Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » AVTOİDMAN

Bakı Şəhər Halqası Akademiyasında karyera yarmarkası açılıb (FOTOLAR)

05 Oktyabr 2018, 15:59 (GMT +4)

Bakı, 5 oktyabr, SalamNews, K.Orxan.  Bu günBakı Şəhər Halqası Əməliyyat Şirkəti və Azərbaycandakı Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”ın) birgə təşkilatçılığı ilə “Böyük imkanlara kiçik addım” adlı karyera yarmarkası Bakı Şəhər Halqası (BŞH) Akademiyasında təşkil edilib.

SalamNews xəbər verir ki, yarmarkada ölkədə fəaliyyət göstərən nüfuzlu şirkət və qurumlar gənclər üçün uyğun vakansiyalarını və təcrübə proqramlarını təqdim edərək ətraflı məlumat verdilər.

Tədbirdə ümumilikdə 40-a yaxın müxtəlif şirkət və qurumlar iştirak edib. Açılış nitqi ilə çıxış edən BŞH-nin İnsan Resurları və İşçi Qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova iştirakçıları salamlayıb və Akademiyanın gənclər üçün yaratdığı imkanlar barədə tədbir iştirakçılarına məlumat verib. İ.Əhmədova gənclərin arzuladıqları işi tapmasına dəstək olmaq üçün tədbirdə iştirak edən təşkilat və qurumlara Bakı Şəhər Halqası Akademiyası adından təşəkkürünü bildirib: “Gənclərin inkişafı Akademiyamızın başlıca hədəfidir və bu fəaliyyətimiz ilə ölkədə aparılan gənclər siyasətinə dəstəyimizi göstəririk” Yarmarkanın keçirilməsində məqsəd gənclərin yerli şirkətlərlə əlaqə yaratmaq və CV-lərini birbaşa şirkətə təqdim etmək, karyera qurmaq istiqamətində fəaliyyətlərinin düzgün planlaşdırması uçün təcrübə proqramları, işə qəbul prosessləri ilə tanış olmaqdır.

Ümumiyyətlə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin komandasının böyük hissəsi Azərbaycanın peşəkar gənclərindən təşkil olunub. Könüllü olan gənclərimiz də bu imkanlardan faydalana bilirlər. Belə ki, 2016-ci ildə Bakıda ilk dəfə baş tutan Formula 1 yarışında könüllü olmuş 50 nəfərdən çox gənc ötən mövsüm bu şansı əldə etdi və özlərini ən yüksək səviyyədə göstərməyi bacardı. 2018-ci ildə isə onların sayı artdı və Azərbaycan Qran Prisində daha öncəki illərdə könüllü olmuş 75 nəfər, işçi olaraq fəaliyyət göstərmişdi. Onlar, Insan resursları və işçi qüvvəsi,transport, idman əməliyyatları, məkan əməliyyatları, media əməliyyatları və digər sahələrdə uğurla fəaliyyət göstərdilər”.

“AmCham Azərbaycan”ın icraçı direktoru xanım Natəvan Məmmədova yarmarka iştirakçılarını Azerbaycan biznes sektoru adından salamlayıb: “Çox məmnunam ki, ölkəmizdəki iş adamları insan resurslarının idarə olunmasında ən qabaqcıl təcrübələrin tətbiq olumasına çalışırlar. Bunu da xüsusilə vurğulamalıyam ki, AmCham Azərbaycanın İnsan Resursları komitəsi ən çox tələb olunanlar və aktiv fəaliyyət göstərənlər sırasındadır. Ümid edirəm ki, bugünki tədbir işəgötürənlərlə (hansı ki, əksər hissəsi “AmCham”ın daimi üzvləridir) iş axtaranlar arasında effektiv əlaqə yaradacaq.

“AmCham Azərbaycan”ın İnsan Resursları üzrə komitə sədri, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu İnsan Resursları üzrə meneceri Elnarə Məmmədova çıxışında bu cür tədbirlərin önəmini vurğulayıb.

“Karyera yarmarkası iş axtaran, həmçinin işçi axtaranları bir araya gətirib. Özünü inkişaf etdirmək istəyən gənclər üçün bu əvəzsiz imkandır. Burada iştirak edən ölkənin aparıcı şirkətlərində iş və ya təcrübə proqramına qatılmaq sözsüz ki, gənclər üçün geniş imkanlar yaradacaq”. Ümumilikdə 900-dən çox gənc sözügedən tədbirdə iştirak etməklə yaradılan geniş imkanlara kiçik addım atmış oldu.

Yarmarka iştirakçılarının əksəriyyəti fəaliyyətinə Formula 1 Azərbaycan Qran Prisi və digər tədbirlərdə könüllü kimi başlayan gənclərdən ibarət idi.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BŞH bilet satışı ilə bağlı son məlumatları yayıb

BŞH jurnalistlərə müraciət edib

BŞH akkreditasiyadan keçməyən jurnalistlərə müraciət edib

BŞH media nümayəndələrinin akkreditasiyasına başlayıb

BŞH-nin mediadan gözləntiləri və çağırışları (FOTOLAR)

BŞH-nin təşkilatçılığı ilə Beynəlxalq Könüllülər Günü qeyd olunub

BŞH bir sıra ali təhsil müəssisələrində könüllülər proqramını təqdim edib

Bulvar tribunasına olan biletlərin hamısı satılıb - BŞH

BŞH “Ürəkdən ürəyə” şüarı altında növbəti dəfə xeyriyyə aksiyası keçirir

Bakıda keçiriləcək növbəti Formula 1 yarışına minlərlə turistin gələcəyi gözlənilir - BŞH

BŞH-nin əməkdaşları Bakı marafonunda xeyriyyə üçün qaçacaqlar

Endirim kampaniyasının başa çatmasına bir həftə qalıb - BŞH

BŞH-nin Beynəlxalq Avtomobil Sərgisində açdığı stend ictimaiyyətin böyük marağına səbəb olub

Azərbaycan vətəndaşları üçün biletlər 20-30 faiz daha ucuz olacaq - BŞH rəsmisi

"Formula-1" yarışlarının büdcəsi Avropa Oyunlarından dəfələrlə azdır - BŞH rəsmisi

23 Oktyabr 2018, 14:53 (GMT +4)
Fərdi uçot sistemində qeydiyyatda olanların sayı 161,6 min nəfər artıb

23 Oktyabr 2018, 14:39 (GMT +4)
Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək

23 Oktyabr 2018, 14:22 (GMT +4)
Ərdoğan: Qətlin planlı şəkildə törədildiyinə dair işarələr var

23 Oktyabr 2018, 14:16 (GMT +4)
Humanitar Forumda bəşəriyyəti narahat edən aktual məsələlər araşdırılacaq

23 Oktyabr 2018, 14:05 (GMT +4)
Azərbaycan nümayəndə heyəti Həştərxanda qadın sahibkarların forumunda iştirak edib

23 Oktyabr 2018, 13:50 (GMT +4)
Türkiyədə MHP-AKP ittifaqı başa çatıb

23 Oktyabr 2018, 13:38 (GMT +4)
Səudiyyə dünya ictimaiyyətinin baykot etdiyi konfransa start verib

23 Oktyabr 2018, 13:32 (GMT +4)
Azərbaycanda peşə təhsili ilə bağlı yeni layihələr hazırlanır

23 Oktyabr 2018, 13:19 (GMT +4)
Gömrük xidməti general-leytenantı vətəndaşları qəbul edəcək

23 Oktyabr 2018, 13:15 (GMT +4)
İstanbulda Ərdoğan və Putinin ikitərəfli görüşü planlaşdırılır

23 Oktyabr 2018, 13:10 (GMT +4)
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

23 Oktyabr 2018, 13:02 (GMT +4)
Bakıda istedadlı və yaradıcı gənclərin III Respublika toplantısı keçirilib

23 Oktyabr 2018, 12:57 (GMT +4)
Türkiyəli partiya sədri Kaşıkçının cəsədinin hissələrinin tapıldığı açıqlayıb

23 Oktyabr 2018, 12:53 (GMT +4)
Pensiyalar orta hesabla 140,7 manat artırılıb

23 Oktyabr 2018, 12:41 (GMT +4)
İran zəvvarları hədəfə almaq istəyən 3 terror qrupunu zərərsizləşdirib

23 Oktyabr 2018, 12:41 (GMT +4)
"AzInTelecom" "Hackathon" keçirir

23 Oktyabr 2018, 12:33 (GMT +4)
Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

23 Oktyabr 2018, 12:28 (GMT +4)
Azər Türk Bank ən əlverişli şərtlərlə yeni kredit məhsulu təklif edir

23 Oktyabr 2018, 12:20 (GMT +4)
Əbülfəs Qarayev Mikayıl Müşfiqin meyitinin qalıqlarının tapılması ilə bağlı iddialara münasibət bildirib

23 Oktyabr 2018, 12:15 (GMT +4)
Azərbaycanın U-17 millisi Norveç yığması ilə qarşılaşacaq

23 Oktyabr 2018, 12:08 (GMT +4)
ETSN: İki həftədə 50 iş üzrə cərimə tətbiq edilib

23 Oktyabr 2018, 12:03 (GMT +4)
ABŞ senatoru Səudiyyə səfirinin ölkədən çıxarılmasını istəyib

23 Oktyabr 2018, 12:00 (GMT +4)
Bir sutkada yol qəzalarında 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb

23 Oktyabr 2018, 11:48 (GMT +4)
Almaniya ali məktəbinin doktorantura təqaüd proqramı elan edilir

23 Oktyabr 2018, 11:34 (GMT +4)
Gömrük əməkdaşları üçün baxış-rentgen texnikası üzrə təlim keçirilib

23 Oktyabr 2018, 11:25 (GMT +4)
Avtobus düşürdüyü sərnişini piyada keçidində vuraraq öldürüb

23 Oktyabr 2018, 11:14 (GMT +4)
Nazirlər Kabinetinin rəsmi internet saytı rus dilində də fəaliyyətə başlayıb

23 Oktyabr 2018, 11:13 (GMT +4)
Bin-Salman kənarlaşdırılsa o öz atasını devirə bilər – Səudiyyə şahzadəsi (VİDEO)

23 Oktyabr 2018, 11:05 (GMT +4)
Kapital Bank ənənəvi SIBOS sərgisində iştirak edir

23 Oktyabr 2018, 10:54 (GMT +4)
“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 27-cı sayı nəşr olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66