Mobil versiya RU AZ
_

DÜNYA » İQTİSADİYYAT

Sosial mühəndislik kriptovalyuta mövzusunda fırıldaqçılara milyonlarla dollar qazanmağa imkan verir

12 İyul 2018, 16:52 (GMT +4)

Bakı, 12 iyul, SalamNewsBu ilin ilk yarısında “Kaspersky Lab”ın həlləri istifadəçilərin saxta onlayn pul kisələri və kriptovalyuta birjalarına yüzdən çox keçid cəhdlərinin qarşısını alıb. Kibercinayətkarlar rəqəmsal pullar ətrafında yaranan ajiotajdan fəal istifadə edirlər: kriptovalyuta birjalarının sındırılması, smart-müqavilələrdə boşluqların istismarı və fəsadçı maynerlərdən istifadədən fırıldaqçılar sosial mühəndisliyin klassik üsullarına da əl atırlar. Bununla belə, nəinki bazarın köhnə iştirakçıları, həm də bu mövzu ilə yeni maraqlanmağa başlayanlar da onların qurbanlarına çevrilirlər.

Cinayətkarların ən populyar hədəflərindən biri – ICO-nun (Initial coin offering – sikkələrin ilkin yerləşdiriləməsi) potensial investorlarıdır. Müəyyən layihənin potensial investorlarının poçt ünvanları haqqında məlumatların kibercinayətkarlar tərəfindən ələ keçirilmə halları da az deyil. Belə hallarda fırıldaqçılar müəyyən vaxt ərzində “pre-ICO”nun startından əvvəl layihənin komandası adından saxta məktublar yollayırlar ki, həmin məktublarda tokenlərin satışına başlanması barədə bildirilir və kriptovalyuta köçürülməsi üçün ünvan qeyd olunur.

Eyni zamanda, kibercinayətkarlar ICO layihələrinin rəsmi saytlarını təqlid edən saxta səhifələr yaradıb, elektron poçt, messencerlər, sosial şəbəkələr və iri axtarış sistemlərinin reklam elanları üzərindən onların linklərini paylaşırlar. Məsələn, “OmaseGo” adlı ICO layihəsinin veb-saytını təqlid edən fişinq səhifələrinin yaradılması yolu ilə kibercinayətkarlar 1,1 mln dollardan çox pulun oğurlanmasına nail olublar.

Bu günədək cəlb olunmuş vəsaitin ən iri miqdarına görə “Telegram”ın ICO-sudur: onun ətrafında dolaşan şayiələr yüzlərlə saxta internet resurslarının yaranmasına gətirib çıxarıb. Bununla yanaşı, “Kaspersky Lab”ın ekspertləri müəyyən ediblər ki, vəsaitlərin köçürülməsi üçün cinayətkarlar tərəfindən təklif olunan pul kisələlərinin ünvanları fərdi qaydada “Telegram”ın hər bir potensial ICO investoruna uyğun hazırlanırdı, bu da vəsaitlərin hərəkətinin izlənməsini çətinləşdirirdi.

Kibercinayətkarlar tərəfindən tətbiq edilən digər üsul isə kriptovalyutada müəyyən məbləğin köçürülməsi təklifidir ki, fırıldaqçılar sonradan köçürülən məbləğdən bir neçə dəfə çoxunu vəd edirlər. İlk tranzaksiyanın elektron pul kisəsinin verifikasiyası bəhanəsilə həyata keçirməyi tələb olunur. Məsələn, cinayətkarlar sosial şəbəkələrdə texnoloji maqnat İlon Mask və “Telegram” messencerinin banisi Pavel Durov kimi tanınmış şəxslərin saxta hesablarını yaradıb, onların adından böyük məbləğin əldə olunması barədə cəlbedici təkliflər dərc edirdilər.

Paylanmalar, guya ki, ICO-layihələrin adından baş tutur: belə ki, fırıldaqçılar “Twitter”də “Switcheo” layihəsinin hesabına bənzəyən saxta hesab açıb, orada rəqəmsal sikkələrin pulsuz əldə edilməsi haqqında link yerləşdiriblər. Nəticədə, cinayətkarlar 25 min dollardan artıq məbləğdə kriptovalyuta oğurlamağa nail olublar.

Fırıldaqçıların kriptovalyutaya olan marağının yox olmasına ümid etmək mümkün deyil: belə ki, “biznesə” daxil olmaq astanası çox alçaq, mənfəət isə həddindən artıq yüksəkdir. “Kaspersky Lab”ın ekspertlərinin təxmini hesablamalarına görə, son bir ildə kibercinayətkarlar ən azı 21 000 ETH (Ethereum – populyar kriptivalyuta) – cari məzənnə üzrə 10 milyon dollardan çox vəsait əldə ediblər. Bu məbləğə fırıldaqçıların müstəqil şəkildə istifadəçilərin onlayn pul kisələlərindən oğurlanmış vəsait daxil deyil.

“Kiberciayətkarlar zəmanə ilə bir adlayır, informasiya texnologiyaları sahəsində təmayülləri diqqətlə izləyirlər. Ona görə təəccüblü deyil ki, onlar kriptovalyuta və ICO kimi populyar mövzulardan yan keçməyiblər. Lakin burada fırıldaqçılığın yeni sxemləri sosial mühəndisliyin adi və geniş yayılmış üsullarına əsaslanır, bununla belə, onlar kibercinayətkarlara milyonlarla dollar qazanmağa imkan yaradır. Cinayətkarların uğuru onunla bağlıdır ki, onlar kibertəhlükəsizlik sahəsində əvvəlki kimi ən zəif bənd olan insan faktorunu istifadə edə bilirlər”, - deyə “Kaspersky Lab”ın aparıcı məzmun analitiki Nadejda Demidova bildirib.

Kibercinayətkarların qurbanına çevrilməmək üçün “Kaspersky Lab” istifadəçilərə bir neçə qaydaya riayət etməyi tövsiyə edir:

·         bütün cəlbedici təkliflərə sağlam skeptisizmlə yanaşın;

·         iştirak edəcəyiniz ICO haqqında məlumatı rəsmi və müstəqil mənbələrdə yoxlayın, həmçinin, hansı saytın orijinal olduğunu müəyyənləşdirməyə çalışın;

·         vəsaitinizi köçürəcək pul kisəsi üzrə tranzaksiyaları kənar resursda yoxlayın;

·         fırıldaqçı sxemlərdə müşahidə olunan pul kisələlərinin çox vaxt müxtəlif “blokların icmalı”nda artıq xəbərdarlığı mövcuddur – müvafiq kriptovalyutada həyata keçirilən tranzaksiyalar barədə ətraflı məlumata baxmaq üçün onlayn alətlər;

·         keçdiyiniz hiperlinklərin ünvanlarını həmişə brauzerin ünvan sətirində yoxlayın;

·         fişinq linkinə düşmək riskini minimuma endirmək üçün pul kisənizin ünvanını qoşmalarda saxlayın və yalnız onların üzərindən daxil olun.

 

Kriptovalyuta ilə bağlı fişinq haqqında ətraflı məlumat: https://securelist.ru/in-cryptoland-trust-can-be-costly/90370/.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Kaspersky Lab”: Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

“Kaspersky Lab”: Son 12 ayda kriptomaynerlər tərəfindən hücumların sayı 44% artıb

“Kaspersky Lab” yeni araşdırma aparıb

“Kaspersky Lab” onlayn maliyyə fırıldaqçılığından müdafiə olmaq üçün yeni alətlər təklif edir

“Kaspersky Lab” dünya çempionatından kiberfırıldaqçıların necə pul qazandıqlarını açıqlayıb

“Kaspersky Lab”: Routerin sındırılması cinayətkarlara pul oğurlamağa imkan yaradır

“Kaspersky Lab” İsveçrədə infrastruktur yaradacaq

“Kaspersky Lab” mürəkkəb şifrləyici aşkarlayıb

“Kaspersky Lab” avtomobillərin proqram təminatında boşluqların nəyə gətirib çıxara biləcəyini açıqlayıb

“Kaspersky Lab”: Asiya və Yaxın Şərq 2018-ci ildə hədəfli hücumların episentri olub

“Kaspersky Lab” hakerlərin hansı sahəyələrə daha çox hücum etdiklərini müəyyənləşdirib

“Kaspersky Lab” Koreyada Olimpiya Oyunlarına olan kiberhücumları araşdırıb

“Kaspersky Lab”: Fırıldaqçı saytları həqiqi saytlardan ayırd etmək bir qədər də çətinləşib

“Kaspersky Lab” şirkəti “Azercell” abunəçilərini kibertəhdidlərdən qoruyacaq

“Kaspersky Lab”: Hakerlər “Telegram”da sıfır-gün boşluqlarını istifadəçilərin yoluxması üçün istifadə ediblər

“Kaspersky Lab”: Sənaye müəssisələrinə olan məqsədli hücumların yayılma dərəcəsi 40% artıb 

“Kaspersky Lab” casus proqram təminatı aşkar edib

“Kaspersky Lab” Amerika məhkəməsinə şikayət edəcək

“Kaspersky Lab” 2017-ci ilə yekun vurur

“Kaspersky Lab" dəmiryol estakadası modelini nümayiş etdirir (VİDEO)

19 İyul 2018, 15:30 (GMT +4)
Dövlət Neft Fondu bu il 2,8 ton qızıl alıb

19 İyul 2018, 15:09 (GMT +4)
STP xaricə növbəti dəfə böyük həcmdə ixrac həyata keçirib

19 İyul 2018, 14:50 (GMT +4)
Azərbaycan və İtaliya prezidentləri Şah İsmayıl Xətaiyə həsr edilmiş sərginin açılışında iştirak ediblər

19 İyul 2018, 14:36 (GMT +4)
Misir universitetlərinə təqaüd proqramı elan edilib

19 İyul 2018, 14:28 (GMT +4)
İordaniya şahzadəsi “ASAN xidmət”də olub

19 İyul 2018, 14:13 (GMT +4)
Bakıda “Global İnfluencer Day” keçiriləcək

19 İyul 2018, 14:01 (GMT +4)
Bakıda şimal-qərb küləyi güclənəcək, bəzi rayonlara dolu düşəcək

19 İyul 2018, 13:50 (GMT +4)
İtaliya Prezidenti Sercio Mattarella Xalça Muzeyi ilə tanış olub

19 İyul 2018, 13:22 (GMT +4)
Qida Təhlükəsizliyi Agentliyi ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlara müraciət edib

19 İyul 2018, 13:11 (GMT +4)
Azərbaycanda 900 min hektardan artıq sahədə taxıl biçilib

19 İyul 2018, 13:01 (GMT +4)
AzTA: Türkiyə kurortlarına uçuşlar çarter proqramı çərçivəsində baş tuta bilər

19 İyul 2018, 12:53 (GMT +4)
Tovuzda kartof güvəsinə qarşı kimyəvi mübarizə tədbirləri aparılır

19 İyul 2018, 12:40 (GMT +4)
ANAMA-nın yaradılmasının 20 illik yubileyi qeyd edilib

19 İyul 2018, 12:27 (GMT +4)
DTX-nin hərbi hissəsində cüdo üzrə master-klass keçirilib

19 İyul 2018, 12:20 (GMT +4)
Kreditlərin 96,7 faizi banklar tərəfindən verilib

19 İyul 2018, 12:09 (GMT +4)
Qızılağac Dövlət Təbiət Qoruğunda qanunsuz ova cəhd edən şəxs saxlanılıb

19 İyul 2018, 11:56 (GMT +4)
Adnan Oktar cinayət işi bağlı 116 nəfər həbs edilib

19 İyul 2018, 11:43 (GMT +4)
Bakıda prezidentlərin iştirakı ilə Azərbaycan-İtaliya biznes forumu keçirilib

19 İyul 2018, 11:38 (GMT +4)
Bakıda “Dostluq körpüsü” II Beynəlxalq folklor rəqs festivalı başa çatıb

19 İyul 2018, 11:30 (GMT +4)
Azərbaycanda məscidlərlə bağlı son statistika açıqlanıb

19 İyul 2018, 11:22 (GMT +4)
Azərbaycan nefti yenə ucuzlaşıb

19 İyul 2018, 11:15 (GMT +4)
İtaliya Prezidenti Sercio Mattarella Şəhidlər xiyabanını ziyarət edib

19 İyul 2018, 11:10 (GMT +4)
19 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb - Dövlət Komitəsi

19 İyul 2018, 10:55 (GMT +4)
ASK ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi əməkdaşlıq edəcək 

19 İyul 2018, 10:42 (GMT +4)
Əbülfəs Qarayev: Azərbaycan Ukrayna ilə mədəniyyət sahəsində yeni layihələrin icrasında maraqlıdır

19 İyul 2018, 10:30 (GMT +4)
“Atəşgah” Sığorta Şirkətinin Mətbuat ofisi yeni ünvanda fəaliyyət göstərir

19 İyul 2018, 10:18 (GMT +4)
Allahşükür Paşazadə İtaliya prezidenti ilə görüşüb

19 İyul 2018, 10:09 (GMT +4)
UNEC haqqında 10 mühüm fakt açıqlanıb

19 İyul 2018, 09:57 (GMT +4)
Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edilib

19 İyul 2018, 09:54 (GMT +4)
Laura Mattarella “Şöhrət” ordeni ilə təltif edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66