Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » CƏMİYYƏT

ETSN: Azərbaycanda vətəndaşların əksəriyyəti polietilen paketlərin istifadəsinin əleyhinədir

12 İyul 2018, 17:50 (GMT +4)

Bakı, 12 iyul, SalamNews. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gənclər şurasının üzvləri və AMEA-nın Coğrafiya İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədri tərəfindən Bakı şəhərinin müxtəlif rayonları üzrə əhali arasında, o cümlədən AMEA-nın elmi işçiləri ilə polietilen paketlərin istifadəsinə dair sorğu keçirilib.

Nazirliyin mətbuat xidmətindən SalamNews=a verilən məlumata görə, sorğunun nəticələrinə əsasən qadınların cəmi 7,9 %-i, kişilərin isə 5,5%-i marketə gedərkən özləri ilə çanta aparır. Yaş qrupu 36-dan yuxarı olan respondentlər arasında çantadan istifadə edənlərin sayı digər yaş qrupları ilə müqayisədə bir qədər çoxdur. Bu da Sovet dönəmində mağazaya gedərkən toxunma çantalardan istifadənin o dövrün insanlarında artıq vərdiş halını almasını göstərir.

Keçirilən sorğuya əsasən demək olar ki, əhali yetərincə plastik qablaşdırmanın və ya polietilen məhsulların ətraf mühitə təsiri barədə məlumatlıdır. Qadınlardan 90,6%, kişilərdən 91,8%-nin bu barədə məlumatı var, respondentlər arasında gənc və yaşlı nəslin nümayəndələri xüsusilə bu barədə geniş informasiyaya sahibdirlər.

Sorğuya əsasən qadınların 88,2%-i, kişilərin isə 90,4%-i eyni məhsulun kağız və ya şüşə qablaşdırmada olmasının tərəfdarıdır.

Dünya iqtisadiyyatında belə bir ifadə var: “mənfəətini güdməyən sahibkar- sahibkar deyildir”. Hər bir market sahibi təbii ki, bu ifadəyə istinadən öz işini qurur və alıcıya “havayı” kimi təqdim olunan sellofan paketlərin dəyəri əslində satışa qoyulan hər bir məhsulun üzərinə hesablanır. Keçirilən sorğuya əsasən qadınların yalnız 29,92%-i, kişilərin isə 43,84%-i bunu bilir: "Keçirilən sorğunun nəticəsindən belə qənaətə gəlmək olur ki, əhali polietilen paketlərin ətraf mühitə mənfi təsirini nəzərə alaraq Nazirliyin bu sahədə apardığı siyasəti dəstəkləyir.

Hər bir vətəndaş eko çantalardan istifadə etməklə, plastik tullantıların idarə olunması məqsədilə plastik butulkaların çeşidləndirmə kampaniyasına qoşulmaqla plastik çirklənmənin qarşısının alınmasına öz töhfəsini vermiş olar.

Unutmayaq, bu gün verdiyimiz hər bir qərar sabah özümüzə qayıdacaq, seçim bizə aiddir. Gəlin təmiz təbiətdə, təmiz gələcəkdə yaşamağı seçək".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 İyul 2018, 11:01 (GMT +4)
Azərbaycanda  I və IV qruplar üzrə qəbul imtahanı keçirilir

18 İyul 2018, 10:57 (GMT +4)
Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü olub

18 İyul 2018, 10:50 (GMT +4)
"Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması" layihəsi həyata keçiriləcək

18 İyul 2018, 10:29 (GMT +4)
Qırğızıstanda 4,7 bal gücündə zəlzələ baş verib

18 İyul 2018, 10:23 (GMT +4)
Hindistanla Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən tərkibi dəyişdirilib

18 İyul 2018, 10:15 (GMT +4)
Prezident Qəbələdə yol tikintisinə 6,8 milyon manat ayırıb

18 İyul 2018, 10:02 (GMT +4)
Ermənilər atəşkəs rejimini 98 dəfə pozub

18 İyul 2018, 09:56 (GMT +4)
Azərbaycanda İtaliya Prezidentinin rəsmi qarşılanma mərasimi olub

18 İyul 2018, 09:51 (GMT +4)
Yaponiyada güclü yağışlar nəticəsində ölənlərin sayı 222 nəfərə çatıb

18 İyul 2018, 09:51 (GMT +4)
Bu gün “Qarabağ” Çempionlar Liqasında həlledici oyuna çıxır

18 İyul 2018, 09:40 (GMT +4)
İtaliya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

18 İyul 2018, 09:37 (GMT +4)
Bu gün Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq

18 İyul 2018, 09:25 (GMT +4)
Xəzər dənizində batan iki nəfər xilas edilib

18 İyul 2018, 09:11 (GMT +4)
Neft ucuzlaşıb

18 İyul 2018, 09:05 (GMT +4)
Neft Fondunun 2017-ci il büdcəsinin gəlir və xərcləri təsdiq olunub

17 İyul 2018, 18:10 (GMT +4)
Rezidenturaya qəbul üzrə yerlərin artırılması ilə əlaqədar Nazirlər Kabinetinə müraciət edilib

17 İyul 2018, 18:00 (GMT +4)
Bakıda intihar cəhdinin qarşısı alınıb

17 İyul 2018, 17:53 (GMT +4)
“Azərbaycan Hava Yolları” mükafata layiq görülüb

17 İyul 2018, 17:45 (GMT +4)
Dolların sabaha olan məzənnəsi açıqlanıb

17 İyul 2018, 17:42 (GMT +4)
Dövlət Neft Fondu bu vaxtadək “Star” layihəsinə 1,6 milyard manat xərcləyib

17 İyul 2018, 17:34 (GMT +4)
Bakıda dənizdə daha iki nəfər batıb

17 İyul 2018, 17:26 (GMT +4)
"Qaçqınkom"da məcburi köçkünlərin qəbulu keçirilib

17 İyul 2018, 17:18 (GMT +4)
Dənizin sahilini çirkləndirən istirahət mərkəzləri cərimələnib

17 İyul 2018, 17:12 (GMT +4)
Bakcell-in 4G xidməti ölkənin 30-dan çox bölgəsində 

17 İyul 2018, 17:04 (GMT +4)
MADO restoranlar şəbəkəsinə media tur təşkil olunub (FOTO)

17 İyul 2018, 17:00 (GMT +4)
Azərbaycanda Rəqabət Agentliyi yaradılacaq

17 İyul 2018, 16:44 (GMT +4)
Azərbaycan 2020-ci ildən tam üzən məzənnə rejiminə keçəcək

17 İyul 2018, 16:25 (GMT +4)
Azərbaycana 20 kondisioner keçirmək istəyən əcnəbi saxlanılıb

17 İyul 2018, 16:10 (GMT +4)
Məhəmməd Hadi küçəsinin 2.8 km-lik hissəsi təmir edildi

17 İyul 2018, 16:00 (GMT +4)
Əhali arasında “MADO”-a maraq çox böyükdür - Kəmalə Allahverdiyeva

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66