Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İQTİSADİYYAT

Çingiz Abdullayev və Cəmil Məlikov CEO Lunch Baku-nun fəxri qonağı olacaqlar

12 Oktyabr 2018, 17:45 (GMT +4)

Bakı, 12 oktyabr, SalamNews. Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan “Pen” Klubunun prezidenti, Xalq yazıçısı Çingiz Abdullayev və Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov 17 oktyabr 2018-ci il tarixdə Caspian European Club-un təşkilatçılığı ilə keçiriləcək CEO Lunch Baku-da fəxri qonaq qismində iştirak edəcəklər.

Bu barədə SalamNews-a Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Onun sözlərinə görə, tədbir Caspian European Club-un Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə əməkdaşlıqda maraqlı olan, həmçinin yaradıcı insanlarla görüşlərdə iştirak etməyi arzu edən üzv şirkətlərinin çoxsaylı müraciətləri əsasında baş tutacaq.

Telman Əliyev vurğulayıb ki, CEO Lunch Baku-da qeyri-rəsmi şəraitdə Klubun üzv şirkətlərinin özəl sektorla Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı təşəbbüs və təklifləri müzakirə olunacaq. CEO Lunch Baku iştirakçıları onları maraqlandıran suallara cavab almaq imkanı əldə edəcəklər.

CEO Lunch Baku şirkət rəhbərlərinin və nümayəndələrinin iştirak edə biləcəkləri qapalı tədbirdir. Tədbirə qatılmaq üçün Caspian European Club-un saytında aşağıdakı link vasitəsilə qeydiyyatdan keçmək tələb olunur:

http://caspianenergy.org/index.php/az/2018-01-09-13-22-37/ceo-lunch/item/146-ceo-lunch-baku-10-10-2018

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy International Media Group-un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.

2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club təsis olunub. Hər iki təşkilat 2 il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Club-un, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvü hesab olunurlar.

Caspian European Club-un təsisçisi  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Çingiz Abdullayev və Cəmil Məlikov CEO Lunch Baku-nun fəxri qonaqları olublar

İlahiyyat İnstitutunda xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

Çingiz Abdullayev TellMann tok-şousunun ilk qonağı olub

Xalq yazıçısı Çingiz Abdullayev BAMF-ın ofisini ziyarət edib

Çingiz Abdullayev Kitab evində oxucuları ilə görüşüb (FOTOLAR)

Bakıda Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçiriləcək

22 Oktyabr 2018, 18:02 (GMT +4)
Dünya Ticarət Mərkəzləri Assosiasiyası və Azexport arasında  memorandum imzalanıb

22 Oktyabr 2018, 17:53 (GMT +4)
Zakir Qaralov Ağdaşda vətəndaşlar üçün qəbul keçirəcək

22 Oktyabr 2018, 17:46 (GMT +4)
Mənəvi Dəyərlərin Təbliği Fondu müsabiqə elan edir

22 Oktyabr 2018, 17:38 (GMT +4)
Azərbaycan Rumıniyaya 100 ton soğan ixrac edəcək

22 Oktyabr 2018, 17:35 (GMT +4)
Tsaritsino tarix muzeyində Azərbaycan mədəniyyəti təmsil olunub

22 Oktyabr 2018, 17:28 (GMT +4)
Azərbaycan fransalı merin adını arzu olunmayan şəxslər siyahısına daxil edəcək

22 Oktyabr 2018, 17:19 (GMT +4)
Tanınmış yazar Türkiyədə keçirilən kitab festivalında iştirak edib

22 Oktyabr 2018, 17:11 (GMT +4)
“Ailə institutunun inkişafı ilə bağlı təşəbbüslər” mövzsunda seminar keçirilib

22 Oktyabr 2018, 17:02 (GMT +4)
Azərbaycan ordusunun Hava Hücumundan Müdafiə bölmələrinin təlimləri davam edir (VİDEO)

22 Oktyabr 2018, 16:57 (GMT +4)
Gəmiçilik 4 yeni tanker sifariş edəcək

22 Oktyabr 2018, 16:43 (GMT +4)
Sepah oğurlanan sərhədçilərə görə generallarından birini Pakistana göndərib

22 Oktyabr 2018, 16:41 (GMT +4)
Azərbaycanda sığorta şirkətlərinin reytinqi açıqlanıb

22 Oktyabr 2018, 16:30 (GMT +4)
"Mübarızə" bədii filmin qala-gecəsi keçiriləcək (VİDEO)

22 Oktyabr 2018, 16:22 (GMT +4)
AMEA və "Caspian European Club" təşkilatı birgə biznes forum keçirəcək

22 Oktyabr 2018, 16:16 (GMT +4)
“UNEC-də bir gün” layihəsinə yenidən start verilir

22 Oktyabr 2018, 15:57 (GMT +4)
"Nar" Tərtərdə 4G şəbəkəsini qurub

22 Oktyabr 2018, 15:41 (GMT +4)
Almaniyalı nazir Avropa dövlətlərini Səudiyyəyə silah satmamağa çağırıb

22 Oktyabr 2018, 15:36 (GMT +4)
Kaşıkçı cinayəti ilə bağlı diplomatik missiyanın əməkdaşları dindirilir

22 Oktyabr 2018, 15:20 (GMT +4)
Gün ərzində 99 cinayət faktı qeydə alınıb

22 Oktyabr 2018, 15:12 (GMT +4)
"Qarabağ" - "Vorskla" oyununun təyinatları açıqlanıb

22 Oktyabr 2018, 15:03 (GMT +4)
“DOST” mərkəzləri işəgötürən və işçilərə metodiki köməklik göstərəcək

22 Oktyabr 2018, 14:53 (GMT +4)
Prezident İlham Əliyev İmişlidə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib

22 Oktyabr 2018, 14:49 (GMT +4)
Kaşıkçının paltarını geyinib konsulluqdan çıxan Səudiyyə kəşfiyyatçısının görüntüləri yayımlanıb (FOTO)

22 Oktyabr 2018, 14:45 (GMT +4)
Səyyar “ASAN xidmət” davam edir

22 Oktyabr 2018, 14:37 (GMT +4)
Səudiyyəli nazir İrana qarşı sanksiyaların neftin qiymətinə təsirindən danışıb

22 Oktyabr 2018, 14:18 (GMT +4)
Sabaha olan hava proqnozu açıqlanıb

22 Oktyabr 2018, 14:06 (GMT +4)
Azərbaycanda avtomobillərin ön şüşəsinə texniki baxış talonunun vurulması ləğv edilib

22 Oktyabr 2018, 13:45 (GMT +4)
Sığorta şirkəti rekord ödəniş həyatə keçirib

22 Oktyabr 2018, 13:36 (GMT +4)
Paytaxt məktəbliləri daha bir uğura imza atıblar

22 Oktyabr 2018, 13:22 (GMT +4)
Doqquz ayda rabitə xidmətlərinin dəyəri 7,7 faiz artıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66