Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycan MOM-un xərçəng xəstəliyi ilə mübarizə üsulları Londonda müzakirə edilib

12 Oktyabr 2018, 14:53 (GMT +4)

Bakı, 12 oktyabr, SalamNews. Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev Britaniya Baş nazirinin Azərbaycan, İraq və Türkmənistan üzrə Ticarət elçisi Baronessa Nikolson Vinterbornun vasitəçiliyi və iştirakı ilə Britaniyanın Oksford Universitetinin professoru, xərçəng araşdırmaları üzrə məşhur britaniyalı alim Deyvid Kerr ilə görüşüb.

SalamNews-un məlumatına görə, görüş zamanı Baronessa Nikolson Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkədə tibbin inkişafına ayırdıqları xüsusi diqqət və qayğını alqışlayaraq, onlara dərin ehtiramını və səmimi salamlarını çatdırıb.

Deyvid Kerrin sorğusu əsasında akademik Cəmil Əliyev Azərbaycanda xərçəng xəstəliyinin profilaktikası və tətbiq olunan müalicə üsulları, xərçənglə mübarizədə Milli Onkologiya Mərkəzində görülən tədbirlər, o cümlədən mərkəzin xərçəng xəstəliyindən əziyyət çəkən şəxslərin ömrünün uzadılmasında və sağalma həddinin artırılmasındakı rolu, istifadə edilən avadanlıqlar və təcrübələr (radiologiya, MRI, kimya-terapiya, cərrahiyyə və sairə) barədə ətraflı məlumat verilib. Bu xüsusda, həmçinin Azərbaycanda xərçəng xəstəliklərinin müvafiq növlərinin azalma və artma tendensiyaları barəsində də fikir mübadiləsi aparılıb.

Öz növbəsində D.Kerr, Milli Onkologiya Mərkəzində çoxsaylı müalicə otaqlarının olmasının, hər bir tibbi avadanlıqla təchiz olunan səyyar müalicə maşınlarının bölgələrdə xərçəngdən əziyyət çəkən əhalinin müayinə və müalicəsi üçün göndərilməsi təcrübəsinin, eləcə də mərkəzdə test və müayinədən keçən şəxslərin 70 faizinin xərçəngdən əziyyət çəkən deyil, sadəcə, yüksək diaqnostikadan istifadə edən sadə xəstələr olması faktının təqdirəlayiq olduğunu nəzərə çatdırıb.

Görüşdə Azərbaycanda xərçəng xəstəliyi üzrə mütəxəssis və həkimlərin hazırlığı, təlimi məsələsi də müzakirə edilib. D.Kerr bu məsələyə xüsusi maraq göstərərək gələcəkdə bu sahədə Oksford Universitetinin müvafiq tibbi strukturları çərçivəsində əməkdaşlıq perspektivlərinin mövcud olduğunu qeyd edib. Akademik C.Əliyev ikitərəfli əməkdaşlıq imkanlarının yerində müzakirə edilməsi və Milli Onkologiya Mərkəzini ziyarət etməsi üçün D.Kerrini Azərbaycana səfərə dəvət edib. Dəvət D.Kerr tərəfindən məmnuniyyətlə qəbul olunub.

Görüşün sonunda Oksford Universiteti və Milli Onkologiya Mərkəzi arasında tibbi əməkdaşlıq üzrə anlaşma Memorandumunun imzalanması barədə razılıq əldə edilib.

Yaxın Şərqdə xeyriyyəçiliklə məşğul olan AMAR Beynəlxalq Xeyriyyə Fondunun Londondakı iqamətgahı və Britaniyanın Lordlar Palatasında keçirilən görüşdə AMAR-ın Aparat rəhbəri Endryu Metfen və Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə də iştirak edib. Akademik Cəmil Əliyev və AMAR-ın rəhbərliyi arasında bu qurumun İraqda həyata keçirdiyi proqramlar və Azərbaycanın həmin proqramlara mümkün töhfəsi barədə fikir mübadiləsi aparılıb.

Akademik Cəmil Əliyev Baronessa Nikolsona sonuncunun Bakıya səfərləri zamanı görüşdüyü azərbaycanlı həkim və tibbi personalın dərin rəğbət və ehtiramını çatdırıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Tacikistan Prezidenti Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimi olub

Möminin isməti Kəbə evi qədər hörmətli və toxunulmazdır - Ramazanın 29-cu gününün duas

Allahın mömindən razı qalması böyük bir ilahi məqamdır - Ramazan ayının 24-cü gününün duası

Moskvada azərbaycanlı möminlər Xocalı faciəsinin qurbanlarını anıblar

Gürcüstandan 300-ə yaxın mömin Ərbəin ziyarətinə gedib

Azərbaycanlı möminlər V Beynəlxalq İmam Əli (ə) konfransının mükafatını alıblar (FOTO)

Möminin isməti Kəbə evi qədər hörmətli və toxunulmazdır - Ramazanın 29-cu gününün duası

Allahın mömindən razı qalması böyük bir ilahi məqamdır - Ramazan ayının 24-cü gününün duası

Möminin isməti Kəbə evi qədər hörmətli və toxunulmazdır - Ramazanın 29-cu gününün duası

Allahın mömindən razı qalması böyük bir ilahi məqamdır - Ramazanın 24-cü gününün duası

Tacikistan-Azərbaycan münasibətlərinin dinamik inkişafını təmin edəcəyik - Emoməli Rəhmon

Bakıda termometr sınıb, daxilindəki civə ətrafa dağılıb

Bakıda mənzillərin birində termometr sınıb

Bakıda mənzildə termometr sınıb

Bakıda termometr sınıb

23 Oktyabr 2018, 14:53 (GMT +4)
Fərdi uçot sistemində qeydiyyatda olanların sayı 161,6 min nəfər artıb

23 Oktyabr 2018, 14:39 (GMT +4)
Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək

23 Oktyabr 2018, 14:22 (GMT +4)
Ərdoğan: Qətlin planlı şəkildə törədildiyinə dair işarələr var

23 Oktyabr 2018, 14:16 (GMT +4)
Humanitar Forumda bəşəriyyəti narahat edən aktual məsələlər araşdırılacaq

23 Oktyabr 2018, 14:05 (GMT +4)
Azərbaycan nümayəndə heyəti Həştərxanda qadın sahibkarların forumunda iştirak edib

23 Oktyabr 2018, 13:50 (GMT +4)
Türkiyədə MHP-AKP ittifaqı başa çatıb

23 Oktyabr 2018, 13:38 (GMT +4)
Səudiyyə dünya ictimaiyyətinin baykot etdiyi konfransa start verib

23 Oktyabr 2018, 13:32 (GMT +4)
Azərbaycanda peşə təhsili ilə bağlı yeni layihələr hazırlanır

23 Oktyabr 2018, 13:19 (GMT +4)
Gömrük xidməti general-leytenantı vətəndaşları qəbul edəcək

23 Oktyabr 2018, 13:15 (GMT +4)
İstanbulda Ərdoğan və Putinin ikitərəfli görüşü planlaşdırılır

23 Oktyabr 2018, 13:10 (GMT +4)
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

23 Oktyabr 2018, 13:02 (GMT +4)
Bakıda istedadlı və yaradıcı gənclərin III Respublika toplantısı keçirilib

23 Oktyabr 2018, 12:57 (GMT +4)
Türkiyəli partiya sədri Kaşıkçının cəsədinin hissələrinin tapıldığı açıqlayıb

23 Oktyabr 2018, 12:53 (GMT +4)
Pensiyalar orta hesabla 140,7 manat artırılıb

23 Oktyabr 2018, 12:41 (GMT +4)
İran zəvvarları hədəfə almaq istəyən 3 terror qrupunu zərərsizləşdirib

23 Oktyabr 2018, 12:41 (GMT +4)
"AzInTelecom" "Hackathon" keçirir

23 Oktyabr 2018, 12:33 (GMT +4)
Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

23 Oktyabr 2018, 12:28 (GMT +4)
Azər Türk Bank ən əlverişli şərtlərlə yeni kredit məhsulu təklif edir

23 Oktyabr 2018, 12:20 (GMT +4)
Əbülfəs Qarayev Mikayıl Müşfiqin meyitinin qalıqlarının tapılması ilə bağlı iddialara münasibət bildirib

23 Oktyabr 2018, 12:15 (GMT +4)
Azərbaycanın U-17 millisi Norveç yığması ilə qarşılaşacaq

23 Oktyabr 2018, 12:08 (GMT +4)
ETSN: İki həftədə 50 iş üzrə cərimə tətbiq edilib

23 Oktyabr 2018, 12:03 (GMT +4)
ABŞ senatoru Səudiyyə səfirinin ölkədən çıxarılmasını istəyib

23 Oktyabr 2018, 12:00 (GMT +4)
Bir sutkada yol qəzalarında 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb

23 Oktyabr 2018, 11:48 (GMT +4)
Almaniya ali məktəbinin doktorantura təqaüd proqramı elan edilir

23 Oktyabr 2018, 11:34 (GMT +4)
Gömrük əməkdaşları üçün baxış-rentgen texnikası üzrə təlim keçirilib

23 Oktyabr 2018, 11:25 (GMT +4)
Avtobus düşürdüyü sərnişini piyada keçidində vuraraq öldürüb

23 Oktyabr 2018, 11:14 (GMT +4)
Nazirlər Kabinetinin rəsmi internet saytı rus dilində də fəaliyyətə başlayıb

23 Oktyabr 2018, 11:13 (GMT +4)
Bin-Salman kənarlaşdırılsa o öz atasını devirə bilər – Səudiyyə şahzadəsi (VİDEO)

23 Oktyabr 2018, 11:05 (GMT +4)
Kapital Bank ənənəvi SIBOS sərgisində iştirak edir

23 Oktyabr 2018, 10:54 (GMT +4)
“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 27-cı sayı nəşr olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66