Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İQTİSADİYYAT

Dövlət strukturları üçün lisenziyalı proqram təminatının alınması haqqında saziş imzalanıb

12 İyul 2018, 17:41 (GMT +4)

Bakı, 12 iyul, SalamNewsAzərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NYRTN) "Microsoft" şirkəti ilə dövlət strukturları üçün proqram təminatı lisenziyalarının alınması haqqında 3 illik saziş imzalayıb.

Tərəflər arasında əldə olunan razılığa əsasən, dövlət qulluqçularının kompüterlərini (20,000 lisenziya) "Microsoft" proqram təminatı lisenziyaları (Windows Pro, Office 365 ProPlus, Core CAL) ilə təmin etmək, habelə ali təhsil müəssisələrini akademik güzəşt ilə lisenziyalaşdırmaq (10,000 lisenziya) nəzərdə tutulub.

Bundan əlavə, sazişin bağlanması zamanı "Microsoft" şirkəti tərəfindən təqdim olunan "Tələbə Üstünlükləri" proqramından da yararlanaraq Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinin tələbələri üçün (~150.000 nəfər) əlavə olaraq pulsuz "Microsoft Windows" və "Microsoft Office" proqram təminatı əldə olunub.

Sözügedən sazişə əsasən, NRYTN və "Microsoft" dövlət strukturlarında proqram təminatının lisenziyalaşdırılması ilə bağlı əməkdaşlığın ikinci mərhələsini reallaşdıracaq. Belə ki, 2011-ci ildə artıq 10000 kompüter dövlət qurumlarının icra aparatlarında istifadə olunmaq üçün lisenziyalaşdırılaraq (Windows, Office ProPlus və Core CAL) istifadəyə verilmişdi.

"IDC (International Data Corporation)" şirkətinin 2017-ci il üzrə araşdırmasına əsasən, Azərbaycan üzrə lisenziyasız proqram təminatından istifadədə əvvəlki illərə nisbətən azalma müşahidə olunub. Tələb olunan lisenziyaların əksər hissəsi isə, məhz "Microsoft" (Windows və Office) şirkətinin məhsullarıdır.

Adıçəkilən saziş nəticəsində əldə olunan lisenziyalı proqram təminatının dövlət qulluqçuları tərəfindən istifadə olunması informasiya sistemlərinin və şəxsi məlumatların beynəlxalq kiberhücumlardan qorunma səviyyəsini artıracaq. Təhsil müəssisələrinin lisenziyalaşdırılması isə tələbə və müəllimlərə lisenziyalı proqram təminatından istifadə etməyə imkan verəcək. Bu da öz növbəsində, özəl sektorda və ümumilikdə ölkə üzrə lisenziyasız proqram təminatından istifadə səviyyəsinin 3 il ərzində kəskin azalmasına gətirib çıxaracaq.

Sazişin əsas məqsədi bu sahədə xərclərə qənaət etmək, ölkənin əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı reytinqlərdə mövqeyini yaxşılaşdırmaq, innovasiya ekosistemini inkişaf etdirmək, bu sahəyə xarici investisiyalar cəlb etmək, habelə ölkədə elektron xidmətlərdən istifadə sayını artırmaqdır.

Qeyd edək ki, lisenziyasız proqram təminatının çox olduğu ölkələrdə kiberhücum riski yüksəlir, kompüter elmləri sahəsində təhsilin səviyyəsi aşağı düşür, yüksək texnoloji iş yerləri azalır və intellektual mülkiyyət hüquqlarının qorunmasında çətinlik yaranır.

Mülkiyyət hüquqlarının qorunması ölkənin Rəqabətqabiliyyətlilik İndeksinin (Davos Ümumdünya İqtisadi Forumu) əsas komponentlərindən biridir.

Bundan əlavə, Dünya Bankının «Ease of Doing Business» indeksi üzrə Azərbaycanın mövqeyinə müsbət təsir edəcək saziş, sahibkarlığın yaxşılaşdırılması üzrə görülən institusional tədbirlərə və ölkədə investisiya mühitinə də təkan verəcək.

Layihənin operatoru qismində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində fəaliyyət göstərən "AzInTelecom" MMC çıxış edəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dövlət Gömrük Komitəsinin Akademiyasında Milli Dirçəliş gününə həsr olunmuş tədbir keçirilib

Dövlət qulluğuna işləmək istəyənlər üçün test imtahanı keçiriləcək

M.Ə.Rəsulzadə Bələdiyyəsi ilə Dövlət İqtisad Universiteti əməkdaşlığa başlayır

Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri təsdiqlənib

Prezident İlham Əliyev Dövlət Himninin musiqisini və mətnini təsdiqləyib

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-da görüşlərə başlayıb

Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub

Dövlət Komitəsinin kampaniyası Qaradağ və Qobustan qəsəbəsində fəaliyyət gösətərəcək

Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-a yola düşür

Dövlət Agentliyinin nümayəndə heyəti beynəlxalq Forumda iştirak edib

Azərbaycanın Dövlət Bayrağı Günü Poltavada qeyd edilib

Dövlət Komitəsinin nümayəndə heyəti TDƏŞ-ə üzv dövlətlərin iclasında iştirak edib

Təhsil müəssisələrində Dövlət Bayrağı Günü qeyd olunub

Dövlət Bayrağı Günü münasibətilə veloyürüş keçirilib (FOTOLAR)

Gömrük Akademiyasında “Dövlət bayrağı günü” qeyd olunub

ABŞ Kaşıkçı cinayəti məsələsini diqqətlə təqib edir - ABŞ Dövlət departamenti

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

DİM: Dövlət qulluğuna qəbul imtahanında daha 650 nəfər uğur qazanıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin avtomobillərinin sayı limiti artırılıb

Dövlət Komitəsində Almaniyanın Azərbaycandakı səfiri ilə görüş olub

16 Noyabr 2018, 17:56 (GMT +4)
Dövlət Gömrük Komitəsinin Akademiyasında Milli Dirçəliş gününə həsr olunmuş tədbir keçirilib

16 Noyabr 2018, 17:48 (GMT +4)
Prezident İlham Əliyev: Sumqayıt Kimya Sənaye Parkına 2,2 mlrd. dollar sərmayə qoyulub

16 Noyabr 2018, 17:41 (GMT +4)
Dolların noyabrın 19-na olan məzənnəsi açıqlanıb

16 Noyabr 2018, 17:33 (GMT +4)
Sahil Babayev Şəmkirdə sakinlərlə görüşüb

16 Noyabr 2018, 17:25 (GMT +4)
Dövlət qulluğuna işləmək istəyənlər üçün test imtahanı keçiriləcək

16 Noyabr 2018, 17:16 (GMT +4)
HƏMAS-ın gücü bir ilə Hizbullah qədər olacaq – Aviqdor Liberman

16 Noyabr 2018, 17:04 (GMT +4)
Baş Qərargah rəisi KQHO yekunlarına dair müşavirə keçirib

16 Noyabr 2018, 16:55 (GMT +4)
Jurnalistlər "Azercell"in təşkil etdiyi ödənişsiz ingilis dili kurslarında iştirak edəcəklər

16 Noyabr 2018, 16:50 (GMT +4)
“Kaspersky Lab” Sürixdə Avropa istifadəçilərinin məlumatlarının emalına başlayıb

16 Noyabr 2018, 16:38 (GMT +4)
Bakının Babək prospektində görülən işlər dekabrın 10-na qədər yekunlaşdırılacaq

16 Noyabr 2018, 16:35 (GMT +4)
Liviyada 22 hərbçinin cəsədinin olduğu kütləvi məzarlıq tapılıb (FOTO)

16 Noyabr 2018, 16:20 (GMT +4)
Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinə səfərə gedib

16 Noyabr 2018, 16:11 (GMT +4)
ƏƏSMN-də Dünya Bankının missiyası ilə görüş olub

16 Noyabr 2018, 15:54 (GMT +4)
Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti sabah Almaniyaya gedəcək

16 Noyabr 2018, 15:47 (GMT +4)
Qəzzalılar bu gün 34-cü dönüş yürüşünü keçirir – Qarşıdurma ehtimalı var

16 Noyabr 2018, 15:45 (GMT +4)
Startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

16 Noyabr 2018, 15:41 (GMT +4)
Kitabxana işinin təşkilinə dair təlimlər keçiririlir

16 Noyabr 2018, 15:22 (GMT +4)
Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib

16 Noyabr 2018, 15:15 (GMT +4)
Prezident İlham Əliyev Sumqayıtda yeni zavodun açılışında iştirak edib

16 Noyabr 2018, 15:10 (GMT +4)
Bəhreyn ABŞ-dan 12 ədəd hərbi helikopter alacaq

16 Noyabr 2018, 14:59 (GMT +4)
Bu gündən İmişli “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

16 Noyabr 2018, 14:58 (GMT +4)
Facebook onun qaydalarına zidd nəşrlərlə mübarizə məqsədilə müstəqil orqan yaradacaq

16 Noyabr 2018, 14:50 (GMT +4)
ABŞ BMT-in Colanın Suriyaya qaytarılması qətnaməsini veto edəcəyini bildirib

16 Noyabr 2018, 14:45 (GMT +4)
Sumqayıt Kimya Sənaye Parkında tütün məmulatları istehsalı fabriki istifadəyə verilib

16 Noyabr 2018, 14:33 (GMT +4)
Türkiyədə Camal Kaşıkçı üçün qiyabi cənazə namazı qılınacaq

16 Noyabr 2018, 14:32 (GMT +4)
M.Ə.Rəsulzadə Bələdiyyəsi ilə Dövlət İqtisad Universiteti əməkdaşlığa başlayır

16 Noyabr 2018, 14:20 (GMT +4)
Küveyt israilli bloggeri deportasiya edib

16 Noyabr 2018, 14:15 (GMT +4)
“Ailəliklə kitabxanaya” layihəsinə start verilib

16 Noyabr 2018, 14:06 (GMT +4)
İsraildə Netanyahu əleyhinə etiraz aksiyaları keçirilib (VİDEO)

16 Noyabr 2018, 13:51 (GMT +4)
Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66