Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » CƏMİYYƏT

Firdovsi Umudov: "Gənclərin qarşısına medal qazanmağı şərt qoymamışıq"

12 Oktyabr 2018, 16:15 (GMT +4)

Bakı, 12 oktyabr, SalamNews. “Artıq təlim-məşq toplanışımızı başa vurmaq üzrəyik. Bizimlə birgə hazırlıq prosesində Fransa və İtaliya yığmasının üzvləri də iştirak edir. Bu həftə son yükləmələrimizi baş vururuq. Oktyabrın 18-də Macarıstana yollanacağıq. İki gün sonra isə yarışa start veriləcək. Yığmanın tərkibində gənclərə də yer vermişik". 

SalamNews xəbər verir ki, bunu sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi Firdovsi Umudov Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatına hazırlıq barədə danışarkən deyib.

O, beynəlxalq turnirlərdə özlərini yaxşı tərəfdən göstərmiş yeniyetmə və gəncləri yığmanın heyətinə daxil etdiklərini vurğulayıb: "İnanırıq ki, dünya çempionatında da özlərini müsbət mənada göstərə biləcəklər. Federasiyanın rəhbəri Namiq Əliyevlə söhbətimiz oldu. Belə qərara gəldik ki, gənclərə üstünlük verək. Gələn il bizi məsuliyyətli yarışlar gözləyir. Avropa çempionatı, ikinci Avropa Oyunları və Tokio Olimpiadasına lisenziya verən dünya çempionatı keçiriləcək. Ona görə indidən gəncləri gələcək yarışlara hazırlayırıq. İndi onların qarşısına medal qazanmağı şərt qoymamışıq. Əsas o ab-havanı hiss etmələridir ki, gələn il mötəbər turnirlərdə təcrübə çatışmazlığından əziyyət çəkməsinlər. Namiq müəllimin də daha öncə verdiyi müsahibədə qeyd etdiyi kimi, 2011-ci ildə Toğrul Əsgərovu yığmaya cəlb etdik. Bir il nəticə vermədi. Ancaq növbəti il həm Avropa, həm də olimpiya çempionu oldu. Sözsüz ki, təcrübəli güləşçilərlə yanaşı, gənclərə də şans tanımalıyıq. Bu gün komandanın tərkibində Hacı Əliyev, Cəbrayıl Həsənov, Şərif Şərifov, Cəmaləddin Məhəmmədov, Aslanbek Alborov, Georgi Edişeraşvili kimi təcrübəli güləşçilər var. Gənclərdən isə Pərviz İbrahimovu 61 kq-da sınaqdan keçirəcəyik". 

F.Umudov bildirib ki, olimpiya çəkiləri üçün hər zaman ehtiyat qüvvə olmalıdır: "Əlbəttə, hər məşqçi öz yetirməsinin yarışlara getməsini istəyir. Ancaq biz güləşçilərin hazırlığına və nizam-intizamına fikir veririk. Bəzən elə olur ki, toplanışa hansısa idmançını daxil edirik, sonra şəxsi problemləri olduğunu deyir. Problemi olan idmançı yığmanın hazırlıq prosesində iştirak edə bilməz. Hansı idmançı nizam-intizama əməl edirsə, məşqçilərin verdiyi yüklənmələri və tapşırıqları uğurla yerinə yetirirsə, o da yığmanın tərkibində yer alır. Pərviz İbrahimov, Hacımurad Hacıyev, Abubakr Abakarov və Murad Süleymanov kimi gənclər dünya və Avropa çempionatlarında, başqa beynəlxalq yarışlarda uğurlu çıxış etməklə əsas yığmada yer alıb. Bizim onlara inamımız var". 

Baş məşqçi dünya çempionatı ilə bağlı proqnoz vermək istəmədiyini söyləyib: "Komandada zədəli güləşçilər var. Hacı zədəsini bərpa edərək məşqlərə qoşulub. Vətənimizi, dövlətimizi layiqincə təmsil etməyi qarşımıza məqsəd qoymuşuq. Bu il Qazaxıstan, Türkmənistan, Kanada, Fransa, İtaliya və Türkiyədən güləşçilər gəlib burada təlim-məşq toplanışı keçib. Bu da idmana və idmançılara dövlət səviyyəsində olan qayğının göstəricisidir. Şəxsən Prezidentimiz İlham Əliyev qayğı göstərir. Biz də çalışacağıq ki, dünya çempionatında uğurlu çıxış edib himnimizi səsləndirək və güləş azarkeşlərini sevindirək”. 

Qeyd edək ki, güləş üzrə dünya çempionatı 20 – 28 oktyabrda keçiriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

22 Oktyabr 2018, 18:02 (GMT +4)
Dünya Ticarət Mərkəzləri Assosiasiyası və Azexport arasında  memorandum imzalanıb

22 Oktyabr 2018, 17:53 (GMT +4)
Zakir Qaralov Ağdaşda vətəndaşlar üçün qəbul keçirəcək

22 Oktyabr 2018, 17:46 (GMT +4)
Mənəvi Dəyərlərin Təbliği Fondu müsabiqə elan edir

22 Oktyabr 2018, 17:38 (GMT +4)
Azərbaycan Rumıniyaya 100 ton soğan ixrac edəcək

22 Oktyabr 2018, 17:35 (GMT +4)
Tsaritsino tarix muzeyində Azərbaycan mədəniyyəti təmsil olunub

22 Oktyabr 2018, 17:28 (GMT +4)
Azərbaycan fransalı merin adını arzu olunmayan şəxslər siyahısına daxil edəcək

22 Oktyabr 2018, 17:19 (GMT +4)
Tanınmış yazar Türkiyədə keçirilən kitab festivalında iştirak edib

22 Oktyabr 2018, 17:11 (GMT +4)
“Ailə institutunun inkişafı ilə bağlı təşəbbüslər” mövzsunda seminar keçirilib

22 Oktyabr 2018, 17:02 (GMT +4)
Azərbaycan ordusunun Hava Hücumundan Müdafiə bölmələrinin təlimləri davam edir (VİDEO)

22 Oktyabr 2018, 16:57 (GMT +4)
Gəmiçilik 4 yeni tanker sifariş edəcək

22 Oktyabr 2018, 16:43 (GMT +4)
Sepah oğurlanan sərhədçilərə görə generallarından birini Pakistana göndərib

22 Oktyabr 2018, 16:41 (GMT +4)
Azərbaycanda sığorta şirkətlərinin reytinqi açıqlanıb

22 Oktyabr 2018, 16:30 (GMT +4)
"Mübarızə" bədii filmin qala-gecəsi keçiriləcək (VİDEO)

22 Oktyabr 2018, 16:22 (GMT +4)
AMEA və "Caspian European Club" təşkilatı birgə biznes forum keçirəcək

22 Oktyabr 2018, 16:16 (GMT +4)
“UNEC-də bir gün” layihəsinə yenidən start verilir

22 Oktyabr 2018, 15:57 (GMT +4)
"Nar" Tərtərdə 4G şəbəkəsini qurub

22 Oktyabr 2018, 15:41 (GMT +4)
Almaniyalı nazir Avropa dövlətlərini Səudiyyəyə silah satmamağa çağırıb

22 Oktyabr 2018, 15:36 (GMT +4)
Kaşıkçı cinayəti ilə bağlı diplomatik missiyanın əməkdaşları dindirilir

22 Oktyabr 2018, 15:20 (GMT +4)
Gün ərzində 99 cinayət faktı qeydə alınıb

22 Oktyabr 2018, 15:12 (GMT +4)
"Qarabağ" - "Vorskla" oyununun təyinatları açıqlanıb

22 Oktyabr 2018, 15:03 (GMT +4)
“DOST” mərkəzləri işəgötürən və işçilərə metodiki köməklik göstərəcək

22 Oktyabr 2018, 14:53 (GMT +4)
Prezident İlham Əliyev İmişlidə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib

22 Oktyabr 2018, 14:49 (GMT +4)
Kaşıkçının paltarını geyinib konsulluqdan çıxan Səudiyyə kəşfiyyatçısının görüntüləri yayımlanıb (FOTO)

22 Oktyabr 2018, 14:45 (GMT +4)
Səyyar “ASAN xidmət” davam edir

22 Oktyabr 2018, 14:37 (GMT +4)
Səudiyyəli nazir İrana qarşı sanksiyaların neftin qiymətinə təsirindən danışıb

22 Oktyabr 2018, 14:18 (GMT +4)
Sabaha olan hava proqnozu açıqlanıb

22 Oktyabr 2018, 14:06 (GMT +4)
Azərbaycanda avtomobillərin ön şüşəsinə texniki baxış talonunun vurulması ləğv edilib

22 Oktyabr 2018, 13:45 (GMT +4)
Sığorta şirkəti rekord ödəniş həyatə keçirib

22 Oktyabr 2018, 13:36 (GMT +4)
Paytaxt məktəbliləri daha bir uğura imza atıblar

22 Oktyabr 2018, 13:22 (GMT +4)
Doqquz ayda rabitə xidmətlərinin dəyəri 7,7 faiz artıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66