Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Mədəniyyət Nazirliyinin tabeliyindəki qoruqların fəaliyyətinə həsr olunan müşavirə keçirilib

10 İyul 2018, 17:13 (GMT +4)

Bakı, 10 iyul, SalamNews. Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə müşavirə keçirildi. Müşavirə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən qoruqların nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyinə verilməsinə həsr olunmuşdu.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, yığıncaqda nazirliyin müvafiq struktur bölmələrinin və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məsul əməkdaşları, nazirliyin tabeliyindəki qoruqların rəhbərləri iştirak edirdi.

Gündəlikdə duran məsələlər barədə məlumat verən Əbülfəs Qarayev Mədəniyyət Nazirliyində aparılan son islahatlardan söz açdı. İslahatların əhəmiyyətini yüksək qiymətləndirən nazir qeyd etdi ki, struktur islahatlarının reallaşdırılmasında əsas məqsəd ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsidir.

Nazir aparılan islahatlardan sonra Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin səlahiyyətlərinin, eləcə də üzərinə düşən məsuliyyətin daha da artırıldığını diqqətə çatdırdı: “Mədəniyyət Nazirliyi yanında fəaliyyət göstərən dövlət xidmətinə Prezident İlham Əliyevin sərəncamı ilə Zakir Sultanov rəis təyin olunub. Bu o deməkdir ki, nazirliyin strukturunda fəaliyyət göstərən xidmətin həyata keçirdiyi işlər ölkə başçısının diqqət mərkəzindədir. Ölkə başçısı xalqımızın mədəni irsinin qorunması, bərpası və təbliğinə böyük önəm verir. Ona görə də biz üzərimizə düşən məsuliyyətli vəzifəni daha yüksək səviyyədə həyata keçirməliyik”.

Əbülfəs Qarayev qeyd etdi ki, bugünkü tədbirin əsas məqsədi nazirliyin tabeliyində fəaliyyət göstərən qoruqların fəaliyyətini daha effektiv şəkildə qurulmasını təmin etmək üçün Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdinə verilməsidir. Nazirliyin tərkibində mövcud olan qoruqlar bundan sonra birbaşa dövlət xidmətinin tabeliyinə verilir. Bunlar Qobustan Dövlət tarix-bədii qoruğu, Nardaran tarix-mədəniyyət qoruğu, Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğu, “Pir Hüseyn xanəgahı” tarix-memarlıq qoruğu, Lahıc tarix-mədəniyyət qoruğu, “Çıraqqala” tarixi-memarlıq qoruğu, “Şabran şəhəri” tarixi qoruğu, “Avey” Dövlət tarix-mədəniyyət qoruğu, Gəncə Dövlət tarix-mədəniyyət qoruğu, Nizami Gəncəvi məqbərəsi kompleksi, Qəbələ Dövlət tarix-mədəniyyət qoruğu, İlisu Dövlət tarix-mədəniyyət qoruğu, Zaqatala tarix-mədəniyyət qoruğu, Şuşa Dövlət tarix-mədəniyyət qoruğu və Quba şəhərindəki Soyqırımı Memorial Kompleksidir.

Nazir vurğuladı ki, indi qarşıda duran əsas məsələ qoruqların fəaliyyətinin müasir tələblər səviyyəsində təşkil edilməsidir: “Bura həm ziyarətçilərin qoruqları rahatlıqla ziyarət etmələri üçün müvafiq infrastrukturun yaradılmasından tutmuş, elmi tədqiqatların aparılmasına qədər ən müxtəlif istiqamətlər aiddir. Hazırda Ağsu və Qəbələdəki qoruqlarda elmi tədqiqat işləri aparılır. “Avey” Dövlət tarix-mədəniyyət qoruğunda da Yaponiyadan olan mütəxəssislərin iştirakı ilə tədqiqat işlərinə başlanılıb. Bu araşdırmalar bütün qoruqlarımızı əhatə etməlidir”.

Qeyd edildi ki, regionların mədəniyyət müəssisələri kimi qoruqların da fəaliyyətinin daha da gücləndirilməsi üçün ixtisaslı kadrların işə cəlb olunması diqqətdə saxlanılmalıdır: “Qoruqların işi ölkəmizin müasir inkişaf səviyyəsinə uyğun qurulmalıdır. Bura xidmət səviyyəsinin yüksəldilməsi, eləcə də ödənişli xidmətlərin təşkili kimi məsələlər daxildir. Qoruqların dəqiq xəritələri hazırlanmalı, mühafizə zolaqları müəyyən olunmalıdır. Eyni zamanda qoruqların hər birinin saytı yaradılmalıdır və bu saytlarda həmin qoruqlar haqqında müfəssəl məlumatlar yerləşdirilməli, onların daxil olduğu marşrutlar göstərilməlidir”.

Vurğulandı ki, nazirliyin tabeliyində olan qoruqların bir qismi turizm məqsədləri ilə daha geniş istifadəsinin təşkil edilməsi məqsədilə Dövlət Turizm Agentliyinin tərkibinə verilib. Həmin qoruqların da gələcək fəaliyyəti nazirliklə qarşılıqlı əməkdaşlıq çərçivəsində, Mədəniyyət haqqında qanunun tələblərinə uyğun olaraq həyata keçiriləcək.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov çıxış edərək qoruqların gələcək fəaliyyətinin təmin olunması istiqamətində atılacaq addımlardan danışdı. Qeyd etdi ki, qoruqların fəaliyyətinin gücləndirilməsi üçün müvafiq strukturun qurulması, ödənişli xidmətlərin təşkil olunması diqqətdə saxlanılacaq. Vurğulandı ki, qoruqların inkişafı məqsədilə ölkəmizdə fəaliyyət göstərən bir sıra müvafiq təşkilatlarla əməkdaşlıq inkişaf etdirilməlidir.

Müşavirənin sonunda Əbülfəs Qarayev qoruqların fəaliyyətinin yüksəldilməsi, qoruq ərazilərində tədqiqat işlərinin aparılması, tədbirlərin təşkili istiqamətində tapşırıq və tövsiyələrini verdi.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Mədəniyyət Nazirliyi Həmkarlar İttifaqının növbədənkənar iclası keçirilib

Mədəniyyət Nazirliyinin kollegiya üzvlərinin yeni tərkibi təsdiqlənib

Mədəniyyət Nazirliyi pedaqoji kadrların işə qəbulu üzrə növbəti müsabiqə keçirəcək

Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin rəhbəri Mədəniyyət Nazirliyində olub

Mədəniyyət Nazirliyinin şöbə müdiri vəzifələrinə yeni təyinatlar olub

Mədəniyyət Nazirliyi yanında Dövlət Xidmətinə rəis təyin edilib

Mədəniyyət Nazirliyi Aparatının yeni strukturu təsdiq edilib, təyinatlar həyata keçirilib

Azərbaycana səfərə gələn Misirin Mədəniyyət Nazirliyinin rəsmisi BDU-da olub

14 Noyabr 2018, 18:06 (GMT +4)
Azərbaycanın Xəzər məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin edilib

14 Noyabr 2018, 17:53 (GMT +4)
Həsənağa Turabova həsr olunan xatirə tədbiri keçiriləcək

14 Noyabr 2018, 17:45 (GMT +4)
Avtoxuliqanlıq edən 15 gənc saxlanılıb

14 Noyabr 2018, 17:32 (GMT +4)
Azərbaycan güləşçiləri “Continental Cup” turnirində iştirak edəcəklər

14 Noyabr 2018, 17:25 (GMT +4)
Liberman partiyasının iqtidar koalisiyasından ayrıldığını açıqlayıb

14 Noyabr 2018, 17:22 (GMT +4)
“Azərbaycanın iqtisadi inkişaf strategiyası" mövzusunda Respublika elmi konfransı keçirilib

14 Noyabr 2018, 17:11 (GMT +4)
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb

14 Noyabr 2018, 17:06 (GMT +4)
İran XİN rəhbərindən korrupsiya ilə bağlı sözləri barədə izahat tələb edilib

14 Noyabr 2018, 16:52 (GMT +4)
“Quş qripi” ilə bağlı monitorinqlərə start verilib

14 Noyabr 2018, 16:40 (GMT +4)
Ayxan Abbasov "Sumqayıt"ın baş məşqçisi təyin olunub

14 Noyabr 2018, 16:28 (GMT +4)
Rusiya XİN İsrail və Qəzza arasındakı atəşkəsi alqışlayır

14 Noyabr 2018, 16:14 (GMT +4)
ABŞ HƏMAS-ın ikinci adamının başına 5 milyon pul qoyub

14 Noyabr 2018, 16:10 (GMT +4)
ETSN-in məsul şəxsləri sərgi ilə tanış olublar (FOTOLAR)

14 Noyabr 2018, 16:02 (GMT +4)
Azay Quliyev Kiyevə səfər edəcək

14 Noyabr 2018, 15:50 (GMT +4)
Gömrük Akademiyasının məzunları Komitədə işlə təmin olunublar

14 Noyabr 2018, 15:45 (GMT +4)
“BP-ni kəşf et” adlı “Açıq qapı” günü keçirilib

14 Noyabr 2018, 15:37 (GMT +4)
İqlim və Enerji üzrə Merlər Razılaşmasının Milli Əlaqələndiricisinin 2019-cu il üzrə İş Planı təsdiq olunub

14 Noyabr 2018, 15:25 (GMT +4)
Slovakiya nümayəndə heyəti Qobustan Qoruğunda olublar

14 Noyabr 2018, 15:18 (GMT +4)
Qəzza qarşıdurması nəticəsini verdi - İsrail müdafiə naziri istefa verib

14 Noyabr 2018, 15:14 (GMT +4)
Qazaxıstanda latın dilində ümumrespublika imlası yazdırılıb

14 Noyabr 2018, 14:59 (GMT +4)
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-da görüşlərə başlayıb

14 Noyabr 2018, 14:51 (GMT +4)
Azərbaycanda Qlobal Sahibkarlıq Həftəsi qeyd olunur

14 Noyabr 2018, 14:43 (GMT +4)
Təhsil naziri Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb

14 Noyabr 2018, 14:37 (GMT +4)
Səudiyyə təyyarələri Yəməndə bir mikroavtobusu vurub - 9 mülki şəxs həlak olub (FOTO)

14 Noyabr 2018, 14:28 (GMT +4)
Türkiyənin dəstəyi Avropanın təhlükəsizliyi üçün vacibdir - AKP rəsmisi

14 Noyabr 2018, 14:22 (GMT +4)
Azərbaycanın və Slovakiyanın Baş nazirləri birgə işçi nahar ediblər

14 Noyabr 2018, 14:14 (GMT +4)
Gələn il Azərbaycandan 25 ixrac missiyası təşkil olunacaq

14 Noyabr 2018, 14:03 (GMT +4)
Türkiyə 83 ölkədən fətullahçıların təhvil verilməsini tələb edib - XİN rəhbəri

14 Noyabr 2018, 13:58 (GMT +4)
İŞİD-dən geri alınan bölgədən 24 cəsədin olduğu kütləvi məzarlıq tapılıb

14 Noyabr 2018, 13:43 (GMT +4)
Əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadənin xatirəsi anılacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66