Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İQTİSADİYYAT

Energetika Nazirliyi: “ASAN Xidmət” mərkəzi vasitəsilə 131 hüquqi şəxsə icazə verilib

12 İyul 2018, 18:00 (GMT +4)

Bakı, 12 iyul, SalamNews2018-ci ilin II rübü ərzində Energetika Nazirliyitərəfindən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı və tranziti üzrə 105 hüquqi şəxsə icazə verilib.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, bunlardan 87 icazə 5 saylı “ASAN Xidmət” mərkəzi vasitəsilə həyata keçirilib. Verilmiş icazələrin 82-si ixrac nəzarətinə düşən malların idxalı, 13-ü ixrac nəzarətinə düşən malların ixracı, 10-u isə ixrac nəzarətinə düşən malların tranziti ilə bağlı icazələr olub.

“Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə elektrik enerjisinin sənaye parkının hüdudlarında paylanmasına görə 1 icazə verilib.

Ümumilikdə 2018-ci ilin 6 ayı ərzində Energetika Nazirliyi tərəfindən 177 hüquqi şəxsə icazə verilib və bu icazələrin 131-i ASAN Xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.

Qaydalara uyğun olaraq, icazələrin verilməsi üçün təqdim olunmuş sənədlərdə məlumatların, texniki göstəricilərin düzgünlüyü yoxlanılıb, xarici iqtisadi əlaqələrin həyata keçirilməsi üçün nəzərdə tutulmuş malların ixrac nəzarətinə düşən malların siyahısına uyğunluğu araşdırıldıqdan sonra həmin malların ixracı, idxalı və tranzitinə icazə verilib. Bundan başqa icazələrlə bağlı təqdim olunmuş sənədlərin və verilmiş icazələrin reyestri aparılıb və həmin məlumatlar elektron qaydada İqtisadiyyat Nazirliyinə, Vergilər Nazirliyinə və Dövlət Statistika Komitəsinə təqdim edilib.

Qeyd edək ki, 1 fevral 2018-ci il tarixindən Energetika Nazirliyi tərəfindən müvafiq icazələrin “ASAN Xidmət” mərkəzi vasitəsilə verilməsi sahibkarlıq fəaliyyətinə icazələrin verilməsində şəffaflığın artırılmasını və verilmə prosesinin asanlaşdırılmasını təmin edib. Hazırda 3 növ icazənin “ASAN Xidmət” mərkəzi vasitəsilə verilməsi həyata keçirilir. Bura ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə və ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.

Vətəndaşlar nazirliyin rəsmi internet səhifəsində “Elektron xidmətlər” bölməsinə daxil olmaqla (və ya e-xidmet.minenergy.gov.az saytına girərək) icazə almaq üçün sənədlərini elektron qaydada da göndərə bilərlər.

Hazırda Energetika Nazirliyi tərəfindən “icazələrin verilməsi” üzrə informasiya ehtiyatının “Lisenziya və icazələr” portalına inteqrasiya edilməsi üçün işlər davam etdirilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 3 nömrəli əlavəsində göstərilmiş nazirlik tərəfindən verilən icazələr barədə məlumatlar Dövlət Xidmətləri Portalına daxil edilib və Energetika Nazirliyinin rəsmi internet səhifəsində yaradılmış “Xidmətlər” bölməsinin “Dövlət xidmətləri” hissəsində yerləşdirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 İyul 2018, 10:15 (GMT +4)
Prezident Qəbələdə yol tikintisinə 6,8 milyon manat ayırıb

18 İyul 2018, 10:02 (GMT +4)
Ermənilər atəşkəs rejimini 98 dəfə pozub

18 İyul 2018, 09:56 (GMT +4)
Azərbaycanda İtaliya Prezidentinin rəsmi qarşılanma mərasimi olub

18 İyul 2018, 09:51 (GMT +4)
Yaponiyada güclü yağışlar nəticəsində ölənlərin sayı 222 nəfərə çatıb

18 İyul 2018, 09:51 (GMT +4)
Bu gün “Qarabağ” Çempionlar Liqasında həlledici oyuna çıxır

18 İyul 2018, 09:40 (GMT +4)
İtaliya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

18 İyul 2018, 09:37 (GMT +4)
Bu gün Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq

18 İyul 2018, 09:25 (GMT +4)
Xəzər dənizində batan iki nəfər xilas edilib

18 İyul 2018, 09:11 (GMT +4)
Neft ucuzlaşıb

18 İyul 2018, 09:05 (GMT +4)
Neft Fondunun 2017-ci il büdcəsinin gəlir və xərcləri təsdiq olunub

17 İyul 2018, 18:10 (GMT +4)
Rezidenturaya qəbul üzrə yerlərin artırılması ilə əlaqədar Nazirlər Kabinetinə müraciət edilib

17 İyul 2018, 18:00 (GMT +4)
Bakıda intihar cəhdinin qarşısı alınıb

17 İyul 2018, 17:53 (GMT +4)
“Azərbaycan Hava Yolları” mükafata layiq görülüb

17 İyul 2018, 17:45 (GMT +4)
Dolların sabaha olan məzənnəsi açıqlanıb

17 İyul 2018, 17:42 (GMT +4)
Dövlət Neft Fondu bu vaxtadək “Star” layihəsinə 1,6 milyard manat xərcləyib

17 İyul 2018, 17:34 (GMT +4)
Bakıda dənizdə daha iki nəfər batıb

17 İyul 2018, 17:26 (GMT +4)
"Qaçqınkom"da məcburi köçkünlərin qəbulu keçirilib

17 İyul 2018, 17:18 (GMT +4)
Dənizin sahilini çirkləndirən istirahət mərkəzləri cərimələnib

17 İyul 2018, 17:12 (GMT +4)
Bakcell-in 4G xidməti ölkənin 30-dan çox bölgəsində 

17 İyul 2018, 17:04 (GMT +4)
MADO restoranlar şəbəkəsinə media tur təşkil olunub (FOTO)

17 İyul 2018, 17:00 (GMT +4)
Azərbaycanda Rəqabət Agentliyi yaradılacaq

17 İyul 2018, 16:44 (GMT +4)
Azərbaycan 2020-ci ildən tam üzən məzənnə rejiminə keçəcək

17 İyul 2018, 16:25 (GMT +4)
Azərbaycana 20 kondisioner keçirmək istəyən əcnəbi saxlanılıb

17 İyul 2018, 16:10 (GMT +4)
Məhəmməd Hadi küçəsinin 2.8 km-lik hissəsi təmir edildi

17 İyul 2018, 16:00 (GMT +4)
Əhali arasında “MADO”-a maraq çox böyükdür - Kəmalə Allahverdiyeva

17 İyul 2018, 15:43 (GMT +4)
Formula 1: Raykkonenin karyerasını “Haas”da davam etdirəcəyi gözlənilir

17 İyul 2018, 15:31 (GMT +4)
Strateji yol xəritələrinin monitorinq və qiymətləndirmə nəticələri açıqlanıb

17 İyul 2018, 15:22 (GMT +4)
AQTA-da Beynəlxalq donor təşkilatları ilə görüş keçirilib

17 İyul 2018, 15:17 (GMT +4)
Xəzər sammitinin tarixi və yeri açıqlanıb

17 İyul 2018, 15:07 (GMT +4)
Bakının baş planının hazırlanması prosesi başlayır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66