Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İQTİSADİYYAT

Bakıda özəl toxumçuların ilk ümumrespublika müşavirəsi keçirilib (FOTOLENT)

12 İyul 2018, 14:39 (GMT +4)

Bakı, 12 iyul, SalamNews, S.Vaqifoğlu. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin həyata keçirdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin dəstəyi ilə ölkədə özəl toxumçuların ilk ümumrespublika müşavirəsi keçirilib.

SalamNews xəbər verir ki, tədbirin məqsədi toxum və ting istehsalçılarının qarşısında duran problemləri müzakirə etmək, həlli yollarını axtarmaq və onları ümumi məqsədlərinə çatmaq üçün təşkilatlandırmaqdır. Müşavirədə özəl toxumçularla yanaşı, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Dünya Bankı/Beynəlxalq Maliyyə Korporasiyasının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Beynəlxalq Əmək Təşkilatının nümayəndələri də iştirak ediblər.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev tədbiri açaraq, toxumçuluğun və tingçiliyin ölkə daxilində inkişafının, fermerlərin yerli istehsal məhsulu olan toxum və tinglərlə təmin edilməsinin ölkənin ərzaq təhlükəsizliyi istiqamətində mühüm addımlardan olduğunu bildirib.Bu gün ölkədə toxuma olan tələbatın böyük hissəsinin idxal hesabına ödənildiyini təəssüflə qeyd edən xidmət rəisi Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”-ndə toxum sektorunun inkişafının Strateji Hədəf kimi qarşıya qoyulduğunu vurğulayıb.

“Görüləcək tədbirlər sırasında toxum və ting istehsalının təşviq edilməsi, toxum və ting istehsalçılarının fəaliyyətlərinin gücləndirilməsinə dəstək verilməsi, istehsalda keyfiyyətə nəzarət sisteminin yaradılması və sertifikatlaşdırma mexanizminin təkmilləşdirilməsi, toxumçuluq laboratoriyalarının fəaliyyətinin təkmilləşdirilməsi və başqa bu kimi addımların atılması gözlənilir” – Mirzə Əliyev deyib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin həyata keçirdiyi layihələr çərçivəsində toxumçuluq sektorunun inkişafı istiqamətində bir sıra işlər görüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb. Əlavə edib ki, istər Dünya Bankı ilə birgə icra olunan Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi, istərsə də Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondla icra olunan Kənd Yerlərinin Kompleks İnkişafı və BMT İnkişaf Proqramı ilə yeni icraya başlanan “Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi”layihələri üzrə bir sıra işlər görülüb.

Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin direktoru Anar Əzimov layihə çərçivəsində Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin9 regional toxum sertifikatlaşdırma laboratoriyasının müasir avadanlıqlarla və mebellə tam təchiz edildiyini, Elmi Tədqiqat Əkinçilik İnstitutunun 6 regional təcrübə təsərrüfatına istehsal gücü saatda 2 ton olan müasir toxum-təmizləmə xətləri alınıb istifadəyə verildiyini bildirib.

Tədbir beynəlxalq təşkilatların nümayəndələrinin və özəl toxumçuların çıxışlarından sonra müzakirələr formasında davam edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

25 Sentyabr 2018, 16:03 (GMT +4)
Qida Təhlükəsizliyi Agentliyi: Yayılan səs yazısında yer alan məlumatlar reallığı əks etdirmir və əsassızdır

25 Sentyabr 2018, 15:43 (GMT +4)
Biləsuvarda qanunsuz ov edən şəxslər cərimələnib

25 Sentyabr 2018, 15:31 (GMT +4)
Azərbaycanın dövlət saytlarına giriş məhdudlaşıb

25 Sentyabr 2018, 15:30 (GMT +4)
Mədəniyyət naziri Qusarda vətəndaşlarla görüşüb

25 Sentyabr 2018, 15:21 (GMT +4)
“Loqos” Psixoloji maarifləndirilmə sahəsində daha yeni bir fəaliyyətə imza atıb (FOTO)

25 Sentyabr 2018, 15:20 (GMT +4)
Bakı Şəhər Halqası Akademiyası gəncləri karyera yarmarkasına dəvət edir

25 Sentyabr 2018, 15:19 (GMT +4)
İsrailə cavab olaraq – Rusiyanın elektron müharibə sistemləri Suriyaya gətirilib (FOTO)

25 Sentyabr 2018, 15:12 (GMT +4)
Azərbaycanın Birinci vitse-prezidenti İtaliya Senatının sədri ilə görüşüb

25 Sentyabr 2018, 15:05 (GMT +4)
Azərbaycanlı fotoqraflar beynəlxalq müsabiqədə mükafat qazanıblar

25 Sentyabr 2018, 14:55 (GMT +4)
Elektron qeydiyyatın vaxtı uzadılıb

25 Sentyabr 2018, 14:42 (GMT +4)
Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən hərbçilərə diplomatik pasport veriləcək

25 Sentyabr 2018, 14:33 (GMT +4)
Zeynab Kazımova yeni vəzifəyə təyinat alıb  

25 Sentyabr 2018, 14:22 (GMT +4)
İran kəşfiyyatı Əhvaz terrorunda əli olan 22 nəfərin görüntülərini yayımlayıb (VİDEO)

25 Sentyabr 2018, 14:11 (GMT +4)
Zakir Həsənov Bolqarıstanın müdafiə naziri ilə görüşüb

25 Sentyabr 2018, 14:01 (GMT +4)
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir (FOTO)

25 Sentyabr 2018, 13:55 (GMT +4)
Göyçayın xurma bağlarında qonur ləkəlilik xəstəliyi aşkarlanıb

25 Sentyabr 2018, 13:49 (GMT +4)
Tramp və Pompeonun İran rəhbərlərilə görüşmək röyası gerçəkləşməyəcək – Vilayəti

25 Sentyabr 2018, 13:40 (GMT +4)
Azərbaycan Prezidenti Avropa İnvestisiya Bankının vitse-prezidentini qəbul edib

25 Sentyabr 2018, 13:32 (GMT +4)
Külli miqdarda narkotik maddə dövriyyədən çıxarılıb

25 Sentyabr 2018, 13:24 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

25 Sentyabr 2018, 13:10 (GMT +4)
Nazirlik: Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyəti tikinti obyektlərinin istismara qəbulu prosesini asanlaşdırıb

25 Sentyabr 2018, 12:57 (GMT +4)
Prezident İlham Əliyev üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub

25 Sentyabr 2018, 12:43 (GMT +4)
Elmar Məmmədyarov Yunanıstan və Qananın XİN başçıları ilə görüşüb

25 Sentyabr 2018, 12:32 (GMT +4)
Əlcəzairin energetika naziri Azərbaycana dəvət edilib

25 Sentyabr 2018, 12:08 (GMT +4)
Qusarda Gömrük Komitəsinin təşkilatçılığı ilə jurnalistlər üçün təlim keçirilir (FOTOLAR)

25 Sentyabr 2018, 12:06 (GMT +4)
Rusiyanın Suriyaya verəcəyi S300 sistemləri komplekslərinin sayı açıqlanıb

25 Sentyabr 2018, 12:03 (GMT +4)
AZSIĞORTA güclü yağış nəticəsində zərər çəkmiş əmlaklar üzrə sığorta ödənişlərinə başlayıb

25 Sentyabr 2018, 11:58 (GMT +4)
Paytaxt və bölgə məktəbləri arasında əməkdaşlıq genişlənir

25 Sentyabr 2018, 11:45 (GMT +4)
2018-in ən yaxşı futbolçusu müəyyənləşib (VİDEO)

25 Sentyabr 2018, 11:23 (GMT +4)
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66