Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » DİN

Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb

10 İyul 2018, 12:07 (GMT +4)

Bakı, 10 iyul, SalamNews. Səudiyyə Ərəbistanında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə iyulun 9-da İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Useymin ilə görüşüb.

SalamNews xəbər verir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını İƏT-in baş katibinə çatdıran şeyxülislam dövlətimizin başçısının təşkilatla münasibətlərə böyük önəm verdiyini vurğulayıb, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində İƏT-in hər zaman Azərbaycanın yanında olmasına görə baş katibə təşəkkürünü çatdırıb.

Azərbaycana çoxsaylı səfərlərini məmnunluqla xatırlayan Yusif bin Əhməd əl-Useymin, öz növbəsində, Azərbaycan Prezidentinin İslam həmrəyliyinin möhkəmləndirilməsinə verdiyi töhfələri qiymətləndirərək dövlətimizin başçısı İlham Əliyevə səmimi salamlarının çatdırılmasını xahiş edib.

Əfqanıstanda sülh və istiqrar mövzusuna həsr edilmiş beynəlxalq müsəlman üləma konfransının hədəflərindən danışan İƏT-in baş katibi Əfqanıstanda siyasi qruplaşmalar, təriqətlər və tayfalar arasında silahlı münaqişənin dialoqla əvəz edilməsi, beləliklə, bu ölkədə milli barışığın təmin olunması istiqamətində İslam dünyasında xüsusi çəkisi və nüfuzu olan üləmaların böyük töhfə verə biləcəyini vurğulayıb.

Əfqanıstanda gedən siyasi proseslərə və bu ölkənin xüsusiyyətinə hələ Sovetlər dönəmindən yaxşı bələd olduğunu bildirən şeyxülislam Allahşükür Paşazadə bu ölkədə sabitliyin bərpa edilməsinin və milli barışığın təmin olunmasının bütövlükdə İslam dünyası üçün böyük əhəmiyyət daşıdığını bildirib, Azərbaycanın bu istiqamətdə artıq bir neçə beynəlxalq konfransa – 2017-ci ilin dekabr ayında Bakıda “Asiyanın ürəyi-İstanbul prosesi”nin 7-ci nazirlər toplantısına, 2018-ci ilin iyun ayında isə Əfqanıstana dair Beynəlxalq Təmas Qrupunun toplantısına ev sahibliyi etdiyini xatırladıb. Ciddədə və Məkkədə keçiriləcək konfransın Əfqanıstanda milli barışığın bərpası istiqamətində yaxşı başlanğıc olacağını vurğulayan Qafqaz Müsəlmanları İdarəsinin sədri belə yığıncaqların davamlı olmasının vacibliyini vurğulayıb.

Ölkəmizin Əfqanıstanda sabitliyin bərqərar olması üçün gördüyü işləri yüksək qiymətləndirən İƏT-in baş katibi şeyxülislam Allahşükür Paşazadənin bu konfransda iştirakını Azərbaycan dövlətinin məsələyə verdiyi önəm və mövqeyi kimi dəyərləndirib.

Görüşdə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev də iştirak edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Allahşükür Paşazadə İspaniyaya səfərə gedəcək

Allahşükür Paşazadə: Azərbaycanda milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir

Allahşükür Paşazadə ABŞ Etnik Anlaşma Fondunun prezidenti ilə görüşüb

Allahşükür Paşazadə sabah Qazaxıstana gedəcək

Allahşükür Paşazadə Çeçenistana səfərə gedəcək

Allahşükür Paşazadə Misir parlamentinin nümayəndə heyəti ilə görüşüb

Allahşükür Paşazadə Almaniya səfirini qəbul edib

Allahşükür Paşazadə İtaliya prezidenti ilə görüşüb

Allahşükür Paşazadə Vyanada beynəlxalq tədbirə qatılacaq

Allahşükür Paşazadənin rəhbərliyi ilə bayram namazı qılınıb 

Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Qüdsdə baş verən hadisələrə qəti etiraz edirik- Allahşükür Paşazadə

Qüds iman sərhəddidir, biz bunu heç kimə verə bilmərik - Allahşükür Paşazadə (FOTOLAR)

Allahşükür Paşazadə Misirin Azərbaycana təyin olunan yeni səfiri ilə görüşüb

Allahşükür Paşazadə dünyanın dini liderlərini Xocalı soyqırımını tanımağa çağırıb

Şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə səfər edəcək

Allahşükür Paşazadə ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

QMİ-nin qurultaya ehtiyacı yoxdur, məni ömürlük seçiblər - Allahşükür Paşazadə

Şeyxülislam Allahşükür Paşazadə Naxçıvana səfər edəcək

Allahşükür Paşazadə beynəlxalq qurumun üzvü seçilib

14 Noyabr 2018, 18:06 (GMT +4)
Azərbaycanın Xəzər məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin edilib

14 Noyabr 2018, 17:53 (GMT +4)
Həsənağa Turabova həsr olunan xatirə tədbiri keçiriləcək

14 Noyabr 2018, 17:45 (GMT +4)
Avtoxuliqanlıq edən 15 gənc saxlanılıb

14 Noyabr 2018, 17:32 (GMT +4)
Azərbaycan güləşçiləri “Continental Cup” turnirində iştirak edəcəklər

14 Noyabr 2018, 17:25 (GMT +4)
Liberman partiyasının iqtidar koalisiyasından ayrıldığını açıqlayıb

14 Noyabr 2018, 17:22 (GMT +4)
“Azərbaycanın iqtisadi inkişaf strategiyası" mövzusunda Respublika elmi konfransı keçirilib

14 Noyabr 2018, 17:11 (GMT +4)
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb

14 Noyabr 2018, 17:06 (GMT +4)
İran XİN rəhbərindən korrupsiya ilə bağlı sözləri barədə izahat tələb edilib

14 Noyabr 2018, 16:52 (GMT +4)
“Quş qripi” ilə bağlı monitorinqlərə start verilib

14 Noyabr 2018, 16:40 (GMT +4)
Ayxan Abbasov "Sumqayıt"ın baş məşqçisi təyin olunub

14 Noyabr 2018, 16:28 (GMT +4)
Rusiya XİN İsrail və Qəzza arasındakı atəşkəsi alqışlayır

14 Noyabr 2018, 16:14 (GMT +4)
ABŞ HƏMAS-ın ikinci adamının başına 5 milyon pul qoyub

14 Noyabr 2018, 16:10 (GMT +4)
ETSN-in məsul şəxsləri sərgi ilə tanış olublar (FOTOLAR)

14 Noyabr 2018, 16:02 (GMT +4)
Azay Quliyev Kiyevə səfər edəcək

14 Noyabr 2018, 15:50 (GMT +4)
Gömrük Akademiyasının məzunları Komitədə işlə təmin olunublar

14 Noyabr 2018, 15:45 (GMT +4)
“BP-ni kəşf et” adlı “Açıq qapı” günü keçirilib

14 Noyabr 2018, 15:37 (GMT +4)
İqlim və Enerji üzrə Merlər Razılaşmasının Milli Əlaqələndiricisinin 2019-cu il üzrə İş Planı təsdiq olunub

14 Noyabr 2018, 15:25 (GMT +4)
Slovakiya nümayəndə heyəti Qobustan Qoruğunda olublar

14 Noyabr 2018, 15:18 (GMT +4)
Qəzza qarşıdurması nəticəsini verdi - İsrail müdafiə naziri istefa verib

14 Noyabr 2018, 15:14 (GMT +4)
Qazaxıstanda latın dilində ümumrespublika imlası yazdırılıb

14 Noyabr 2018, 14:59 (GMT +4)
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-da görüşlərə başlayıb

14 Noyabr 2018, 14:51 (GMT +4)
Azərbaycanda Qlobal Sahibkarlıq Həftəsi qeyd olunur

14 Noyabr 2018, 14:43 (GMT +4)
Təhsil naziri Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb

14 Noyabr 2018, 14:37 (GMT +4)
Səudiyyə təyyarələri Yəməndə bir mikroavtobusu vurub - 9 mülki şəxs həlak olub (FOTO)

14 Noyabr 2018, 14:28 (GMT +4)
Türkiyənin dəstəyi Avropanın təhlükəsizliyi üçün vacibdir - AKP rəsmisi

14 Noyabr 2018, 14:22 (GMT +4)
Azərbaycanın və Slovakiyanın Baş nazirləri birgə işçi nahar ediblər

14 Noyabr 2018, 14:14 (GMT +4)
Gələn il Azərbaycandan 25 ixrac missiyası təşkil olunacaq

14 Noyabr 2018, 14:03 (GMT +4)
Türkiyə 83 ölkədən fətullahçıların təhvil verilməsini tələb edib - XİN rəhbəri

14 Noyabr 2018, 13:58 (GMT +4)
İŞİD-dən geri alınan bölgədən 24 cəsədin olduğu kütləvi məzarlıq tapılıb

14 Noyabr 2018, 13:43 (GMT +4)
Əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadənin xatirəsi anılacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66