Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

GGİ alimləri maraqlı təkliflə çıxış ediblər

10 İyul 2018, 15:48 (GMT +4)

Bakı, 10 iyul, SalamNews. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə 2009-2012-ci illər ərzində yerinə yetirilmiş“Azərbaycan Respublikasında nadir geoloji obyektlərin qorunması və davamlı istifadəsinə dair Tədbirlər Planı” çərçivəsində AMEA Geologiya və Geofizika İnstitutunun yaratdığı və AMEA müxbir üzvü Tələt Kəngərlinin rəhbərliyi altında fəaliyyət göstərən işçi qrupu ölkənin ayrı-ayrı regionlarında tədqiqatlar aparmış və nadir geoloji obyektlərin (geosaytların) təftişini həyata keçirib.

AMEA GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SalamNews-a verilən məlumata görə, aparılan tədqiqatlar nəticəsində ölkə ərazisində YUNESKO və ProGEO-nun tələblərinə uyğun gələn və səciyyəvi geosaytları özündə cəmləşdirən Culfa (İlandağ), Qırməki, Xaltan və Basqal milli geoparklarının yaradılması məqsədəuyğun sayılmış və bu barədə 2013-cü ildə nəşr edilmiş “Azərbaycan Respublikasının geoloji irsi” kitabında məlumat verilmişdir.

Bu baxımdan mühafizə edilən ərazilərin təşkilində “üçü birində” (geosaytlar, memarlıq-arxeoloji abidələr, biomüxtəliflik) modelini tətbiq etməklə Naxçıvan MR-də “İlandağ” geoparkının (geoarxoparkın) yaradılması daha məqsədəuyğun sayılır. Ərazidə 1977-ci ildə təsis edilmiş Ordubad Tarixi-Memarlıq Qoruğu və 2003-cü ildən fəaliyyətdə olan Zəngəzur Milli Parkı bu qurumun tərkibinə daxil edilə bilər. Göstərilən ərazidə geoparkın yaradılmasına üstünlük verən digər bir səbəb də ərazisinin sərhədyanı bölgədə yerləşməsidir: Arazın sağ sahilində İran İslam Respublikası ərazisində (Cənubi Azərbaycanda) hazırda Culfa geoparkının fəaliyyəti YUNESKO və ProGEO tərəfindən dəstəklənən daha yüksək sərhədyanı səviyyəli geoparkın yaradılması üçün şərtlərin mövcudluğunu aydın göstərir.

Bununla bağlı AMEA Geologiya və Geofizika İnstitutunun nümayəndələri növbəti addım kimi cari ilin fevral ayında YUNESKO-nun dəvəti ilə Geoelmlər və Geoparklar Proqramının Parısdə keçirilən 3-cü açıq sessiyasında iştirak etmiş və “İlandağ” geoparkının təşkilinin mümkünlüyü barədə məruzə ilə çıxış etmişlər. Katiblik tərəfindən AMEA-nın təşəbbüsü maraqla dinlənmiş və geopark yaradılacağı halda onun Qlobal Geoparklar Sisteminə , Ümumdünya İrsi Siyahısına salınmasını və müvafiq təşkilati məsələlərin həllinə dəstək verəcəyini bəyan etmişdir.

Bu barədə AMEA-nın prezidenti akademik Akif Əlizadə tərəfindən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin köməkçisi Əli Həsənova və Naxçıvan MR Milli Məclisinin sədri Vasif Talıbova məlumat verilmişdir. Vurğulanmalıdır ki, “İlandağ” geoparkının yaradılması təbiət və humanitar irsinin mühafizəsi üzrə yerli əhalinin iştirakı ilə vahid mexanizmin yaradılmasına imkan verir. Eyni zamanda, geoturizmin inkişafı Muxtar Respublikada iqtisadi fəaliyyətin və yerli təşkilatların inkişafında sabitliyə, həmçinin maarifləndirici-tərbiyəvi fəaliyyətin təşkilinə dəyərli dəstək ola bilər.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

14 Noyabr 2018, 18:06 (GMT +4)
Azərbaycanın Xəzər məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin edilib

14 Noyabr 2018, 17:53 (GMT +4)
Həsənağa Turabova həsr olunan xatirə tədbiri keçiriləcək

14 Noyabr 2018, 17:45 (GMT +4)
Avtoxuliqanlıq edən 15 gənc saxlanılıb

14 Noyabr 2018, 17:32 (GMT +4)
Azərbaycan güləşçiləri “Continental Cup” turnirində iştirak edəcəklər

14 Noyabr 2018, 17:25 (GMT +4)
Liberman partiyasının iqtidar koalisiyasından ayrıldığını açıqlayıb

14 Noyabr 2018, 17:22 (GMT +4)
“Azərbaycanın iqtisadi inkişaf strategiyası" mövzusunda Respublika elmi konfransı keçirilib

14 Noyabr 2018, 17:11 (GMT +4)
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb

14 Noyabr 2018, 17:06 (GMT +4)
İran XİN rəhbərindən korrupsiya ilə bağlı sözləri barədə izahat tələb edilib

14 Noyabr 2018, 16:52 (GMT +4)
“Quş qripi” ilə bağlı monitorinqlərə start verilib

14 Noyabr 2018, 16:40 (GMT +4)
Ayxan Abbasov "Sumqayıt"ın baş məşqçisi təyin olunub

14 Noyabr 2018, 16:28 (GMT +4)
Rusiya XİN İsrail və Qəzza arasındakı atəşkəsi alqışlayır

14 Noyabr 2018, 16:14 (GMT +4)
ABŞ HƏMAS-ın ikinci adamının başına 5 milyon pul qoyub

14 Noyabr 2018, 16:10 (GMT +4)
ETSN-in məsul şəxsləri sərgi ilə tanış olublar (FOTOLAR)

14 Noyabr 2018, 16:02 (GMT +4)
Azay Quliyev Kiyevə səfər edəcək

14 Noyabr 2018, 15:50 (GMT +4)
Gömrük Akademiyasının məzunları Komitədə işlə təmin olunublar

14 Noyabr 2018, 15:45 (GMT +4)
“BP-ni kəşf et” adlı “Açıq qapı” günü keçirilib

14 Noyabr 2018, 15:37 (GMT +4)
İqlim və Enerji üzrə Merlər Razılaşmasının Milli Əlaqələndiricisinin 2019-cu il üzrə İş Planı təsdiq olunub

14 Noyabr 2018, 15:25 (GMT +4)
Slovakiya nümayəndə heyəti Qobustan Qoruğunda olublar

14 Noyabr 2018, 15:18 (GMT +4)
Qəzza qarşıdurması nəticəsini verdi - İsrail müdafiə naziri istefa verib

14 Noyabr 2018, 15:14 (GMT +4)
Qazaxıstanda latın dilində ümumrespublika imlası yazdırılıb

14 Noyabr 2018, 14:59 (GMT +4)
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-da görüşlərə başlayıb

14 Noyabr 2018, 14:51 (GMT +4)
Azərbaycanda Qlobal Sahibkarlıq Həftəsi qeyd olunur

14 Noyabr 2018, 14:43 (GMT +4)
Təhsil naziri Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb

14 Noyabr 2018, 14:37 (GMT +4)
Səudiyyə təyyarələri Yəməndə bir mikroavtobusu vurub - 9 mülki şəxs həlak olub (FOTO)

14 Noyabr 2018, 14:28 (GMT +4)
Türkiyənin dəstəyi Avropanın təhlükəsizliyi üçün vacibdir - AKP rəsmisi

14 Noyabr 2018, 14:22 (GMT +4)
Azərbaycanın və Slovakiyanın Baş nazirləri birgə işçi nahar ediblər

14 Noyabr 2018, 14:14 (GMT +4)
Gələn il Azərbaycandan 25 ixrac missiyası təşkil olunacaq

14 Noyabr 2018, 14:03 (GMT +4)
Türkiyə 83 ölkədən fətullahçıların təhvil verilməsini tələb edib - XİN rəhbəri

14 Noyabr 2018, 13:58 (GMT +4)
İŞİD-dən geri alınan bölgədən 24 cəsədin olduğu kütləvi məzarlıq tapılıb

14 Noyabr 2018, 13:43 (GMT +4)
Əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadənin xatirəsi anılacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66