Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Nazirlikdə aparılan islahatlardan sonra görüləcək əsas işlər açıqlanıb

12 İyul 2018, 16:30 (GMT +4)

Bakı, 12 iyul, SalamNews.  İyulun 12-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında mədəniyyət nazirinin müavini Rafiq Bayramovun sədrliyi ilə nazirlikdə aparılmış struktur islahatları və regional mədəniyyət idarələrinin baş məsləhətçilərinin – rayonlar üzrə nümayəndələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, müşavirədə nazirliyin müvafiq struktur bölmələrinin əməkdaşları, 15 regional mədəniyyət idarəsinin rayonlar üzrə nümayəndələri iştirak edirdi.

Gündəlikdə duran məsələlər barədə məlumat verən Rafiq Bayramov Mədəniyyət Nazirliyində aparılan son islahatların əhəmiyyətindən danışdı. Prezident İlham Əliyevin 6 iyun 2018-ci il tarixdə Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı fərman imzaladığını diqqətə çatdıran nazir müavini qeyd etdi ki, fərmana əsasən nazirliyin yeni strukturu təsdiq edilib, həmçinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələrində işçilərin say tərkibi müəyyən olunub.

Vurğulandı ki, müşavirənin əsas məqsədi həyata keçirilən islahatlar nəticəsində qarşıya qoyulan yeni hədəflərə nail olmaq və bu istiqamətdə atılacaq addımların müzakirə edilməsidir: “Artıq nazirlikdə yeni struktur tam formalaşıb. Bundan sonra regionlarla daha sıx işləyərək qarşımıza qoyulan məqsədlərə nail olacağıq. Buna görə də belə görüşlərin mütəmadi təşkil olunması vacibdir. Bu həm regionlardakı mədəniyyət müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi, həm də gələcək fəaliyyət üçün istiqamətlərin müəyyən olunmasına töhfə verə bilər”.

Rafiq Bayramov qeyd etdi ki, regional idarələrin fəaliyyətinin təmin olunması üçün nazirliyin tərkibində Regional siyasət şöbəsi və iki sektor - Təhsil müəssisələri ilə iş və Regional idarələrin koordinasiyası və tabe qurumlarla iş sektoru yaradılıb. Həyata keçirilən son struktur dəyişikliklərindən sonra mədəniyyət sahəsinə ayrılan diqqət daha da artırılacaq.

Nazir müavini regional idarələrlə yeni yaradılan Regional siyasət şöbəsinin qurulacaq iş prinsipləri haqqında da danışdı, bu istiqamətdə idarəçiliyin daha da effektiv olacağını bildirdi.

Müşavirədə çıxış edən Regional siyasət şöbəsinin müdiri Pərviz İsgəndərli həyata keçirilən islahatlar nəticəsində regional idarələrlə qurulacaq işin prinsiplərindən söz açdı. Qeyd etdi ki, təkcə regional mədəniyyət idarələrinin yerləşdiyi rayonlar deyil, tabelikdə olan rayonlar üzrə nümayəndələr də bizimlə sıx əlaqələr qurmalıdırlar. Bildirildi ki, mədəniyyət sahəsində regional idarəçiliyə keçilməsi bir sıra məsələlərin həllinin effektivliyini təmin edib. Yeni strukturun müəyyən olunmasından sonra regionlarda mədəniyyətin inkişafına xüsusi diqqət ayrılıb: “Üzərimizə qoyulan böyük vəzifələr var. Biz bu məsələlərin həll olunması üçün yeni planlar hazırlamalıyıq. Ona görə də regionlarda mədəniyyətin inkişafı, göstərilən xidmətlərin səviyyəsinin artırılması üçün yerlərdən təkliflər gözləyirik. Belə olan halda mədəniyyət sahəsinin inkişafı daha effektli olacaq”.

Qeyd olundu ki, bölgələrdə göstərilən mədəni xidmətlərin səviyyəsinin artırılmasında ixtisaslı kadrların işə cəlb olunması vacib məqamlardandır. Buna görə də regional idarələrə tabe müəssisələrin ixtisaslı kadrlarla təmin olunması diqqət mərkəzində saxlanılacaq.

İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov çıxış edərək regional idarələrin və onlara tabe rayonların mətbuatla iş prinsiplərinin qurulmasından danışdı: “Aparılan islahatlardan sonra nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin işi daha da genişlənəcək. Nazirlik tərəfindən həyata keçirilən tədbirlərin işıqlandırılması, regionlarda təşkil olunan tədbirlərin, sərgilərin mətbuatda, televiziyalarda geniş işıqlandırılması diqqətdə saxlanılacaq. Eyni zamanda regionlarda keçirilən tədbirlər və regionların mədəni həyatı ilə bağlı geniş məqalələr dərc olunmalıdır. Nazirliyin mətbu orqanları ilə də sıx əməkdaşlığı qurulmalıdır. Bunun üçün İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi olaraq hər cür dəstək verməyə hazırıq”.

Şöbə müdiri mətbuatla əməkdaşlıq üçün regional idarələrə bu sahə üzrə bacarıqlı kadrların işə cəlb olunmasının vacibliyini də qeyd etdi.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayonu üzrə nümayəndəsi İlham Manafov, Şuşa rayonu üzrə nümayəndə Zahid Abbasov, Bərdə Regional Mədəniyyət İdarəsinin Yevlax rayonu üzrə nümayəndəsi Rafiq Məmmədov, Tərtər rayonu üzrə nümayəndə Ceyhun İsmayılzadə və başqaları çıxış edərək regionlarda həyata keçirilən tədbirlərdən danışdılar. Gələcək fəaliyyətin yüksəldilməsi üçün atılmalı olan məsələlər diqqətə çatdırıldı.

Tədbir struktur islahatları, regional mədəniyyət idarələrinin baş məsləhətçilərinin – rayonlar üzrə nümayəndələrinin fəaliyyətinin gücləndirilməsi məsələlərinin müzakirəsi ilə davam etdi, fikir mübadiləsi aparıldı.

Müşavirənin sonunda Rafiq Bayramov regionlarda keçirilən tədbirlərin səviyyəsinin daha da yüksəldilməsi, əhaliyə göstərilən mədəni xidmətlərin genişləndirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verdi.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin rəhbəri Mədəniyyət Nazirliyində olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki qoruqların fəaliyyətinə həsr olunan müşavirə keçirilib

Mədəniyyət Nazirliyinin şöbə müdiri vəzifələrinə yeni təyinatlar olub

Mədəniyyət Nazirliyi yanında Dövlət Xidmətinə rəis təyin edilib

Mədəniyyət Nazirliyi Aparatının yeni strukturu təsdiq edilib, təyinatlar həyata keçirilib

Azərbaycana səfərə gələn Misirin Mədəniyyət Nazirliyinin rəsmisi BDU-da olub

18 İyul 2018, 10:15 (GMT +4)
Prezident Qəbələdə yol tikintisinə 6,8 milyon manat ayırıb

18 İyul 2018, 10:02 (GMT +4)
Ermənilər atəşkəs rejimini 98 dəfə pozub

18 İyul 2018, 09:56 (GMT +4)
Azərbaycanda İtaliya Prezidentinin rəsmi qarşılanma mərasimi olub

18 İyul 2018, 09:51 (GMT +4)
Yaponiyada güclü yağışlar nəticəsində ölənlərin sayı 222 nəfərə çatıb

18 İyul 2018, 09:51 (GMT +4)
Bu gün “Qarabağ” Çempionlar Liqasında həlledici oyuna çıxır

18 İyul 2018, 09:40 (GMT +4)
İtaliya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

18 İyul 2018, 09:37 (GMT +4)
Bu gün Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq

18 İyul 2018, 09:25 (GMT +4)
Xəzər dənizində batan iki nəfər xilas edilib

18 İyul 2018, 09:11 (GMT +4)
Neft ucuzlaşıb

18 İyul 2018, 09:05 (GMT +4)
Neft Fondunun 2017-ci il büdcəsinin gəlir və xərcləri təsdiq olunub

17 İyul 2018, 18:10 (GMT +4)
Rezidenturaya qəbul üzrə yerlərin artırılması ilə əlaqədar Nazirlər Kabinetinə müraciət edilib

17 İyul 2018, 18:00 (GMT +4)
Bakıda intihar cəhdinin qarşısı alınıb

17 İyul 2018, 17:53 (GMT +4)
“Azərbaycan Hava Yolları” mükafata layiq görülüb

17 İyul 2018, 17:45 (GMT +4)
Dolların sabaha olan məzənnəsi açıqlanıb

17 İyul 2018, 17:42 (GMT +4)
Dövlət Neft Fondu bu vaxtadək “Star” layihəsinə 1,6 milyard manat xərcləyib

17 İyul 2018, 17:34 (GMT +4)
Bakıda dənizdə daha iki nəfər batıb

17 İyul 2018, 17:26 (GMT +4)
"Qaçqınkom"da məcburi köçkünlərin qəbulu keçirilib

17 İyul 2018, 17:18 (GMT +4)
Dənizin sahilini çirkləndirən istirahət mərkəzləri cərimələnib

17 İyul 2018, 17:12 (GMT +4)
Bakcell-in 4G xidməti ölkənin 30-dan çox bölgəsində 

17 İyul 2018, 17:04 (GMT +4)
MADO restoranlar şəbəkəsinə media tur təşkil olunub (FOTO)

17 İyul 2018, 17:00 (GMT +4)
Azərbaycanda Rəqabət Agentliyi yaradılacaq

17 İyul 2018, 16:44 (GMT +4)
Azərbaycan 2020-ci ildən tam üzən məzənnə rejiminə keçəcək

17 İyul 2018, 16:25 (GMT +4)
Azərbaycana 20 kondisioner keçirmək istəyən əcnəbi saxlanılıb

17 İyul 2018, 16:10 (GMT +4)
Məhəmməd Hadi küçəsinin 2.8 km-lik hissəsi təmir edildi

17 İyul 2018, 16:00 (GMT +4)
Əhali arasında “MADO”-a maraq çox böyükdür - Kəmalə Allahverdiyeva

17 İyul 2018, 15:43 (GMT +4)
Formula 1: Raykkonenin karyerasını “Haas”da davam etdirəcəyi gözlənilir

17 İyul 2018, 15:31 (GMT +4)
Strateji yol xəritələrinin monitorinq və qiymətləndirmə nəticələri açıqlanıb

17 İyul 2018, 15:22 (GMT +4)
AQTA-da Beynəlxalq donor təşkilatları ilə görüş keçirilib

17 İyul 2018, 15:17 (GMT +4)
Xəzər sammitinin tarixi və yeri açıqlanıb

17 İyul 2018, 15:07 (GMT +4)
Bakının baş planının hazırlanması prosesi başlayır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66