Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » AVTOİDMAN

2019 Formula 1 Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına start verilib

29 Oktyabr 2018, 15:58 (GMT +4)

Bakı, 29 oktyabr, SalamNews. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 26-28 aprel 2019-cu il tarixlərində keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına başlayıb.

Sayca dördüncü dəfə keçiriləcək Azərbaycan Qran Prisinin təşkilatçılıq işlərinə ümumilikdə 3 min könüllünün cəlb olunması planlaşdırılır. Bir sıra yeniliklərin nəzərdə tutulduğu könüllülük proqramına seçilmək üçün namizədlərdən xarici dil bilikləri tələb olunacaq.

Müraciətedənlərin sayı çox olduğuna görə seçim zamanı ən yaxşı namizədlərə üstünlük veriləcək. Müsahibə mərhələsindən uğurla keçən hər bir könüllü insan resursları, işçi qüvvəsi, media əməliyyatları,tamaşaçı xidmətləri, şəhər əməliyyatları, marşal klubu əməliyyatları, inzibati əməliyyatlar, hava limanı əməliyyatları və digər istiqamətlərdən birinə yönləndiriləcək.

Bakı Şəhər Halqası Akademiyası könüllülərin yarışlara yüksək səviyyədə hazırlanması ilə yanaşı onların peşəkar inkişafına da diqqət göstərir.

Belə ki, builki hazırlıq prosesində könüllüləri onların daha çox fərdi və peşəkar inkişafı üçün müxtəlif istiqamətlərdə təlimlər, bir çox fərqli mövzuda seminarlar və danışıq klubları gözləyir.Burada onlar müxtəlif sahələri əhatə edən təlimlərdə iştirak edərək, yeni məlumatlar qazana və fikir mübadiləsi apara bilərlər.

Könüllülərdə komanda ruhunu artırmaq və kollektivlə işləmək bacarığını inkişaf etdirmək məqsədi ilə müxtəlif tədbirlərin təşkili də nəzərdə tutulub. Bu cür tədbirlər isə öz növbəsində sosiallıq yaradaraq onlara yeni dostlar tapmağa kömək edəcək. Bir sözlə,könüllülərin müxtəlif sahələrdə işləmək bacarıqlarının inkişaf etdirilməsi və gördükləri işdən zövq almaları bizim üçün xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisində iştirak üçün ən az 16 yaşında olmaq, ingilis dilini əla dərəcədə bilmək (əlavə xarici dil bilənlərə üstünlük veriləcək), gərgin rejimdə işləmək bacarığı, güclü həvəs və əzmkarlıq tələb olunur.

Qeyd edilən tələblərə uyğun hər kəs http://volunteers.bakucitycircuit.com linkinə daxil olaraq könüllü kimi qeydiyyatdan keçə bilər.

Proqram haqqında daha ətraflı məlumat almaq üçün+994 12 404 13 83 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Könüllülük proqramı ilə bağlı yeniliklərdən xəbərdar olmaq üçün isə aşağıdakı hesablarımızı izləyə bilərsiniz:

https://www.facebook.com/BakuVolunteers/

https://www.instagram.com/bakucitycircuit

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan Qran Prisinin Marşal Proqramı üçün qeydiyyat prosesinə start verilib

Formula 1 Azərbaycan Qran Prisi üçün biletlərin qiyməti açıqlanıb

2019 Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışına start verilib

Formula-1 Azərbaycan Qran Prisi ilin ən yaxşı mərhələsi seçilib

Azərbaycan Qran Prisinin ən fəal 5 könüllüsü Monakoya səfər edəcək

Formula 1 Azərbaycan Qran Prisi başa çatdı - Qalib müəyyənləşdi

Fettel Azərbaycan Qran Prisində üçüncü sərbəst yürüşdə birinci olub

Rusiyalı pilot Azərbaycan Qran Prisində qəzaya uğrayıb

Formula 1 Azərbaycan Qran Prisində ilk dəfə “qrid uşaqları” çıxış edəcəklər (FOTO)

Azərbaycan Qran Prisi çərçivəsində keçiriləcək tədbirlərinin detalları məlum oldu

“Formula 1” üzrə Azərbaycan Qran Prisinə alınan vauçerlərin biletlə dəyişdirilməsinə start verilib

Azərbaycan Qran Prisinin marşalları üçün yanğından mühafizə və xilasetmə təlimləri keçirilir

F1 Azərbaycan Qran Prisinə xərclərimiz azalır, faydaları isə getdikcə çoxalır

Gənc dizayner yeni layihəsini Formula-1 Azərbaycan Qran Prisinə həsr edib

Formula 1 Azərbaycan Qran Prisi beynəlxalq avtoidman sərgisində təmsil olunub

Pirelli Azərbaycan Qran Prisi üçün təkər seçimini elan edib

2017 Formula 1 Azərbaycan Qran Prisi ilin ən yaxşı yarışı seçilib

Formula 1 Azərbaycan Qran Prisi klassikaya çevrilə bilər

2018 Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışına start verilib

Azərbaycan Qran Prisi üçün könüllülərin qəbuluna start verilib

19 Noyabr 2018, 18:30 (GMT +4)
ETSN: Ölkə üzrə 136 minə yaxın ağac tingi paylanılıb

19 Noyabr 2018, 18:22 (GMT +4)
Bakıda turizm sahəsində ilk dəfə startup yarışı keçirilib 

19 Noyabr 2018, 18:02 (GMT +4)
Təbiətə 32000 manat məbləğində ziyan dəyib - nazirlik

19 Noyabr 2018, 17:56 (GMT +4)
Ağcabədidə brakonyerlər saxlanılıblar

19 Noyabr 2018, 17:50 (GMT +4)
Vladimir Putin: Rusiya Türkiyə ilə ticarət həcmini 100 milyard dollara yüksəldəcək

19 Noyabr 2018, 17:44 (GMT +4)
AMŞ ilə Rusiya Jurnalistlər İttifaqı arasında Memorandum imzalanıb

19 Noyabr 2018, 17:34 (GMT +4)
Bakıda və regionlarda qəssablara qarşı reydlər keçirilir

19 Noyabr 2018, 17:27 (GMT +4)
Nazirliyin 100 illiyi ilə əlaqədar jurnalistlər üçün müsabiqə elan olunub

19 Noyabr 2018, 17:15 (GMT +4)
Afrində radikal qruplaşmanın onlarla üzvü təslim olub (VIDEO)

19 Noyabr 2018, 17:05 (GMT +4)
Xüsusi siniflərdə dərs deyən müəllimlər üçün seminar təşkil olunub

19 Noyabr 2018, 16:50 (GMT +4)
"Türk axını" Türkiyə və Rusiya arasındakı əməkdaşlıq səviyyəsinin göstəricisidir - Ərdoğan

19 Noyabr 2018, 16:36 (GMT +4)
Son 7 ildə ilk dəfə olaraq – İordaniya Parlamenti deputatları Dəməşqə gediblər

19 Noyabr 2018, 16:31 (GMT +4)
Azərbaycan və Belarus prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər

19 Noyabr 2018, 16:25 (GMT +4)
Vladimir Putin Türkiyəyə səfər edib

19 Noyabr 2018, 16:14 (GMT +4)
Azərbaycan-Belarus sənədləri imzalanıb 

19 Noyabr 2018, 15:56 (GMT +4)
“İrəli”nin keçirdiyi yarışların rayon üzrə qalibləri müəyyənləşib

19 Noyabr 2018, 15:52 (GMT +4)
Amerikanın burnunu yerə sürtəcəyik – Həsən Ruhani

19 Noyabr 2018, 15:50 (GMT +4)
Energetika naziri “Türk axını” ilə bağlı mərasimdə iştirak edəcək

19 Noyabr 2018, 15:44 (GMT +4)
Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə görüşü olub 

19 Noyabr 2018, 15:37 (GMT +4)
Almaniya Kaşıkçı cinayəti ilə bağlı 18 Səudiyyə Ərəbistanı vətəndaşına sanksiya tətbiq edəcək

19 Noyabr 2018, 15:33 (GMT +4)
Dövlət Komitəsində italiyalı diplomat Mario Rafaelli ilə görüş olub

19 Noyabr 2018, 15:24 (GMT +4)
Həsən Ruhani: İran ABŞ-ın təzyiqlərinə boyun əyməyəcək

19 Noyabr 2018, 15:20 (GMT +4)
BDU-nun doktorantı elmi məqalə müsabiqəsində II yerin qalibi olub

19 Noyabr 2018, 15:12 (GMT +4)
MilliNet2018 münsiflərinin yeni tərkibi təsdiqlənib

19 Noyabr 2018, 15:05 (GMT +4)
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu həftə Mərdəkandadır

19 Noyabr 2018, 14:56 (GMT +4)
ASA Hüquq komitəsinin növbədənkənar görüşü keçirilib

19 Noyabr 2018, 14:50 (GMT +4)
“CinemaPlus”da azərbaycan dilində yeni cizgi filminin nümayişi keçirilib

19 Noyabr 2018, 14:43 (GMT +4)
Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri bəlli olub

19 Noyabr 2018, 14:39 (GMT +4)
İslam dünyasında Peyğəmbərin mövludu ilə bağlı vəhdət həftəsinə start verilib

19 Noyabr 2018, 14:37 (GMT +4)
"Nənə-baba və baldan şirin nəvələr” adlı yeni layihəyə start verilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66