Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İQTİSADİYYAT

DANX yükdaşımaları yerinə yetirən şəxslərə ciddi xəbərdarlıq edib

12 İyul 2018, 13:54 (GMT +4)

Bakı, 12 iyul, SalamNewsBakı-Qazax magistralının 21-ci kilometrliyində baş verən məlum qəza ilə bağlı NRYTN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Yükdaşımaların Tənzimlənməsi Sektorunun müdiri Arif Məmmədov, "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili" MMC-nin müvafiq struktur heyəti hadisə yerində olublar.

DANX -dan SalamNews-a verilən məlumata görə, bununla əlaqədar, NRYTN yanında DANX ölkədaxili yükdaşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara ciddi xəbərdarlıq edərək bir daha bildirir ki, balanslarında olan avtonəqliyyat vasitəsini idarə edən sürücülərin müvafiq qaydada reysqabağı tibbi müayinədən keçirilməsində nöqsana yol verən, sürücülərin iş və istirahət vaxtlarına əməl etməyən hüquqi və fiziki şəxslərlə bağlı müvafiq qaydada ölçü götürülərək, avtonəqliyyat vasitələrindən istifadəyə dair müvafiq icazəyə yenidən baxılacaq və ən sərt şəkildə insan həyatı üçün təhlükə yaradan faktorlar əsas götürülərək daşıyıcı qismində fəaliyyətlərinə həmişəlik xitam verilməsinə dair tədbir görüləcək.

Hazırda sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşə hazırlığı ilə əlaqədar də bir sıra problemlərin mövcud olduğuna baxmayaraq, daşımalarla məşğul olan sürücülərin hazırlanmasını həyata keçirən tədris müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə hökümətə ən yaxın zamanda təqdim edilməsi üçün kompleks tədbirlər paketi hazırlanıb.

Eyni zamanda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nəzdində fəaliyyət göstərən Təlim-Tədris Mərkəzinin maddi-texniki bazasının yaxşılaşdırılması, bu mərkəzdə ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları həyata keçirən sürücülərin, habelə taksi sürücülərinin xüsusi proqram əsasında peşə fəaliyyətinə və davranışına uyğun hazırlanması üçün Beynəlxalq Nəqliyyat Forumunun Keyfiyyət Xartiyasına uyğun tədrisin təşkil olunması vasitəsilə xarici mütəxəssislərin cəlb edilməsinə dair danışıqlar aparılır. Bu danışıqların nəticəsi olaraq növbəti ildən həm sürücülər, həm də mütəxəssislər üçün vacib olan beynəlxalq sertifikatlar vermək hüququnu əldə etmək, planda olan ən vacib məsələlərdəndir.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti təhlükəsiz daşımaların həyata keçirilməsi üçün yüksək texnologiyaların tətbiqi məqsədlə TPF Getinsa, TÜV Thüringen, SAP və CİSCO kimi nüfuzlu şirkətlərlə müxtəlif platformalar çərçivəsində əməkdaşlığa da start verib.
Həyata keçirilməsi nəzərdə tutulan bütün layihələr daşımaların təhlükəsizliyinin təmin edilməsi, daşıyıcılar arasında sağlam rəqabət mühitinin formalaşdırılması, daşıyıcıların maddi texniki bazasının yaxşılaşdırılması niyyətini güdür və 2019-cu ilin yanvar ayından etibarən icra edilməsi planlaşdırılır. Bu baxımdan sahə üzrə sadalanan, problemlərin qarşısının alınması üçün bir daha daşıyıcı hüquqi və fiziki şəxslərə müraciət edərək bildiririk ki, insan həyatı üçün təhlükə yarada biləcək heç bir hal diqqətdən kənarda qalmayacaq və ən sərt şəkildə tədbirlər görüləcək.

Xatırladaq ki, yük maşınının sürücüsünün sükan arxasında yuxuya getdiyi ilkin ehtimalı ilə törədilən qəza nəticəsində 1 nəfər ölüb, xəsarət alan 19 nəfər həkimə müraciət edib. Baş vermiş hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Son 3 gündə Avtovağzaldan 49044 sərnişin daşınıb - DANX

Ramazan bayramı günlərində xəttə əlavə 200 avtobus buraxılacaq - DANX

19 İyul 2018, 15:09 (GMT +4)
STP xaricə növbəti dəfə böyük həcmdə ixrac həyata keçirib

19 İyul 2018, 14:50 (GMT +4)
Azərbaycan və İtaliya prezidentləri Şah İsmayıl Xətaiyə həsr edilmiş sərginin açılışında iştirak ediblər

19 İyul 2018, 14:36 (GMT +4)
Misir universitetlərinə təqaüd proqramı elan edilib

19 İyul 2018, 14:28 (GMT +4)
İordaniya şahzadəsi “ASAN xidmət”də olub

19 İyul 2018, 14:13 (GMT +4)
Bakıda “Global İnfluencer Day” keçiriləcək

19 İyul 2018, 14:01 (GMT +4)
Bakıda şimal-qərb küləyi güclənəcək, bəzi rayonlara dolu düşəcək

19 İyul 2018, 13:50 (GMT +4)
İtaliya Prezidenti Sercio Mattarella Xalça Muzeyi ilə tanış olub

19 İyul 2018, 13:22 (GMT +4)
Qida Təhlükəsizliyi Agentliyi ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlara müraciət edib

19 İyul 2018, 13:11 (GMT +4)
Azərbaycanda 900 min hektardan artıq sahədə taxıl biçilib

19 İyul 2018, 13:01 (GMT +4)
AzTA: Türkiyə kurortlarına uçuşlar çarter proqramı çərçivəsində baş tuta bilər

19 İyul 2018, 12:53 (GMT +4)
Tovuzda kartof güvəsinə qarşı kimyəvi mübarizə tədbirləri aparılır

19 İyul 2018, 12:40 (GMT +4)
ANAMA-nın yaradılmasının 20 illik yubileyi qeyd edilib

19 İyul 2018, 12:27 (GMT +4)
DTX-nin hərbi hissəsində cüdo üzrə master-klass keçirilib

19 İyul 2018, 12:20 (GMT +4)
Kreditlərin 96,7 faizi banklar tərəfindən verilib

19 İyul 2018, 12:09 (GMT +4)
Qızılağac Dövlət Təbiət Qoruğunda qanunsuz ova cəhd edən şəxs saxlanılıb

19 İyul 2018, 11:56 (GMT +4)
Adnan Oktar cinayət işi bağlı 116 nəfər həbs edilib

19 İyul 2018, 11:43 (GMT +4)
Bakıda prezidentlərin iştirakı ilə Azərbaycan-İtaliya biznes forumu keçirilib

19 İyul 2018, 11:38 (GMT +4)
Bakıda “Dostluq körpüsü” II Beynəlxalq folklor rəqs festivalı başa çatıb

19 İyul 2018, 11:30 (GMT +4)
Azərbaycanda məscidlərlə bağlı son statistika açıqlanıb

19 İyul 2018, 11:22 (GMT +4)
Azərbaycan nefti yenə ucuzlaşıb

19 İyul 2018, 11:15 (GMT +4)
İtaliya Prezidenti Sercio Mattarella Şəhidlər xiyabanını ziyarət edib

19 İyul 2018, 11:10 (GMT +4)
19 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb - Dövlət Komitəsi

19 İyul 2018, 10:55 (GMT +4)
ASK ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi əməkdaşlıq edəcək 

19 İyul 2018, 10:42 (GMT +4)
Əbülfəs Qarayev: Azərbaycan Ukrayna ilə mədəniyyət sahəsində yeni layihələrin icrasında maraqlıdır

19 İyul 2018, 10:30 (GMT +4)
“Atəşgah” Sığorta Şirkətinin Mətbuat ofisi yeni ünvanda fəaliyyət göstərir

19 İyul 2018, 10:18 (GMT +4)
Allahşükür Paşazadə İtaliya prezidenti ilə görüşüb

19 İyul 2018, 10:09 (GMT +4)
UNEC haqqında 10 mühüm fakt açıqlanıb

19 İyul 2018, 09:57 (GMT +4)
Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edilib

19 İyul 2018, 09:54 (GMT +4)
Laura Mattarella “Şöhrət” ordeni ilə təltif edilib

19 İyul 2018, 09:50 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 90 dəfə pozub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66