Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » DİN

Allahşükür Paşazadə İspaniyaya səfərə gedəcək

01 Noyabr 2018, 17:19 (GMT +4)

Bakı, 1 noyabr, SalamNews. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 3-də İspaniyaya səfərə yola düşür.

İdarədən SalamNews-a verilən məlumata görə, səfərdə məqsəd Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, İspaniyanın Ədliyyə Nazirliyi və Evsen Fondunun birlikdə təşkil etdiyi «Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi» mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir.

Dünyada sülhün, əmin-amanlığın, multikulturalizmin, dinlər arasında əlaqələrin möhkəmlənməsinə öz töhfəsini vermək məramı daşıyan Beynəlxalq Konfrans Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ili "Multikulturalizm İli", 2017-ci ili "İslam Həmrəyliyi İli" elan etmək kimi qlobal ideyalarının, habelə mədəniyyətlətarası dialoqa dair 10 illik Bakı Prosesinin həyata keçirdiyi məramların inkişafı və beynəlxalq müstəvidə davamlı təbligi və təşviqi işinə xidmət edir. Beynəlxalq Konfransın əsas məqsədi: dinlər və sivilizasiyalararası dialoqun əməkdaşlığa doğru inkişaf etdirilməsi; dini tolerantlıq və multikulturalizm ənənələrinin təbliğ olunması; müasir dünyanı narahat edən problemlərə, təhdid və çağırışlara dair Konfrans iştirakçılarının birgə mövqeyinin bildirilməsidir.

"Multikulturalizm İli", "İslam Həmrəyliyi İli" çərçivəsində ötən illərdə İspaniyada keçirilmiş mötəbər forumların ardınca Madriddə sayca üçüncü Beynəlxalq Konfransda Azərbaycan Respublikasının hökumət və parlament üzvləri, Azərbaycanın tanınmış elm və din xadimlərindən ibarət nümayəndə heyətinin iştirakı nəzərdə tutulur.

Dinlərarası münasibətlərin, multikultural mühitdə birgə həyat tərzinin və dini tolerantlığın Azərbaycan modelini dünya ictimaiyyətinə təqdim etmək məqsədilə təşkil olunan beynəlxalq tədbirdə Azərbaycanı QMİ sədri ilə bərabər ölkəmizdəki dini konfessiyaların başçıları — RPK-nin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev və Bakıdakı Katolik icmasının Yepiskopu Vladimir Fekete təmsil edəcəklər.

İspaniya Ədliyyə Nazirliyinin təşkilati dəstəyi ilə baş tutan bu beynəlxalq tədbirdə İspaniyanın yuksək səviyyəli dövlət, hökumət nümayəndələri və din xadimləri, o cümlədən, Madrid Arxiyepiskopu Karlos Siyerra iştirak edəcəklər.
İki gün davam edəcək Beynəlxalq Konfranda 40-dək çıxış və məruzə dinləniləcək. Konfransın ikinci günündə beynəlxalq tədbir öz işini Madriddəki Françesko de Vitoria Universitetində davam etdirəcəkdir. Burada məruzələr dinləniləcək, müəllim-tələbə heyəti ilə fikir mübadiləsi aparılacaq

Konfransın sonunda Yekun sənədin qəbulu nəzərdə tutulur.

İspaniyaya səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin İspaniya hökumətinin üzvləri, ölkənin tanınmış ictimai-siyasi xadimlərilə görüşləri nəzərdə tutulur.

Azərbaycan-İspaniya dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı baxımından böyük önəm kəsb edən Madrid Beynəlxalq Konfransında 260-dək xarici qonaq olmaqla, ümumilikdə 1000-ə yaxın iştirakçının -- Azərbaycan, İspaniya ilə yanaşı Avropa, Asiya, Latın Amerikası, Afrikanın ümumilikdə 40 ölkəsindən tanınmış dövlət, hökümət rəsmilərinin, o cümlədən, dünyanın müxtəlif dövlətlərinin sabiq dövlət və hökumət başçılarının; dünyanın nüfuzlu dini mərkəzlərinin təmsilçilərinin -- Müqəddəs Taxt-Tacın (Vatikan) kardinalı, Rus Pravoslav Kilsəsinin xüsusi nümayəndəsinin, dini konfessiya rəhbərlərinin, o cümlədən, tanınmış müftilərin, baş ravvinlərin; beynəlxalq təşkilat rəhbərlərinin, İspaniyada akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin; nüfuzlu ziyalıların, universitet rektorlarının, habelə tanınmış iş adamlarının iştirakı nəzərdə tutulur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti sabah Almaniyaya gedəcək

Allahşükür Paşazadə: Azərbaycanda milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir

Allahşükür Paşazadə ABŞ Etnik Anlaşma Fondunun prezidenti ilə görüşüb

Allahşükür Paşazadə sabah Qazaxıstana gedəcək

Allahşükür Paşazadə Çeçenistana səfərə gedəcək

Allahşükür Paşazadə Misir parlamentinin nümayəndə heyəti ilə görüşüb

Allahşükür Paşazadə Almaniya səfirini qəbul edib

Allahşükür Paşazadə İtaliya prezidenti ilə görüşüb

Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb

Allahşükür Paşazadə Vyanada beynəlxalq tədbirə qatılacaq

Allahşükür Paşazadənin rəhbərliyi ilə bayram namazı qılınıb 

Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Qüdsdə baş verən hadisələrə qəti etiraz edirik- Allahşükür Paşazadə

Qüds iman sərhəddidir, biz bunu heç kimə verə bilmərik - Allahşükür Paşazadə (FOTOLAR)

Allahşükür Paşazadə Misirin Azərbaycana təyin olunan yeni səfiri ilə görüşüb

Allahşükür Paşazadə dünyanın dini liderlərini Xocalı soyqırımını tanımağa çağırıb

Şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə səfər edəcək

Allahşükür Paşazadə ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

QMİ-nin qurultaya ehtiyacı yoxdur, məni ömürlük seçiblər - Allahşükür Paşazadə

Şeyxülislam Allahşükür Paşazadə Naxçıvana səfər edəcək

20 Noyabr 2018, 12:41 (GMT +4)
“İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" Şirvanda (FOTO)

20 Noyabr 2018, 12:27 (GMT +4)
Bəşər Əsəd mövlud tədbiri ilə bağlı camaat namazına qatılıb (FOTO)

20 Noyabr 2018, 12:26 (GMT +4)
Sabaha gözlənilən hava şəraiti açıqlanıb

20 Noyabr 2018, 12:18 (GMT +4)
Tovuzda xüsusi təhlükəli zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri başlayıb

20 Noyabr 2018, 12:04 (GMT +4)
Kapital Bank 24/7 rejimdə işləyən Sahil filialını istifadəyə verib

20 Noyabr 2018, 11:50 (GMT +4)
AtaBank-dan 3 kampaniya bir arada!

20 Noyabr 2018, 11:37 (GMT +4)
Suriya türkmənləri ilk dəfə olaraq bayraqlarını nümayiş etdiriblər  (FOTO)

20 Noyabr 2018, 11:33 (GMT +4)
Bakıda baş verən yol qəzasında bir nəfər ölüb 

20 Noyabr 2018, 11:20 (GMT +4)
ƏMDK-nın sədri Salyanda vətəndaşları qəbul edəcək

20 Noyabr 2018, 11:07 (GMT +4)
Azərbaycan Hökuməti BMT-nin CEDAW Komitəsinə 6-cı dövri hesabatı hazırlayır

20 Noyabr 2018, 10:57 (GMT +4)
Türkiyədə qəzaya uğrayan təyyarədə  2 nəfərin meyiti aşkar edilib

20 Noyabr 2018, 10:38 (GMT +4)
Moskvada Nəsiminin büstünün təntənəli açılış mərasimi olub (FOTOLAR)

20 Noyabr 2018, 10:33 (GMT +4)
ABŞ-da atışma nəticəsində 4 nəfər ölüb

20 Noyabr 2018, 10:30 (GMT +4)
Ordu Suriya səhrasında Tülul-Səfa bölgəsinin bütününü İŞİD-dən azad edib (VİDEO)

20 Noyabr 2018, 10:24 (GMT +4)
Səfər Mehdiyevin sədrliyi ilə biznes-forum keçiriləcək

20 Noyabr 2018, 10:10 (GMT +4)
Azərbaycanın müdafiə naziri üçtərəfli görüş keçirəcək

20 Noyabr 2018, 10:02 (GMT +4)
Ötən gün baş verən yol qəzalarında 8 nəfər ölüb

20 Noyabr 2018, 09:59 (GMT +4)
Səudiyyə koalisiyası atəşkəsdən sonra yenidən əl-Hudeydaya hücuma başlayıb

20 Noyabr 2018, 09:50 (GMT +4)
Fransa Ər-Riyadın əleyhinə sanksiyalar tətbiq etməyə hazırdır

20 Noyabr 2018, 09:45 (GMT +4)
Gürcüstanda peyğəmbərin (s) mövludu ilə bağlı tədbir keçirilib

20 Noyabr 2018, 09:28 (GMT +4)
Çavuşoğlu və Quterreş Kaşıkçı cinayətini müzakirə edib

20 Noyabr 2018, 09:23 (GMT +4)
Ermənistan silahlı bölmələri atəşkəs rejimini 30 dəfə pozub

20 Noyabr 2018, 09:16 (GMT +4)
Onlarla şahzadə Bin-Salmanın kral olmasının qarşısını almağa çalışırlar  - Reuters

20 Noyabr 2018, 09:12 (GMT +4)
Azərbaycan kərə yağı idxalını azaldıb

20 Noyabr 2018, 09:08 (GMT +4)
Gəncədə yaşayış binasında güclü partlayış olub, ölən və yaralananlar var (FOTO, VİDEO)

20 Noyabr 2018, 09:02 (GMT +4)
Tanınmış jurnalist yeni vəzifəyə gətirilib (RƏSMİ)

20 Noyabr 2018, 09:00 (GMT +4)
Bu gün Qarakənd faciəsindən 27 il ötür

19 Noyabr 2018, 18:30 (GMT +4)
ETSN: Ölkə üzrə 136 minə yaxın ağac tingi paylanılıb

19 Noyabr 2018, 18:22 (GMT +4)
Bakıda turizm sahəsində ilk dəfə startup yarışı keçirilib 

19 Noyabr 2018, 18:02 (GMT +4)
Təbiətə 32000 manat məbləğində ziyan dəyib - nazirlik

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66