Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » MEDİA

Vüqar Rəhimzadənin monoqrafiyasının təqdimatı keçirilib

11 Oktyabr 2018, 09:42 (GMT +4)

Bakı, 11 oktyabr, SalamNews. Mətbuat Şurasının və Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin birgə təşkilatçılığı ilə Mətbuat Şurası İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin (BSU) jurnalistika kafedrasının dosenti Vüqar Rəhimzadənin “Söz və mətbuat azadlığı demokratik inkişafın əsası kimi: Azərbaycan təcrübəsi” monoqrafiyasının təqdimatı keçirilib.

SalamNews xəbər verir ki, tədbirdə BDU-nun Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli çıxış edərək təqdim olunan kitabın elmi məziyyətlərindən söhbət açıb. Bildirib ki, monoqrafiya Azərbaycanda söz və mətbuat azadlığının araşdırılması baxımından önəmli vəsaitdir. Monoqrafiyada xüsusi olaraq azadlıq anlayışının sosial-siyasi dəyərləri, səciyyəvi cəhətləri, vətəndaş cəmiyyətində insan hüquq və azadlıqlarının inkişaf xüsusiyyətləri, söz və mətbuat azadlığıının plüralist mahiyyəti tarixi və müasir inkişaf kontekstində təhlil edilir. Əsərdə həmçinin mətbuatda fəaliyyət azadlığı və sosial məsuliyyət faktoru, söz və mətbuat azadlığı sahəsində beynəlxalq hüququn norma və prinsipləri, eyni zamanda qlobal internet şəbəkəsində söz azadlığının realizasiyası – internetdə ifadə azadlığına müasir baxış sərgilənir. Nəzəri problemlərin analizi fonunda Azərbaycan milli mətbuatının təşəkkülü və inkişaf istiqamətləri aydınlaşdırılır, söz azadlığı və azad mətbuatın inkişafında ümummilli lider Heydər Əliyevin rolundan, bu sahədə tərəqqi istiqamətinin genişləndirilməsində Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edilir. Eyni zamanda mətbuatın azad fəaliyyətində siyasi-hüquqi təminat məsələsi elmi-siyasi baxımdan nəzərdən keçirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Azərbaycan mətbuatının ən incə məqamlarından bəhs edən monoqrafiyanın qiymətli əsər olduğunu söyləyib: “Hər birimiz yaxşı bilirik ki, bugünkü Azərbaycan mətbuatı çağdaş inkişaf səviyyəsinə çatana qədər olduqca uzun və çətin bir yol qət edib. Əvvəllər qəzetlər indiki kimi azad və demokratik deyildi. Ümumiyyətlə, azad medianın varlığından söhbət gedə bilməzdi. Cəmi bir neçə adda çıxan qəzetlər var idi ki, onlar da günlərlə senzuradan keçməyi gözləyirdilər. 1990-cı illərin əvvəllərindən dövlət müstəqilliyini əldə edildikdən sonra Azərbaycan Respublikasında demokratik islahatların mühüm tərkib hissəsi olan söz və məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə zəruri şəraitin yaradılması prioritet vəzifələrdən biri kimi müəyyənləşdirilmişdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummillim lider Heydər Əliyev demokratik, plüraslist kütləvi informasiya vasitələrinin formalaşdırılması, onun normativ-hüquqi bazasının yaradılması, eləcə də iqtisadi müstəqilliyin təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirmişdir. Məhz dahi lider Heydər Əliyevin siyasi iradəsi və səyləri nəticəsində 1995-ci ildə qəbul edilmiş Konstitusiyamızda söz və məlumat azadlığı, hər kəsin sərbəst şəkildə informasiya almaq və yaymaq hüquqi əksini tapdı. Bu baxımdan mətbuatımızın ölkənin yenicə müstəqillik əldə etdiyi dövrlərdən bu günə qədər keçdiyi tarixi inkişaf yoluna dərindən bələd olan müəllifin təqdim etdiyi bu monoqrafiya həm də söz və mətbuat azadlığının tarixinin öyrənilməsi baxımından olduqca önəmlidir”.

BDU-nun Jurnalistika fakültəsinin professoru, filologiya elmləri doktoru Allahverdi Məmmədov kitabın elmi əsaslarına diqqət çəkərək bildirib ki, ölkəmizdə söz və mətbuat azadlığına verilən böyük dəyərin digər dövlətlərlə müqayisə olunması Azərbaycanda bu sahənin getdikcə inkişafını ön plana çıxarır: “Tələbələrimizə kütləvi informasiya vasitələrinin hüquqi tənzimlənməsi fənnini tədris edirik. Bu mənada, Azərbaycan modeli ilə yanaşı, digər ölkələrin də modellərini müzakirəyə çıxarır, məsələyə obyektiv yanaşmağa çalışırıq. Bu gün təqdimatı keçirilən monoqrafiyada bu müqayisələr ətraflı şəkildə öz əksini tapır. Kimliyindən asılı olmayaraq hər kəsin sərbəst düşünmək və fikrini dilə gətirmək qabiliyyəti var. Hesab edirəm ki, təqdim olunan kitabın məğzi də məhz bundan ibarətdir”.

BDU-nun Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri üzrə elmlər doktoru Vüqar Zivəroğlu diqqətə çatdırıb ki, kitab Jurnalistika fakültəsi üçün önəmli bir dərslikdir: “Məlumdur ki, qloballaşma prosesinin daha da sürətləndiyi, elmi-texniki tərəqqinin qabaqcıl nailiyyətlərinin praktikada intensiv tətbiq olunduğu müasir dövrdə informasiyanın beynəlxalq münasibətlər sisteminin formalaşmasına, dövlətlər və xalqlar arasında əlaqələrin inkişafına da təsiri durmadan artır. Bu, mütəmadi olaraq tələbələrimizə öyrətdiyimiz əsas məsələdir. Hesab edirəm ki, bu işdə müəllifin təqdim etdiyi monoqrafiya bizim üçün əvəzedilməz bir dərslik olacaq.”

Təqdimat mərasimində Mətbuat Şurasının sədr müavinləri Umud Rəhimoğlu, Müşfiq Ələsgərli, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Azadinform” İnformasiya Agentliyinin rəhbəri Niyaz Niftiyev çıxış edərək bildiriblər ki, kitabdakı ən önəmli məqamlardan biri söz və mətbuat azadlığının mahiyyətinin açılması və bu azadlığın fəlsəfi əsaslarının ortaya qoyulmasıdır. Digər önəmli məqam isə mövzu ilə bağlı Avropa fəlsəfi cərəyanlarının mahiyyətini də tədqiq edib oxucuya çatdırılmasıdır. Monoqrafiyada bununla paralel olaraq Azərbaycanda bu istiqamətdə görülən işlərlə bağlı önəmli faktlar da ortaya qoyulur. Bununla da müəllif diqqətə çatdırmaq istəyir ki, bu gün milli KİV-lər dünyanın mürəkkəb informasiya mühitində, vahid informasiya məkanında özünə yer tutmaq uğrunda mübarizəyə qoşulmuş və artıq ciddi uğurlar əldə etmişlər.

Sonda çıxış edən Vüqar Rəhimzadə yaradıcılığına verilən dəyərə və xoş sözlərə görə tədbir iştirakçılarına təşəkkürünü bildirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Vüqar Rəhimzadə:" Hər bir media təmsilçisi dövlətçiliyinin qorunmasına töhfə verməlidir"

“İki sahil” ötən 25 ildə müstəqillik tariximizin güzgüsünə çevrilib - Vüqar Rəhimzadə (MÜSAHİBƏ)

23 Oktyabr 2018, 14:53 (GMT +4)
Fərdi uçot sistemində qeydiyyatda olanların sayı 161,6 min nəfər artıb

23 Oktyabr 2018, 14:39 (GMT +4)
Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək

23 Oktyabr 2018, 14:22 (GMT +4)
Ərdoğan: Qətlin planlı şəkildə törədildiyinə dair işarələr var

23 Oktyabr 2018, 14:16 (GMT +4)
Humanitar Forumda bəşəriyyəti narahat edən aktual məsələlər araşdırılacaq

23 Oktyabr 2018, 14:05 (GMT +4)
Azərbaycan nümayəndə heyəti Həştərxanda qadın sahibkarların forumunda iştirak edib

23 Oktyabr 2018, 13:50 (GMT +4)
Türkiyədə MHP-AKP ittifaqı başa çatıb

23 Oktyabr 2018, 13:38 (GMT +4)
Səudiyyə dünya ictimaiyyətinin baykot etdiyi konfransa start verib

23 Oktyabr 2018, 13:32 (GMT +4)
Azərbaycanda peşə təhsili ilə bağlı yeni layihələr hazırlanır

23 Oktyabr 2018, 13:19 (GMT +4)
Gömrük xidməti general-leytenantı vətəndaşları qəbul edəcək

23 Oktyabr 2018, 13:15 (GMT +4)
İstanbulda Ərdoğan və Putinin ikitərəfli görüşü planlaşdırılır

23 Oktyabr 2018, 13:10 (GMT +4)
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

23 Oktyabr 2018, 13:02 (GMT +4)
Bakıda istedadlı və yaradıcı gənclərin III Respublika toplantısı keçirilib

23 Oktyabr 2018, 12:57 (GMT +4)
Türkiyəli partiya sədri Kaşıkçının cəsədinin hissələrinin tapıldığı açıqlayıb

23 Oktyabr 2018, 12:53 (GMT +4)
Pensiyalar orta hesabla 140,7 manat artırılıb

23 Oktyabr 2018, 12:41 (GMT +4)
İran zəvvarları hədəfə almaq istəyən 3 terror qrupunu zərərsizləşdirib

23 Oktyabr 2018, 12:41 (GMT +4)
"AzInTelecom" "Hackathon" keçirir

23 Oktyabr 2018, 12:33 (GMT +4)
Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

23 Oktyabr 2018, 12:28 (GMT +4)
Azər Türk Bank ən əlverişli şərtlərlə yeni kredit məhsulu təklif edir

23 Oktyabr 2018, 12:20 (GMT +4)
Əbülfəs Qarayev Mikayıl Müşfiqin meyitinin qalıqlarının tapılması ilə bağlı iddialara münasibət bildirib

23 Oktyabr 2018, 12:15 (GMT +4)
Azərbaycanın U-17 millisi Norveç yığması ilə qarşılaşacaq

23 Oktyabr 2018, 12:08 (GMT +4)
ETSN: İki həftədə 50 iş üzrə cərimə tətbiq edilib

23 Oktyabr 2018, 12:03 (GMT +4)
ABŞ senatoru Səudiyyə səfirinin ölkədən çıxarılmasını istəyib

23 Oktyabr 2018, 12:00 (GMT +4)
Bir sutkada yol qəzalarında 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb

23 Oktyabr 2018, 11:48 (GMT +4)
Almaniya ali məktəbinin doktorantura təqaüd proqramı elan edilir

23 Oktyabr 2018, 11:34 (GMT +4)
Gömrük əməkdaşları üçün baxış-rentgen texnikası üzrə təlim keçirilib

23 Oktyabr 2018, 11:25 (GMT +4)
Avtobus düşürdüyü sərnişini piyada keçidində vuraraq öldürüb

23 Oktyabr 2018, 11:14 (GMT +4)
Nazirlər Kabinetinin rəsmi internet saytı rus dilində də fəaliyyətə başlayıb

23 Oktyabr 2018, 11:13 (GMT +4)
Bin-Salman kənarlaşdırılsa o öz atasını devirə bilər – Səudiyyə şahzadəsi (VİDEO)

23 Oktyabr 2018, 11:05 (GMT +4)
Kapital Bank ənənəvi SIBOS sərgisində iştirak edir

23 Oktyabr 2018, 10:54 (GMT +4)
“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 27-cı sayı nəşr olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66