Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İQTİSADİYYAT

“İdeyadan Biznesə” startap turunun Naxçıvan şəhəri üzrə qalibləri seçilib

12 Oktyabr 2018, 18:13 (GMT +4)

Bakı, 12 oktyabr, SalamNewsNaxçıvan şəhərində “İdeyadan Biznesə” layihəsi çərçivəsində cari il üzrə sonuncu startap turu keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən SalamNews-a verilən məlumata görə, Naxçıvan Dövlət Universitetində baş tutan tədbirdə 150-dək tələbə iştirak edib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov, Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov, universitetin tələbə-müəllim heyəti və media nümayəndələri iştirak edib.

Tədbirdə məlumat verilib ki, startap hərəkatının genişləndirilməsinə, vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə startap turları Mingəçevir, Lənkəran, Quba, Sumqayıt, Şəki, Gəncə və Bakı şəhərlərində keçirilib. Sözügedən şəhərlərin hər birinə səfərlər təşkil olunub, informativ sessiya, interaktiv təqdimatlar, müxtəlif mövzuları əhatə edən təlimlər, müsabiqələr keçirilib və qaliblər müəyyənləşib.

Bildirilib ki, startap turları regionlarda fəaliyyət göstərən gənclərə biznes layihələrinin hazırlanması, müzakirəsi və təqdimatı, eləcə də mentorların dəstəyi ilə startap komandalarının, eləcə də ideyaların formalaşdırılması üçün geniş imkanlar yaradıb.

Naxçıvan Dövlət Universitetinin nümayəndəsi Əşrəf Ələkbərov bildirib ki, Naxçıvan Dövlət Universitetində “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi çərçivəsində elektron təhsil, onlayn sənəd dövriyyəsi, akademik idarəetmə və s. kimi təhsilin idarəedilməsi modellərini özündə birləşdirən Elektron Universitet formalaşdırılıb.

O qeyd edib ki, 2014-cü ildə Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər təşkilatı tərəfindən “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsi üzrə Naxçıvan Dövlət Universiteti Azərbaycan ali təhsil müəssisələri içərisində birinci yerə layiq görülüb.

Daha sonra çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Tahir Məmmədov innovasiyalar, informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində ölkəmizdə aparılan dövlət siyasətindən, bu sahəyə cavabdeh qurum kimi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sektorun inkişafı istiqamətində həyata keçirdiyi layihələrdən danışıb. O, bilik tutumlu iqtisadiyyatın formalaşdırılmasında İKT sektorunun xüsusi rolu olduğunu qeyd edib. Nazirin müşaviri sahənin, eləcə də, startap hərəkatının inkişafı üçün ölkəmizdə zəruri ekosistemin formalaşdırıldığını vurğulayıb. O, artıq respublikamızın bir neçə ali təhsil müəssisəsində İnkubasiya mərkəzlərinin yaradıldığını və növbəti İnkubasiya Mərkəzinin Naxçıvan Dövlət Universitetinin nəzdində yaradıla biləcəyini diqqətə çatdırıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun nümayəndəsi Əkbər Abbasov Fondun fəaliyyəti barədə təqdimatla çıxış edib. O bildirib ki, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu oktyabr ayında növbəti qrant müsabiqəsi elan edəcək. Ə.Abbasov innovativ ideyası olan startap layihələrinin bu qrant müsabiqəsinə müraciət edə biləcəyini qeyd edib.

Tədbirin interaktiv hissəsində Yüksək Texnologiyalar Parkının, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və "Sentra" MMC-nin nümayəndələri tərəfindən iştirakçılar üçün startap komandalarının formalaşması, layihə təqdimatının düzgün hazırlanması, investorlara layihənin satışı yolları, bazarın araşdırılması kimi məsələləri əhatə edən təlim keçirilib.

İnteraktiv hissədən sonra ideyası olan iştirakçılardan ibarət 9 komanda formalaşdırılıb və komandalar peşəkar mentorlar tərəfindən müsabiqəyə hazırlanıb.

Müsabiqədə komandalar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər. Komanda rəhbərlərinin təqdimatlarından sonra sual-cavab və layihənin müzakirəsi baş tutub.

Mütəxəssislərdən ibarət münsiflər Naxçıvan şəhəri üzrə ilk üç yerin qalibini müəyyənləşdiriblər. Müsabiqədə I, II və III yerlərə müvafiq olaraq “Noahland”, “Nads”, “Nakh Book House” layihələri layiq görülüb.

Beləliklə, tədbirin yekununda qaliblər mükafatlandırılaraq, Bakıda ilk dəfə olaraq 26-30 oktyabr tarixlərində təşkil ediləcək "İnnovasiyalar həftəsi" çərçivəsində Milli Finala dəvət olunublar. Qeyd edək ki, Milli Final 26 oktyabrda Heydər Əliyev Mərkəzində keçiriləcək.

Milli Finalda qalib gələcək layihə sahibləri isə 4-7 dekabr tarixlərində təşkil ediləcək 24-cü “Bakutel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı əldə edəcəklər.

Bununla da “İdeyadan Biznesə” startap turunun qaliblərinin sayı 24 olub. Ümumilikdə startap turlarına 1000-dən çox iştirakçı qatılıb.

Xatırladaq ki, Mingəçevir, Lənkəran, Quba, Sumqayıt, Şəki, Gəncə və son olaraq Naxçıvan şəhəri üzrə ən uğurlu startap layihələri müəyyənləşib.

Qalib gələn layihələr mentor xidmətləri, investisiyaların cəlb olunması, o cümlədən uğurlu startapların xaricə göndərilməsi və beynəlxalq tədbirlərə cəlb olunması imkanları ilə təmin oluna bilər.

Xatırladaq ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və “Microsoft” şirkəti ilə birgə həyata keçirilən “İdeyadan Biznesə” layihəsinin tərəfdaşı “Azercell” şirkətidir. Layihənin növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bu il dəmir yolu nəqliyyatı ilə 2 milyondan çox sərnişin daşınıb

Prezident İlham Əliyev dəniz nəqliyyatı işçilərini təltif edib

Badamdar şosesində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb

Dəmir yolu nəqliyyatı işçilərinə fəxri adlar verilib (SİYAHI)

Bakıda ictimai nəqliyyatda bir sıra nöqsanlar aşkar edilib (FOTO)

Ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

Nəqliyyat sahəsində Azərbaycan-İran əlaqələri müzakirə edilib

Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi artıb

Azərbaycanla Avstriya nəqliyyat və innovasiya sahəsində işçi qrupu yaradacaq

Ötən səkkiz ayda nəqliyyatçılar 1279,1 milyon nəfərə xidmət göstərib

Bakı Nəqliyyat Agentliyi növbəti maarifləndirici aksiya keçirib (VİDEO)

Dövlət Avtomobil Nəqliyyatı Xidməti daşıyıcılara və sürücülərə xəbərdarlıq edib

Bakı Nəqliyyat Agentliyi yeni avtomatlaşdırılmış sistem tətbiq edəcək

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin perspektivləri müzakirə edilib

Bakının 3-cü mikrorayon dairəsində və metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında nəqliyyat şəraiti yaxşılaşdırılır

Yanvar-iyul aylarında nəqliyyatçılar 1100,8 milyon nəfərə xidmət göstərib

Dəniz nəqliyyatı ilə 600 min tonadək yük daşınıb

Yanvar-iyul aylarında hava nəqliyyatı ilə 170 min tonadək yük göndərilib

Bakı Nəqliyyat Agentliyi: "Avtobus parkının yenilənməsi ilə bağlı işlər sürətlənəcək"

22 Oktyabr 2018, 18:02 (GMT +4)
Dünya Ticarət Mərkəzləri Assosiasiyası və Azexport arasında  memorandum imzalanıb

22 Oktyabr 2018, 17:53 (GMT +4)
Zakir Qaralov Ağdaşda vətəndaşlar üçün qəbul keçirəcək

22 Oktyabr 2018, 17:46 (GMT +4)
Mənəvi Dəyərlərin Təbliği Fondu müsabiqə elan edir

22 Oktyabr 2018, 17:38 (GMT +4)
Azərbaycan Rumıniyaya 100 ton soğan ixrac edəcək

22 Oktyabr 2018, 17:35 (GMT +4)
Tsaritsino tarix muzeyində Azərbaycan mədəniyyəti təmsil olunub

22 Oktyabr 2018, 17:28 (GMT +4)
Azərbaycan fransalı merin adını arzu olunmayan şəxslər siyahısına daxil edəcək

22 Oktyabr 2018, 17:19 (GMT +4)
Tanınmış yazar Türkiyədə keçirilən kitab festivalında iştirak edib

22 Oktyabr 2018, 17:11 (GMT +4)
“Ailə institutunun inkişafı ilə bağlı təşəbbüslər” mövzsunda seminar keçirilib

22 Oktyabr 2018, 17:02 (GMT +4)
Azərbaycan ordusunun Hava Hücumundan Müdafiə bölmələrinin təlimləri davam edir (VİDEO)

22 Oktyabr 2018, 16:57 (GMT +4)
Gəmiçilik 4 yeni tanker sifariş edəcək

22 Oktyabr 2018, 16:43 (GMT +4)
Sepah oğurlanan sərhədçilərə görə generallarından birini Pakistana göndərib

22 Oktyabr 2018, 16:41 (GMT +4)
Azərbaycanda sığorta şirkətlərinin reytinqi açıqlanıb

22 Oktyabr 2018, 16:30 (GMT +4)
"Mübarızə" bədii filmin qala-gecəsi keçiriləcək (VİDEO)

22 Oktyabr 2018, 16:22 (GMT +4)
AMEA və "Caspian European Club" təşkilatı birgə biznes forum keçirəcək

22 Oktyabr 2018, 16:16 (GMT +4)
“UNEC-də bir gün” layihəsinə yenidən start verilir

22 Oktyabr 2018, 15:57 (GMT +4)
"Nar" Tərtərdə 4G şəbəkəsini qurub

22 Oktyabr 2018, 15:41 (GMT +4)
Almaniyalı nazir Avropa dövlətlərini Səudiyyəyə silah satmamağa çağırıb

22 Oktyabr 2018, 15:36 (GMT +4)
Kaşıkçı cinayəti ilə bağlı diplomatik missiyanın əməkdaşları dindirilir

22 Oktyabr 2018, 15:20 (GMT +4)
Gün ərzində 99 cinayət faktı qeydə alınıb

22 Oktyabr 2018, 15:12 (GMT +4)
"Qarabağ" - "Vorskla" oyununun təyinatları açıqlanıb

22 Oktyabr 2018, 15:03 (GMT +4)
“DOST” mərkəzləri işəgötürən və işçilərə metodiki köməklik göstərəcək

22 Oktyabr 2018, 14:53 (GMT +4)
Prezident İlham Əliyev İmişlidə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib

22 Oktyabr 2018, 14:49 (GMT +4)
Kaşıkçının paltarını geyinib konsulluqdan çıxan Səudiyyə kəşfiyyatçısının görüntüləri yayımlanıb (FOTO)

22 Oktyabr 2018, 14:45 (GMT +4)
Səyyar “ASAN xidmət” davam edir

22 Oktyabr 2018, 14:37 (GMT +4)
Səudiyyəli nazir İrana qarşı sanksiyaların neftin qiymətinə təsirindən danışıb

22 Oktyabr 2018, 14:18 (GMT +4)
Sabaha olan hava proqnozu açıqlanıb

22 Oktyabr 2018, 14:06 (GMT +4)
Azərbaycanda avtomobillərin ön şüşəsinə texniki baxış talonunun vurulması ləğv edilib

22 Oktyabr 2018, 13:45 (GMT +4)
Sığorta şirkəti rekord ödəniş həyatə keçirib

22 Oktyabr 2018, 13:36 (GMT +4)
Paytaxt məktəbliləri daha bir uğura imza atıblar

22 Oktyabr 2018, 13:22 (GMT +4)
Doqquz ayda rabitə xidmətlərinin dəyəri 7,7 faiz artıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66