Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » DİN

Səyavuş Heydərov: "Ölkəmizdə formalaşmış dövlət-din münasibətləri dünyaya nümunədir"

11 Oktyabr 2018, 11:25 (GMT +4)

Bakı, 11 oktyabr, SalamNews. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov BOS Şelf şirkətinin kollektivi ilə görüş keçirib.

Dövlət Komitəsindən SalamNews-a verilən məlumata görə, əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.

Sonra Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov məruzə ilə çıxış edərək bildirib ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və hazırda ölkəmizdə formalaşmış dövlət-din münasibətləri dünyaya nümunədir. S. Heydərovun sözlərinə görə, respublikamızda vicdan azadlığı yüksək səviyyədə təmin edilməklə, bütün dinlərə bərabərhüquqlu münasibət göstərilməkdədir. Regionun lider ölkəsi olan Azərbaycanın güclü rəhbərinin olduğunu vurğulayan S.Heydərov vurğulayıb ki, dövlətimizin başçısı tərəfindən sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin əsası qoyulub və bu təşəbbüs sonrakı illərdə qlobal prosesə çevrilib. O, Bakıda keçirilən mədəniyyətlərarası və humanitar forumların əhəmiyyətindən də danışıb, bunu ölkəmizin, xüsusilə dövlətimizin başçısının dinlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfənin təzahürü kimi qiymətləndirib.

S. Heydərov Azərbaycan dövlətinin hər zaman İslam və digər dini konfessiyalara diqqət və qayğısını qeyd edərək, respublikamızda 2016-ci ili “Multikulturalizm İli”, 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməklə Prezident İlham Əliyevin dünyada dini məzhəbçilik zəminində baş verən münaqişələrin həlli üzrə yol xəritəsini göstərməsini diqqətə çatdırıb.

Dini radikalizmin mahiyyəti, yaranma səbəbləri və onunla mübarizənin hüquqi əsasları barədə məlumat verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd dini radikalizmlə mübarizə sahəsində maarifləndirmə işlərinin gücləndirilməsindən ibarətdir.

İslam dininin sülh dini olduğunu bildirən Dövlət Komitəsi sədrinin müavini təəəsüflə qeyd edib ki, bəzi qüvvələr öz maraqlarını həyata keçimək üçün İslam dinindən, din amilindən istifadə edirlər. Qeyd edib ki,son dövrlərdə dünyada, o cümlədən Yaxın Şərqdə gedən proseslərdə, baş verən qarşıdurmalar və müharibələrdə din amili daha qabarıq şəkildə özünü büruzə verir. Dövlət Komitəsinin sədr müavini təəssüflə bildirib ki, bəzi dairələr tərəfindən ölkəmizə qarşı dini zəmində yönəlmiş təhdidləri nəzərə alsaq, biz də bu neqativ proseslərdən sığortalanmamışıq. Buna görə də sədr müavini respublikamızda ictimai-siyasi sabitliyin qorunması, eləcə də dini radikalizm və ekstremizmlə mübarizə sahəsində hər kəsi fəal olmağa çağırıb. DQİDK-nın sədr müavini onu da deyib ki, bütün bu cəhdlərin qarışısı qətiyyətlə alınırvə bundan sonra da alınacaq.

Səyavuş Heydərov, həmçinin şirkət əməkdaşlarını DQİDK-nın sifarişi əsasında çəkilən, Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edən “Şəhadət” sənədli filmi barədə də məlumatlandırıb. Bildirib ki, filmə baxarkən Vətən uğrunda şəhid olmuş fədakar, qəhrəman hərbi qulluqçularımız bizi qürurlandırır. Yad dini ideologiyaların təsirinə məruz qalmış, ailələrinə faciələr yaşatmış gəncləri gördükdə isə təəssüf hissi keçiririk. Filmdə hərbçilərimizin qəhrəmanlıqları və fədakarlıqları gənclərimiz üçün bir nümunədir. S.Heydərov vurğulayıb ki, filmdə bəhs edilən aprel döyüşləri ölkəmizdə həmrəyliyi, birliyi və vətənpərvərliyi daha da gücləndirib.

Sonda çıxış edən şirkətin rəhbəri İftixar Axundov bu cür tədbirlərin keçirilməsinin, xüsusilə dini radikalizmə qarşı mübarizədən bəhs edən “Şəhadət” sənədli filminin maarifləndirmə sahəsində əhəmiyyətini vurğulayıb. Natiq, eyni zamanda, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Səyavuş Heydərov: Dini təhlükəsizlik milli təhlükəsizliyin təminatında başlıca yer tutur

Dini təhlükəsizlik olmadan milli təhlükəsizliyi təmin etmək qeyri-mümkündür - Səyavuş Heydərov

Dini təhlükəsizlik milli təhlükəsizliyimizin başlıca tərkib hissəsidir - Səyavuş Heydərov

Hegemonluq etmək istəyən bəzi dövlətlər din amilindən geniş istifadə edirlər - Səyavuş Heydərov

DQİDK sədr müavini Səyavuş Heydərov ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri ilə görüşüb

Azərbaycanda dini radikalizm və ekstremizmin sosial bazası yoxdur - Səyavuş Heydərov

Azərbaycanda hər kəsin etiqad etdiyi dinə ehtiramla yanaşılır - Səyavuş Heydərov

Radikal qüvvələr gəncləri öz sıralarına cəlb etməyə çalışırlar - Səyavuş Heydərov

Azərbaycanda dini dəyərlərin müdafiəsi üçün beynəlxalq miqyasda işlər görülür - Səyavuş Heydərov

23 Oktyabr 2018, 14:53 (GMT +4)
Fərdi uçot sistemində qeydiyyatda olanların sayı 161,6 min nəfər artıb

23 Oktyabr 2018, 14:39 (GMT +4)
Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək

23 Oktyabr 2018, 14:22 (GMT +4)
Ərdoğan: Qətlin planlı şəkildə törədildiyinə dair işarələr var

23 Oktyabr 2018, 14:16 (GMT +4)
Humanitar Forumda bəşəriyyəti narahat edən aktual məsələlər araşdırılacaq

23 Oktyabr 2018, 14:05 (GMT +4)
Azərbaycan nümayəndə heyəti Həştərxanda qadın sahibkarların forumunda iştirak edib

23 Oktyabr 2018, 13:50 (GMT +4)
Türkiyədə MHP-AKP ittifaqı başa çatıb

23 Oktyabr 2018, 13:38 (GMT +4)
Səudiyyə dünya ictimaiyyətinin baykot etdiyi konfransa start verib

23 Oktyabr 2018, 13:32 (GMT +4)
Azərbaycanda peşə təhsili ilə bağlı yeni layihələr hazırlanır

23 Oktyabr 2018, 13:19 (GMT +4)
Gömrük xidməti general-leytenantı vətəndaşları qəbul edəcək

23 Oktyabr 2018, 13:15 (GMT +4)
İstanbulda Ərdoğan və Putinin ikitərəfli görüşü planlaşdırılır

23 Oktyabr 2018, 13:10 (GMT +4)
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

23 Oktyabr 2018, 13:02 (GMT +4)
Bakıda istedadlı və yaradıcı gənclərin III Respublika toplantısı keçirilib

23 Oktyabr 2018, 12:57 (GMT +4)
Türkiyəli partiya sədri Kaşıkçının cəsədinin hissələrinin tapıldığı açıqlayıb

23 Oktyabr 2018, 12:53 (GMT +4)
Pensiyalar orta hesabla 140,7 manat artırılıb

23 Oktyabr 2018, 12:41 (GMT +4)
İran zəvvarları hədəfə almaq istəyən 3 terror qrupunu zərərsizləşdirib

23 Oktyabr 2018, 12:41 (GMT +4)
"AzInTelecom" "Hackathon" keçirir

23 Oktyabr 2018, 12:33 (GMT +4)
Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

23 Oktyabr 2018, 12:28 (GMT +4)
Azər Türk Bank ən əlverişli şərtlərlə yeni kredit məhsulu təklif edir

23 Oktyabr 2018, 12:20 (GMT +4)
Əbülfəs Qarayev Mikayıl Müşfiqin meyitinin qalıqlarının tapılması ilə bağlı iddialara münasibət bildirib

23 Oktyabr 2018, 12:15 (GMT +4)
Azərbaycanın U-17 millisi Norveç yığması ilə qarşılaşacaq

23 Oktyabr 2018, 12:08 (GMT +4)
ETSN: İki həftədə 50 iş üzrə cərimə tətbiq edilib

23 Oktyabr 2018, 12:03 (GMT +4)
ABŞ senatoru Səudiyyə səfirinin ölkədən çıxarılmasını istəyib

23 Oktyabr 2018, 12:00 (GMT +4)
Bir sutkada yol qəzalarında 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb

23 Oktyabr 2018, 11:48 (GMT +4)
Almaniya ali məktəbinin doktorantura təqaüd proqramı elan edilir

23 Oktyabr 2018, 11:34 (GMT +4)
Gömrük əməkdaşları üçün baxış-rentgen texnikası üzrə təlim keçirilib

23 Oktyabr 2018, 11:25 (GMT +4)
Avtobus düşürdüyü sərnişini piyada keçidində vuraraq öldürüb

23 Oktyabr 2018, 11:14 (GMT +4)
Nazirlər Kabinetinin rəsmi internet saytı rus dilində də fəaliyyətə başlayıb

23 Oktyabr 2018, 11:13 (GMT +4)
Bin-Salman kənarlaşdırılsa o öz atasını devirə bilər – Səudiyyə şahzadəsi (VİDEO)

23 Oktyabr 2018, 11:05 (GMT +4)
Kapital Bank ənənəvi SIBOS sərgisində iştirak edir

23 Oktyabr 2018, 10:54 (GMT +4)
“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 27-cı sayı nəşr olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66