Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » DİN

Səyyad Salahlı : Bəzi qüvvələr dini və ictimai sabitliyi pozmağa cəhd edirlər

22 Oktyabr 2018, 10:40 (GMT +4)

Bakı, 22 oktyabr, SalamNews. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusundakı ikigünlük seminar-müşavirə öz işini davam etdirib.

SalamNews xəbər verir ki, gənclər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan RİH başçısının müavini Arzu Vəliməmmədova gənclərin yad dini ideologiyaların təsirindən qorunmasında dini maarifləndirmə tədbirlərinin mühüm rola malik olduğunu bildirib, onların milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunmasının vacibliyini diqqətə çatdırıb.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxışında dini radikalizm və onun fəsadları haqqında danışıb. Bildirib ki, Azərbaycanda hökm sürən multikultural və tolerant mühitin mövcudluğunu istəməyən bəzi qüvvələr ölkəmizdə xalqımızın milli-mənəvi və dini dəyərlərinə yad olan ideologiyaları təbliğ edərək dini və ictimai sabitliyi pozmağa cəhd edirlər. Onların əsas hədəfinin gənclər olduğunu vurğulayan birinci müavin gənclərin düzgün dini biliklərlə məlumatlandırılmasının və onların elmə-təhsilə yiyələnmələrinin dini radikal qrupların təsirindən qorunmaları baxımından olduqca əhəmiyyətli olduğunu qeyd edib. S.Salahlı bu işdə məktəb müəllimlərinin və valideynlərin üzərinə mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıb.

Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Cahandar Əlifzadə dini radikal qrupların təbliğat metodlarından danışıb. Bildirib ki, dini radikalizm və ekstremizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin təbliğinin böyük rolu var. Şöbə müdiri, eyni zamanda məzhəb ayrı-seçkiliyinə qarşı vəhdət və həmrəyliyin əhəmiyyətindən bəhs edib.

Daha sonra DQİDK-nın sifarişi ilə ərsəyə gəlmiş, dini radikalizm və terrorizmin fəsadlarından bəhs edən “Üfüqdəki gələcək” sənədli filmi nümayiş etdirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Səyyad Salahlı: İşğal olunmuş ərazilərdə tarixi abidələrə qarşı vandalizmə son qoyulmasını tələb edirik

Tolerantlıq radikalizmin qarşısının alınmasında mühüm vasitədir - Səyyad Salahlı

Gəncləri zərərli vərdişlərdən qorumaq üçün onlara düzgün elm öyrətmək lazımdır - Səyyad Salahlı

Cəmiyyət dini ekstemizmlə mübarizədə fəal olmalıdır - Səyyad Salahlı

Səyyad Salahlı İstanbulda keçirilən 8-ci Dünya İslam Forumunda iştirak edir

Səyyad Salahlının “Açılan sabahlara şükür” adlı kitabı çapdan çıxıb

Dini radikalizmlə mübarizədə din xadimləri fəal olmalıdır - Səyyad Salahlı

Dində olan parçalanmalar dini zəiflədir - Səyyad Salahlı

Cəmiyyətimizdə həm dini, həm də bəşəri dəyərlərə eyni ölçüdə əhəmiyyət verilir - Səyyad Salahlı

İslami dəyərlərin geniş təbliğ olunmasına böyük ehtiyac var - Səyyad Salahlı

Üç səmavi dinin nümayəndələri öz inanclarını Azərbaycanda dinc şəraitdə yerinə yetirirlər - Səyyad Salahlı

Dini Komitənin birinci müavini Səyyad Salahlı Tehrana gedəcək

20 Noyabr 2018, 12:27 (GMT +4)
Bəşər Əsəd mövlud tədbiri ilə bağlı camaat namazına qatılıb (FOTO)

20 Noyabr 2018, 12:26 (GMT +4)
Sabaha gözlənilən hava şəraiti açıqlanıb

20 Noyabr 2018, 12:18 (GMT +4)
Tovuzda xüsusi təhlükəli zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri başlayıb

20 Noyabr 2018, 12:04 (GMT +4)
Kapital Bank 24/7 rejimdə işləyən Sahil filialını istifadəyə verib

20 Noyabr 2018, 11:50 (GMT +4)
AtaBank-dan 3 kampaniya bir arada!

20 Noyabr 2018, 11:37 (GMT +4)
Suriya türkmənləri ilk dəfə olaraq bayraqlarını nümayiş etdiriblər  (FOTO)

20 Noyabr 2018, 11:33 (GMT +4)
Bakıda baş verən yol qəzasında bir nəfər ölüb 

20 Noyabr 2018, 11:20 (GMT +4)
ƏMDK-nın sədri Salyanda vətəndaşları qəbul edəcək

20 Noyabr 2018, 11:07 (GMT +4)
Azərbaycan Hökuməti BMT-nin CEDAW Komitəsinə 6-cı dövri hesabatı hazırlayır

20 Noyabr 2018, 10:57 (GMT +4)
Türkiyədə qəzaya uğrayan təyyarədə  2 nəfərin meyiti aşkar edilib

20 Noyabr 2018, 10:38 (GMT +4)
Moskvada Nəsiminin büstünün təntənəli açılış mərasimi olub (FOTOLAR)

20 Noyabr 2018, 10:33 (GMT +4)
ABŞ-da atışma nəticəsində 4 nəfər ölüb

20 Noyabr 2018, 10:30 (GMT +4)
Ordu Suriya səhrasında Tülul-Səfa bölgəsinin bütününü İŞİD-dən azad edib (VİDEO)

20 Noyabr 2018, 10:24 (GMT +4)
Səfər Mehdiyevin sədrliyi ilə biznes-forum keçiriləcək

20 Noyabr 2018, 10:10 (GMT +4)
Azərbaycanın müdafiə naziri üçtərəfli görüş keçirəcək

20 Noyabr 2018, 10:02 (GMT +4)
Ötən gün baş verən yol qəzalarında 8 nəfər ölüb

20 Noyabr 2018, 09:59 (GMT +4)
Səudiyyə koalisiyası atəşkəsdən sonra yenidən əl-Hudeydaya hücuma başlayıb

20 Noyabr 2018, 09:50 (GMT +4)
Fransa Ər-Riyadın əleyhinə sanksiyalar tətbiq etməyə hazırdır

20 Noyabr 2018, 09:45 (GMT +4)
Gürcüstanda peyğəmbərin (s) mövludu ilə bağlı tədbir keçirilib

20 Noyabr 2018, 09:28 (GMT +4)
Çavuşoğlu və Quterreş Kaşıkçı cinayətini müzakirə edib

20 Noyabr 2018, 09:23 (GMT +4)
Ermənistan silahlı bölmələri atəşkəs rejimini 30 dəfə pozub

20 Noyabr 2018, 09:16 (GMT +4)
Onlarla şahzadə Bin-Salmanın kral olmasının qarşısını almağa çalışırlar  - Reuters

20 Noyabr 2018, 09:12 (GMT +4)
Azərbaycan kərə yağı idxalını azaldıb

20 Noyabr 2018, 09:08 (GMT +4)
Gəncədə yaşayış binasında güclü partlayış olub, ölən və yaralananlar var (FOTO, VİDEO)

20 Noyabr 2018, 09:02 (GMT +4)
Tanınmış jurnalist yeni vəzifəyə gətirilib (RƏSMİ)

20 Noyabr 2018, 09:00 (GMT +4)
Bu gün Qarakənd faciəsindən 27 il ötür

19 Noyabr 2018, 18:30 (GMT +4)
ETSN: Ölkə üzrə 136 minə yaxın ağac tingi paylanılıb

19 Noyabr 2018, 18:22 (GMT +4)
Bakıda turizm sahəsində ilk dəfə startup yarışı keçirilib 

19 Noyabr 2018, 18:02 (GMT +4)
Təbiətə 32000 manat məbləğində ziyan dəyib - nazirlik

19 Noyabr 2018, 17:56 (GMT +4)
Ağcabədidə brakonyerlər saxlanılıblar

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66