Mobil versiya RU AZ
_

DÜNYA » CƏMİYYƏT

Bu gün Ümumdünya Alkoqolizmlə Mübarizə Günüdür

03 Oktyabr 2018, 11:41 (GMT +4)

Bakı, 3 oktyabr, SalamNews. Alkoqol asılılığı müasir cəmiyyətin ən böyük problemlərindən biridir. İndi hətta gənclər və yeniyetmələr arasında da alkoqola olan meyil ciddi narahatlıq doğurur.

SalamNews xəbər verir ki, hər il oktyabrın 3-də müxtəlif ölkələrdə Ümumdünya Alkoqolizmlə Mübarizə Günü çərçivəsində tədbirlərin keçirilməsi elə bu narahatlıq hissindən qaynaqlanır. Həmin gün heç bir beynəlxalq təşkilat tərəfindən təsis edilməsə və rəsmi status daşımasa da, həkimlər və sosial işçilər ictimaiyyətin diqqətini alkoqol qəbul etməyin və onun doğurduğu problemlərin nəticəsinə cəlb etməyə çağırırlar. Ümumdünya Alkoqolizmlə Mübarizə Günü XIX əsrdə ABŞ-da həyatını sərxoşluqla mübarizəyə həsr edən ictimai xadim Con Finçin xatirəsinə həsr edilib.

Həmin gün dövlət qurumları və ictimai təşkilatlar alkoqolizm problemlərinə, onun doğurduğu xəstəliklərə həsr edilmiş mühazirə, seminar və sərgilər təşkil edir, tədbirlərdə çıxış edən həkim-narkoloq, psixoloq və psixiatrlarlar bu vərdişin sağlamlığa vurduğu zərər və ondan yaranan asılılıq barədə məlumat verirlər.

Alkoqoldan istifadəyə vadar edən müxtəlif səbəblər - yorğunluğu çıxarmaq, depressiyadan xilas olmaq, özündə xoş əhval-ruhiyyə yaratmaq, ovqatı yüksəltmək və s. göstərilir. Lakin alkoqolun mütəmadi istifadəsi orqanizmin ondan asılılığına səbəb olur. İstifadəçilər arasında keyfiyyətsiz spirt və alkoqolun yüksək miqdarda qəbulu nəticəsində baş verən ölüm hadisələri də az deyil. Alkoqol asılılığı bır sıra xəstəliklərə də səbəb olur. Məsələn, alkoqollu içkilərin qəbulu mədə-bağırsaq, ürək-damar, əsəb sistemi xəstəlikləri, beyin və baş ağrıları yaradır. Uzun müddət və müntəzəm olaraq çoxlu spirtli içki qəbul edəndə arterial təzyiqin yüksəlməsi, stenokardiya və miokard infarktının baş verməsi və həmin xəstəliklərin ağır keçməsinə daha çox təsadüf edilir. Ağır ürək patologiyaları olan, hipertoniya, ritm pozulmaları, ürək çatışmazlığı, mədə-bağırsaq, xüsusilə qaraciyər, tənəffüs, mərkəzi sinir və endokrin sistemi xəstəlikləri zamanı spirtli içki qəbul etmək müalicənin səmərəsini heçə endirir. Ona görə də həmin xəstələrin spirtli içki qəbul etməsinə ciddi qadağa qoyulmalıdır, çünki hətta 30-50 qram şərab içilməsi onlar üçün son hədd ola bilər. Alkoqollu içkilər təkcə sağlamlığa zərər vermir, həm də əxlaqı, mənəviyyatı və şəxsiyyəti məhv edir. Bütün bunlara görə də alkoqolizmlə mübarizə bu gün zərurətə çevrilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

23 Oktyabr 2018, 14:53 (GMT +4)
Fərdi uçot sistemində qeydiyyatda olanların sayı 161,6 min nəfər artıb

23 Oktyabr 2018, 14:39 (GMT +4)
Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək

23 Oktyabr 2018, 14:22 (GMT +4)
Ərdoğan: Qətlin planlı şəkildə törədildiyinə dair işarələr var

23 Oktyabr 2018, 14:16 (GMT +4)
Humanitar Forumda bəşəriyyəti narahat edən aktual məsələlər araşdırılacaq

23 Oktyabr 2018, 14:05 (GMT +4)
Azərbaycan nümayəndə heyəti Həştərxanda qadın sahibkarların forumunda iştirak edib

23 Oktyabr 2018, 13:50 (GMT +4)
Türkiyədə MHP-AKP ittifaqı başa çatıb

23 Oktyabr 2018, 13:38 (GMT +4)
Səudiyyə dünya ictimaiyyətinin baykot etdiyi konfransa start verib

23 Oktyabr 2018, 13:32 (GMT +4)
Azərbaycanda peşə təhsili ilə bağlı yeni layihələr hazırlanır

23 Oktyabr 2018, 13:19 (GMT +4)
Gömrük xidməti general-leytenantı vətəndaşları qəbul edəcək

23 Oktyabr 2018, 13:15 (GMT +4)
İstanbulda Ərdoğan və Putinin ikitərəfli görüşü planlaşdırılır

23 Oktyabr 2018, 13:10 (GMT +4)
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

23 Oktyabr 2018, 13:02 (GMT +4)
Bakıda istedadlı və yaradıcı gənclərin III Respublika toplantısı keçirilib

23 Oktyabr 2018, 12:57 (GMT +4)
Türkiyəli partiya sədri Kaşıkçının cəsədinin hissələrinin tapıldığı açıqlayıb

23 Oktyabr 2018, 12:53 (GMT +4)
Pensiyalar orta hesabla 140,7 manat artırılıb

23 Oktyabr 2018, 12:41 (GMT +4)
İran zəvvarları hədəfə almaq istəyən 3 terror qrupunu zərərsizləşdirib

23 Oktyabr 2018, 12:41 (GMT +4)
"AzInTelecom" "Hackathon" keçirir

23 Oktyabr 2018, 12:33 (GMT +4)
Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

23 Oktyabr 2018, 12:28 (GMT +4)
Azər Türk Bank ən əlverişli şərtlərlə yeni kredit məhsulu təklif edir

23 Oktyabr 2018, 12:20 (GMT +4)
Əbülfəs Qarayev Mikayıl Müşfiqin meyitinin qalıqlarının tapılması ilə bağlı iddialara münasibət bildirib

23 Oktyabr 2018, 12:15 (GMT +4)
Azərbaycanın U-17 millisi Norveç yığması ilə qarşılaşacaq

23 Oktyabr 2018, 12:08 (GMT +4)
ETSN: İki həftədə 50 iş üzrə cərimə tətbiq edilib

23 Oktyabr 2018, 12:03 (GMT +4)
ABŞ senatoru Səudiyyə səfirinin ölkədən çıxarılmasını istəyib

23 Oktyabr 2018, 12:00 (GMT +4)
Bir sutkada yol qəzalarında 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb

23 Oktyabr 2018, 11:48 (GMT +4)
Almaniya ali məktəbinin doktorantura təqaüd proqramı elan edilir

23 Oktyabr 2018, 11:34 (GMT +4)
Gömrük əməkdaşları üçün baxış-rentgen texnikası üzrə təlim keçirilib

23 Oktyabr 2018, 11:25 (GMT +4)
Avtobus düşürdüyü sərnişini piyada keçidində vuraraq öldürüb

23 Oktyabr 2018, 11:14 (GMT +4)
Nazirlər Kabinetinin rəsmi internet saytı rus dilində də fəaliyyətə başlayıb

23 Oktyabr 2018, 11:13 (GMT +4)
Bin-Salman kənarlaşdırılsa o öz atasını devirə bilər – Səudiyyə şahzadəsi (VİDEO)

23 Oktyabr 2018, 11:05 (GMT +4)
Kapital Bank ənənəvi SIBOS sərgisində iştirak edir

23 Oktyabr 2018, 10:54 (GMT +4)
“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 27-cı sayı nəşr olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66