəyə qayıtdıqdan sonra təqiyyə edərək yaşayıb. Hicrətin 148-ci ilində (təqribən miladi 77-ci il) 65 yaşında ikən imam Sadiq (ə) xəlifə Mənsurun göstərişi ilə zəhərləndirilərək şəhid edilib.

İmamın mübarək məzarı Mədinədə, Bəqi qəbristanlığında imam Həsən Müctəba (ə), imam Zeynulabidin və imam Məhəmməd Baqirin məzarları ilə yanaşı yerləşir.

Qeyd edək ki, Bəqi qəbiristanlığında yerləşən dörd imamın məzarı üzərində ucaldılmış məqbərə ötən əsrin əvvəllərində (təxminən 1925-ci il) radikal dini cərəyanların şeyxlərinin göstərişləri ilə dağıdılıb. Bu günədək o imamların mübarək məzarlarının ziyarətinə məhdudiyyət və çətinliklər yaradılır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

12 Dekabr 2018, 12:15 (GMT +4)
Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edir (FOTO)

12 Dekabr 2018, 12:06 (GMT +4)
Livanlılar İsrailin sərhəd əməliyyatına qəlyan və çayla qarşılıq veriblər (FOTO)

12 Dekabr 2018, 12:05 (GMT +4)
Tarix İnstitutunda Şeyx Zahid Gilaninin 800 illik yubileyi elmi konfransla qeyd olunub

12 Dekabr 2018, 11:58 (GMT +4)
MKİ rəhbəri Kaşıkçı cinayəti barədə Konqresə məlumat verəcək - KİV

12 Dekabr 2018, 11:43 (GMT +4)
Ağcabədi ərazisində zəlzələ qeydə alınıb

12 Dekabr 2018, 11:27 (GMT +4)
Bin-Salman Kaşıkçı hadisəsinin Səudiyyənin iqtisadiyyatına təsirini etiraf edib

12 Dekabr 2018, 11:25 (GMT +4)
Ümummilli lider Heydər Əliyevin xatirəsi Belçikada da anılıb

12 Dekabr 2018, 11:17 (GMT +4)
ARDNF-nin rəsmi internet səhifəsi yenilənib

12 Dekabr 2018, 11:08 (GMT +4)
Ümummilli lider Heydər Əliyevin xatirəsi Kolumbiyada da anılıb

12 Dekabr 2018, 10:51 (GMT +4)
Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

12 Dekabr 2018, 10:33 (GMT +4)
İŞİD komandiri 100 min dollar qarşılığında azad edilib

12 Dekabr 2018, 10:30 (GMT +4)
Azərbaycanın 6 rayonunda milli su təchizatı layihəsinin icrası barədə müzakirə aparılıb

12 Dekabr 2018, 10:13 (GMT +4)
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

12 Dekabr 2018, 10:10 (GMT +4)
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Səbail”in şikayətini rədd edib

12 Dekabr 2018, 09:55 (GMT +4)
İraq Suriya ərazisində İŞİD-ə aviazərbələr endirib - 32 terrorçu məhv edilib

12 Dekabr 2018, 09:53 (GMT +4)
Misirdə kütləvi etirazların simvoluna çevrilən sarı jiletlərin satışı qadağan edilib

12 Dekabr 2018, 09:45 (GMT +4)
Prezident İlham Əliyev NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanını qəbul edib

12 Dekabr 2018, 09:40 (GMT +4)
İndoneziyada bu il ərzində 4 mindən çox isan təbii fəlakətlərin qurbanı olub

12 Dekabr 2018, 09:35 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 28 dəfə pozub

12 Dekabr 2018, 09:21 (GMT +4)
Yəmən münaqişəsi tərəfləri 15 min əsir və məhbusun mübadiləsində razılığa gəliblər

12 Dekabr 2018, 09:20 (GMT +4)
Strasburqda baş verən terror aktında 4 nəfər ölüb, 12 nəfər yaralanıb

12 Dekabr 2018, 09:11 (GMT +4)
Prezident İlham Əliyev Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisinə 30 milyon manat ayırıb

12 Dekabr 2018, 09:01 (GMT +4)
DGK əməkdaşları üçün əqli mülkiyyətin qorunması mövzusunda seminar keçirilib

12 Dekabr 2018, 07:00 (GMT +4)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümüdür

11 Dekabr 2018, 18:20 (GMT +4)
AQTA: Karantin tətbiq edilən zərərvericilərə qarşı nəzarət tədbirləri gücləndirilib

11 Dekabr 2018, 18:09 (GMT +4)
Balıqçılığın inkişafı ilə bağlı beynəlxalq seminar keçirilib

11 Dekabr 2018, 18:00 (GMT +4)
DTX-nin şəxsi heyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTOLAR)

11 Dekabr 2018, 17:52 (GMT +4)
“Bakcell”dən möhtəşəm Yeni İl hədiyyəsi: 20 qiqabayta qədər pulsuz İnternet

11 Dekabr 2018, 17:47 (GMT +4)
UNEC-də Ümumilli liderin anım gününü qeyd olunub 

11 Dekabr 2018, 17:38 (GMT +4)
Ramil Usubov İranın Sərhəd Qoşunlarının komandanı ilə görüşüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66