Mobil versiya RU AZ
_

MDB ÖLKƏLƏRİ » SİYASƏT

Moldova parlamenti vergi islahatını təsdiqləyib

06 Avqust 2018, 17:33 (GMT +4)

Bakı, 6 avqust, SalamNewsMoldova parlamenti ikinci və son oxunuşda yeni vergi islahatlarını əhatə edən qanun layihəsini təsdiqləyib.

SalamNews vergiler.az saytına istinadla bildirir ki, Moldovanın iqtisadi həyatı üçün inqilabi hadisə kimi qiymətləndirilən bu islahat fiziki şəxslərə vahid gəlir vergisi dərəcəsinin tətbiqini, eləcə də işəgötürənlərin sosial sığorta fonduna köçürdüyü vəsaitin azaldılmasını nəzərdə tutur.

Beləliklə, Moldovada hazırda fiziki şəxslərdən tutulan 7 faizlik və 18 faizlik gəlir vergisinin dərəcəsi 12 faiz müəyyənləşdirilib. Bundan əlavə, fiziki şəxslər üçün gəlir vergisindən azadolma həddinin məbləği illik 11280 leydən (1159,5 manat) 24 minə (2467 manat) qaldırılıb. 2019-cu il üçün hesablanmış yaşayış minimumunun səviyyəsi isə 24 min leydir. Sahibkarlığa gəldikdə, parlament işəgötürənlərin sosial sığorta büdcəsinə köçürmələrinin məbləğini 23 faizdən 18 faizə endirməyi qərara alıb.

Bu qanun layihəsini hazırlamış ekspertlərin mövqeyinə görə, qanunvericilikdə aparılmış ciddi dəyişikliklər əməkhaqqından tutulan vergi yükünün yüngülləşdirilməsinə, biznesin rəqabətədavamlılığının artmasına müsbət təsir göstərəcək və son nəticədə işçilərin və əhalinin real gəlirlərinin artmasına şərait yaradacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

11 Dekabr 2018, 12:05 (GMT +4)
Gömrükdən keçən avtomobildə xeyli sayda güllə aşkarlanıb (FOTO)

11 Dekabr 2018, 11:57 (GMT +4)
Amerikanın sanksiya ilə bizi yenidən müzakirəyə çəkmək istəyi xam xəyaldır - Sepah

11 Dekabr 2018, 11:56 (GMT +4)
QMİ-də ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib

11 Dekabr 2018, 11:45 (GMT +4)
Prezident taksidə siqaret çəkənlərin cərimələnməsini nəzərdə tutan qanunu imzalayıb

11 Dekabr 2018, 11:32 (GMT +4)
Ötən ay Azərbaycanda gündəlik neft hasilatı 801 min barrel olub 

11 Dekabr 2018, 11:28 (GMT +4)
Əlahiddə Ümumqoşun Ordunun HHM bölmələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilib

11 Dekabr 2018, 11:20 (GMT +4)
Suriya hökuməti ABŞ və Fransanın ölkə ərazisində arxeoloji qazıntıları haqda bəyanat verib

11 Dekabr 2018, 11:14 (GMT +4)
Bakıda axtarışda olan qadın saxlanılıb

11 Dekabr 2018, 11:05 (GMT +4)
Paşinyan: Ermənistan Türkiyə ilə münasibətlər qurmağa hazırdır

11 Dekabr 2018, 10:59 (GMT +4)
Kərəm Həsənov Sumqayıtda vətəndaşları qəbul edəcək

11 Dekabr 2018, 10:40 (GMT +4)
Prezident İlham Əliyev İranın Sərhəd Qoşunları komandanını qəbul edib

11 Dekabr 2018, 10:31 (GMT +4)
Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb

11 Dekabr 2018, 10:29 (GMT +4)
Suriyada qruplaşmaların çıxdığı bölgədən külli miqdarda silah aşkarlanıb (VİDEO)

11 Dekabr 2018, 10:28 (GMT +4)
Sabah Fəxri xiyaban istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq

11 Dekabr 2018, 10:19 (GMT +4)
Bin-Salmanı tənqid edən layihə bu gün ABŞ senatında səsverməyə çıxarılır

11 Dekabr 2018, 10:11 (GMT +4)
Ulu öndərin xatirəsinə həsr olunmuş turnir keçirilib

11 Dekabr 2018, 10:09 (GMT +4)
Fransada keçirilən aksiyalarda 4000-dən çox etirazçı saxlanılıb

11 Dekabr 2018, 09:51 (GMT +4)
"İlin adamı"nominasiyasına Camal Kaşıkçının namizədliyi də irəli sürülüb

11 Dekabr 2018, 09:46 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

11 Dekabr 2018, 09:38 (GMT +4)
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

11 Dekabr 2018, 09:37 (GMT +4)
Yəmənlə bağlı sülh danışıqlarında bəzi irəliləyişlər əldə edilib

11 Dekabr 2018, 09:30 (GMT +4)
Fransada fövqəladə vəziyyət elan edilib

11 Dekabr 2018, 09:23 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

11 Dekabr 2018, 09:10 (GMT +4)
Cocuq Mərcanlıda istirahət parkı inşa edilir

11 Dekabr 2018, 09:02 (GMT +4)
Dövlət qulluğu üzrə müsahibəyə 737 vakant vəzifə çıxarılıb

10 Dekabr 2018, 18:46 (GMT +4)
“Uşaq hüquqları uşaqların gözündə” tədbiri keçirilib

10 Dekabr 2018, 18:38 (GMT +4)
Elmin İnkişafı Fondu beynəlxalq konfrans keçirir

10 Dekabr 2018, 18:31 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər naziri türkiyəli nazirlə görüşüb

10 Dekabr 2018, 18:26 (GMT +4)
Gömrük Akademiyasında hazırlıq kurslarının dinləyiciləri ilə görüş olub

10 Dekabr 2018, 18:20 (GMT +4)
“Bakutel 2018” təşkilatçıları “Bakcell”ə “Ən yaxşı təqdimat” sertifikatı verib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66