Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İDMAN

Azərbaycan Güllə Atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışına ev sahibliyi edəcək

11 Oktyabr 2018, 17:01 (GMT +4)

Bakı, 11 oktyabr, SalamNews, S.Vaqifoğlu. Bu günAvstriyanın Viena şəhərində Beynəlxalq İdman Atıcılıq Federasiyasının (ISSF) İcra Komitəsinin toplantısı keçirilib. 2020-ci ildə keçiriləcək ISSF Dünya Kubokları ücün nəzərdə tutulmuş şəhərlərin yekün siyahısını təsdiq edilməsi toplantının əsas səbəbi olub.

Ümumilikdə, 15 şəhər 2020-ci il ISSF Dünya Kuboklarını keçirmək arzusunda olduğunu bildirib. 2020-ci ilin Olimpiya ili olduğu nəzərə alınaraq, Dünya Kubokları əvvəlki illərdə bu səpkili tədbirlərin təşkilində təcrübəyə və bütün beynəlxalq standartlara cavab verən komplekslərə malik olan ölkələrə verilib. Azərbaycanda bütün beynəlxalq standartlara cavab verən iki atıcılıq kompleksin olduğunu və 2014-ci ildən etibarən Azərbaycanda mütamadi keçirilən bütün beynəlxalq yarışlar yüksək səviyədə təşkil olunduğunu nəzərə alaraq, Azərbaycan Atıcılıq Federasiyası 2020-ci ildə Qəbələdə şəhərində Güllə Atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışının rəsmi təşkilatcısı təyin edilmişdir.

Bununla bağlı bu gün Bakı Atıcılıq Mərkəzində media nümayəndələri üçün mətbuat konfransı keçirilib.

Tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Atıcılıq federasiyasının vitse-prezidenti, Bakı Atıcılıq Mərkəzinin direktoru Bəyəli Hacıyev, Atıcılıq federasiyasının baş katibi Emin Cəfərov iştirak edirdilər.

2020 Dünya Kuboklarının ümumi təsdiq edilmiş şəhərlərin siyahısı:Birgə Dünya Kubokları (Stend və Güllə atıcılığı)1. Tokyo, JAPAN2. New Delhi, INDIAGüllə Atıcılığı üzrə Dünya Kubokları1. Munich, GERMANY2. Gabala, AZERBAIJAN Stend Atıcılığı üzrə Düya Kubokları1. Nicosia, CYPRUS2. Chateauroux, FRANCEBeynəlxalq İdman Atıcılıq Federasiyası hər il stend atıcılığı üzrə 4 (dörd) və güllə atıcılığı üzrə 4 (dörd) Dünya Kubokun mərhələ yarışları keçirir.

Bu Dünya Kuboklardan ikisi birgə keçirilir, digər ikisi isə ayrı-ayrılıqda keçirilir.Bələliklə 2020-ci ildə Azərbaycana güllə atıcılığı üzrə Dünya Kubokunun keçirilməsi həvalə olunub. Yarışlar güllə atıcılığın 10 (on) olimpiya növündə keçiriləcək:Kişilər Qadınlar10m Pnevmatik Tapanca Kişilər10m Air Pistol Men 10m Pnevmatik Tapanca Qadınlar10m Air Pistol Women10m Pnevmatik Tüfəng Kişilər10m Air Rifle Men 10m Pnevmatik Tüfəng Qadınlar10m Air Rifle Women25m Sürətli Atəş Tapanca Kişilər25 Rapid Fire Pistol Men 25 Tapanca Qadınlar25 Pistol Women50m Tüfəng 3 Mövgə Kişilər 50m Rifle 3 Position Men 50m Tüfəng 3 Mövgə Qadınlar 50m Rifle 3 Position WomenQarışıq komanda növləri (1 kişi + 1 qadın)10m Pnevmatik Tapanca Qarışıq Komanda10m Air Pistol Mixed Team10m Pnevmatik Tüfəng Qarışıq Komanda10m Air Rifle Mixed TeamDünya Kuboku 19-27 İyun 2020-ci il tarixlərdə keçiriləcək və Tokio Olimpiya Oyunlarından əvvəl son Dünya Kuboku olacaq (Qeyd: 2016-ci ildə Rio Olimpiya Oyunlarından əvvəl son Dünya Kuboku Bakı şəhərində keçirilmişdir). Hal hazırda yarışda iştirak edəcək ümumi idmançıların sayını dəqiq demək mümkün deyil, çünki bu rəqəmlər adətən yarışdan 1 ay qabaq bilinir, lakin son illərin təcrübəsinə əsaslanaraq demək olar ki, Dünya Kubokunda 70-dən artıq ölkədən 600-ə yaxın idmançının iştirakı gözlənilir. Onlar arasında dünyanın tanınmış atıcıları, Dünya və Avropa çempionları, olimpiya oyunlarının qalibləri olacaq. Azərbaycan 2014-ci ildən etibarən mütamadi olaraq hər il atıcılıq növləri üzrə Dünya Kuboku, Avropa Çempionatı və digər böyük beynəlxalq tədbirlərə ev sahibliyi edib və bütün bu yarışlar, 2020-ci il Dünya Kubokunu daxil olmaqla Azərbaycanda atıcılıq idmanının inkişafına xidmət edir və gənc nəsildə bu idmana marağın artmasına səbəb olur.

Eyni zamanda, bu yarışlar sayəsində çoxlu xarici komandalar Azərbaycanda təlim-məşq toplanışları keçirməyə qərar verir, bu da öz növbəsində idman turizmin inkişafına gətirib çıxarır. Yalnız 2017-2018-ci illərdə Yaponiya, Avstraliya, Fransa, Qazaxıstan, Bəhreyn, Oman, Səydiyyə Ərəbistanı, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və digər komandalar təlim toplanışları Azərbaycanda keçirmişlər.2014-cü ildən atıcılıq üzrə Azərbaycanda keçirilmiş beynəlxalq yarışların siyahısı:Yarışın adı Keçirilmə tarixi Keçirilmə yeriHeydər Əliyev adına Beynəlxalq Qran-Pri 2014 14 – 21.08.2014 QəbələISSF Dünya Kubokunun Finalı 21 – 28.10.2014 QəbələHeydər Əliyev adına Beynəlxalq Qran-Pri 2015 15 – 24.05.2015 Qəbələ Avropa Oyunları 12 – 22.06.2015 BakıISSF Dünya Kuboku 06 – 16.08.2015 Qəbələ Heydər Əliyev adına Beynəlxalq Qran-Pri 2016 06 – 14.05.2016 QəbələISSF Dünya Kuboku 20 – 29.06.2016 BakıGənclər arası ISSF Dünya Kuboku 16 – 23.09.2016 QəbələIV İslam Həmrəylik Oyunları 12 – 17.05.2017 BakıISSF Dünya Kuboku 06 – 14.06.2017 QəbələAvropa Çempionatı 21.07.-04.08.2017 Bakı Heydər Əliyev adına Beynəlxalq Qran-Pri 2018 07 – 13.05.2018 QəbələAzərbaycanda atıcılıq idmanının inkişafına gəldikdə isə qeyd etmək lazımdır ki, son iki il ərzində bizim idmançılarmız müxtəlif beynəlxalq yarışlarda 20-dən çox medal qazanmışdır.

Son nailiyyətlərdən, Portuqaliyada keçirilən və 2 gün əvvəl başa çatan Avropa Kuboku Finalında Ruslan Lunev tərəfindən qazandığı iki medalı (Bir qızıl və bir gümüş medal) qeyd etmək lazımdır. 2019-cu ildə Minsk şəhərində keçiriləcək Avropa Oyunlarına seçim hələ də davam etməsinə baxmayaraq, əminliklə demək olar bizim iki idmançımız artıq özdərinə lisenziya təmin edib və daha iki idmançımız lisenziya qazana bilər. Atıcılıq idmanı haqqında ümumi məlumatAtıcılıq idmanı hal-hazırda üç müxtəlıf növdən ibarətdir : Tapança , Tüfəng və Stend Atıcılığı. Onların hər biri hədəfə olan məsafəyə, mövqe və istifadə olunan idman silahına görə fərqli növlərə ayrılır.

Tapança atıcılığına 8 müxtəlif növ daxildir: 10m Pnevmatik Tapança Kişilər, 10m Pnevmatik Tapança Qadınlar, 10m Pnevmatik Tapança Qarışıq Komanda, 50m Tapança Kişilər, 25m Tapança Qadınlar, 25m Tapançadan Sürətli Atış Kişilər , 25m Standart Tapança Kişilər, 25m Tapançadan Mərkəzə Atış. 10m Pnevmatik Tapança ilə atış növlərində 177/ 4.5 mm çaplı pnevmatik tapançalardan istifadə olunur.

25 və 50m Tapança ilə atış növlərində isə, idmaçılar 22/5.6 mm çaplı yivli Tapançalardan istifadə edir. Tüfəng atıcılığına 6 müxtəlif növ daxildir: 10m Pnevmatik Tüfəng Kişilər, 10m Pnevmatik Tüfəng Qadınlar, 10m Pnevmatik Tüfəng Qarışıq Komanda, 50m Tüfəng 3 Mövqe Kişilər, 50m Tüfəng 3 Mövqe Qadınlar, 50m Tüfəng Uzanaraq Atış Kişilər. 10m Pnevmatik Tüfəng ilə atış növlərində 177/ 4.5 mm çaplı pnevmatik tüfənglərdən istifadə olunur. 50m Tüfəng ilə atış növlərində, idmançılar .22/5.6 mm çaplı yivli tüfənglərdən istifadə edir.

Bu yarışlarda idmançılar Federasiya tərəfindən yoxlanılan və tənzimlənən gödəkçə, şalvar, əlcəklər və ayaqqabılar kimi xüsusi avadanlıqdan istifadə edirlər.Stend atıcılığına 7 müxtəlif növ daxildir: Trap (Səngər Stendi) Kişilər, Trap (Səngər Stendi) Qadınlar, Skeet (Dairəvi Stend) Kişilər, Skeet (Dairəvi Stend) Qadınlar, Double Trap (Qoşa Səngər Stendi) Kişilər, Trap (Səngər Stendi) Qarışıq Komanda, Skeet (Dairəvi Stend) Qarışıq Komanda. Stend atıcılıq növlərində idmançılar 12 çaplı hamar lüləli alt/üst qoşa lülə tüfənglərdən və qirması 24.5 qramdan çox olmayan patronlardan istifadə edir. Stend atıcılığında istifadə olunan hədəflərin ölçüsünün diametri 11 sm, hündürlüyü isə 2,5 cm-dir. Yarı final və medal matçlarında istifadə olunan flash hədəflərin daxilində istifadə edilən toz, portağal və ya yaşıl rəngdə ola bilər.

Trap (Səngər Stendi) və Double Trap (Qoşa Səngər Stendi) yarışlarında bunkerlərə quraşdırılmış xüsusi maşınlar tərəfindən atılan hədəflər idmançıların 15 metr qarşısında yerləşir. Skeet(Dairəvi Stend) yarışlarında hədəflər sağ və sol tərəfdə yerləşən evlərdən atılır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

23 Oktyabr 2018, 14:53 (GMT +4)
Fərdi uçot sistemində qeydiyyatda olanların sayı 161,6 min nəfər artıb

23 Oktyabr 2018, 14:39 (GMT +4)
Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək

23 Oktyabr 2018, 14:22 (GMT +4)
Ərdoğan: Qətlin planlı şəkildə törədildiyinə dair işarələr var

23 Oktyabr 2018, 14:16 (GMT +4)
Humanitar Forumda bəşəriyyəti narahat edən aktual məsələlər araşdırılacaq

23 Oktyabr 2018, 14:05 (GMT +4)
Azərbaycan nümayəndə heyəti Həştərxanda qadın sahibkarların forumunda iştirak edib

23 Oktyabr 2018, 13:50 (GMT +4)
Türkiyədə MHP-AKP ittifaqı başa çatıb

23 Oktyabr 2018, 13:38 (GMT +4)
Səudiyyə dünya ictimaiyyətinin baykot etdiyi konfransa start verib

23 Oktyabr 2018, 13:32 (GMT +4)
Azərbaycanda peşə təhsili ilə bağlı yeni layihələr hazırlanır

23 Oktyabr 2018, 13:19 (GMT +4)
Gömrük xidməti general-leytenantı vətəndaşları qəbul edəcək

23 Oktyabr 2018, 13:15 (GMT +4)
İstanbulda Ərdoğan və Putinin ikitərəfli görüşü planlaşdırılır

23 Oktyabr 2018, 13:10 (GMT +4)
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

23 Oktyabr 2018, 13:02 (GMT +4)
Bakıda istedadlı və yaradıcı gənclərin III Respublika toplantısı keçirilib

23 Oktyabr 2018, 12:57 (GMT +4)
Türkiyəli partiya sədri Kaşıkçının cəsədinin hissələrinin tapıldığı açıqlayıb

23 Oktyabr 2018, 12:53 (GMT +4)
Pensiyalar orta hesabla 140,7 manat artırılıb

23 Oktyabr 2018, 12:41 (GMT +4)
İran zəvvarları hədəfə almaq istəyən 3 terror qrupunu zərərsizləşdirib

23 Oktyabr 2018, 12:41 (GMT +4)
"AzInTelecom" "Hackathon" keçirir

23 Oktyabr 2018, 12:33 (GMT +4)
Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

23 Oktyabr 2018, 12:28 (GMT +4)
Azər Türk Bank ən əlverişli şərtlərlə yeni kredit məhsulu təklif edir

23 Oktyabr 2018, 12:20 (GMT +4)
Əbülfəs Qarayev Mikayıl Müşfiqin meyitinin qalıqlarının tapılması ilə bağlı iddialara münasibət bildirib

23 Oktyabr 2018, 12:15 (GMT +4)
Azərbaycanın U-17 millisi Norveç yığması ilə qarşılaşacaq

23 Oktyabr 2018, 12:08 (GMT +4)
ETSN: İki həftədə 50 iş üzrə cərimə tətbiq edilib

23 Oktyabr 2018, 12:03 (GMT +4)
ABŞ senatoru Səudiyyə səfirinin ölkədən çıxarılmasını istəyib

23 Oktyabr 2018, 12:00 (GMT +4)
Bir sutkada yol qəzalarında 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb

23 Oktyabr 2018, 11:48 (GMT +4)
Almaniya ali məktəbinin doktorantura təqaüd proqramı elan edilir

23 Oktyabr 2018, 11:34 (GMT +4)
Gömrük əməkdaşları üçün baxış-rentgen texnikası üzrə təlim keçirilib

23 Oktyabr 2018, 11:25 (GMT +4)
Avtobus düşürdüyü sərnişini piyada keçidində vuraraq öldürüb

23 Oktyabr 2018, 11:14 (GMT +4)
Nazirlər Kabinetinin rəsmi internet saytı rus dilində də fəaliyyətə başlayıb

23 Oktyabr 2018, 11:13 (GMT +4)
Bin-Salman kənarlaşdırılsa o öz atasını devirə bilər – Səudiyyə şahzadəsi (VİDEO)

23 Oktyabr 2018, 11:05 (GMT +4)
Kapital Bank ənənəvi SIBOS sərgisində iştirak edir

23 Oktyabr 2018, 10:54 (GMT +4)
“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 27-cı sayı nəşr olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66