Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Yaqub Mahmudov: İstedadlı gənclər dissertasiyalarını müdafiə etdikdən sonra AMEA-nı tərk edirlər

07 Noyabr 2018, 13:42 (GMT +4)

Bakı, 7 noyabr, SalamNews. “Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) aşağı əmək haqqı ilə gəncləri elmə cəlb etmək mümkün deyil. Olduqca maraqlı mövzularda araşdırma aparan istedadlı gənclər dissertasiyalarını müdafiə etdikdən sonra AMEA-nı tərk edirlər”.

Tarix İnstitutundan SalamNews-a verilən məlumata görə, bunu institutun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib.

O bildirib: “Büdcə zərfi müstəqil Azərbaycanda büdcə mədəniyyətinin formalaşmasını sübut edir. Büdcə zərfi sübut edir ki, Azərbaycanın maliyyə-iqtisadiyyat strukturları cavabdeh olduqları sahələrin peşəkarlarıdır. 2019-cu ilin büdcəsi müstəqil Azərbaycanın inkişafının güzgüsüdür. Bununla belə bəzi sahələrə daha artıq diqqət yönəldilməlidir. Hər şeydən əvvəl elmin inkişafına diqqət artırılmalıdır. Elmsiz inkişafın gələcəyi yoxdur. Məni kadr hazırlığı, xüsusilə Azərbaycan tarix elmi üçün gənc kadrların hazırlanmasının vəziyyəti narahat edir.

İstərdik ki, AMEA-nın istedadlı gənclərinin mənzil-məişət şəraiti yaxşılaşdırılsın və onlar üçün “Gənc alimlər Evi”nin tikilməsinə vəsait ayrılsın. Elmi-tədqiqat işlərinin ağırlığı tədqiqatçı alimlərin – elmi işçilərin üzərindədir. Onların əmək haqqı isə arzuolunan səviyyədə deyil. Magistr və doktorantların təqaüdləri artırılmalıdır. AMEA-nın bir çox institutu sovet dövründən qalma binalarda fəaliyyət göstərir.

Xalqımızın tarixinin öyrənilməsi üçün xüsusi əhəmiyyəti olan AMEA Tarix İnstitutunun cəmi 10-12 otağı var. Tarix İnstitutunun maddi-texniki bazasını bir sıra qonşu ölkələrin elmi qurumlarındakı vəziyyət ilə müqayisə etməkdə çətinlik çəkirəm. Ölkə başçısının tapşırığı ilə tariximiz saxtalaşdırmalar və təhriflərdən təmizlənir. Tarixçilərimiz müstəqillik dövrünün yeni tarixini yaratmışlar. Son illərdə nəşr olunmuş fundamental tədqiqatlar, o cümlədən “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri” və “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kimi onlarla kitablarımız müxtəlif dünya dillərinə tərcümə olunaraq xarici ölkələrdə yayılıb. Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında son 15 ildə Tarix İnstitutunda 400-dən çox tədqiqat əsəri işıq üzü görüb. Bütün bu işləri tarixçilərimiz özlərinə şərəf bilərək çətin maddi-texniki baza əsasında həyata keçirmişlər.

Biz istərdik ki, qonşu ölkələrdəki kimi, Azərbaycan tarixçilərinin də normal iş şəraiti olsun. Tariximizə dair kitabların nəşr olunması üçün büdcədə lazımınca vəsait nəzərdə tutulsun”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AMEA-nın Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyi qeyd olunub (FOTOLAR)

AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşları təltif edilib

AMEA-nın Yüksək Texnologiyalar Parkına infotur təşkil olunub

AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşları təltif edilib

Caspian European Club AMEA ilə birgə biznes-forum keçirib

AMEA-nın adlı mükafatları fəxri medallarla əvəz ediləcək

AMEA və "Caspian European Club" təşkilatı birgə biznes forum keçirəcək

AMEA-nın həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşları artırılıb

AMEA-nın institutlarında yeni şöbələr yaradılacaq

AMEA-nın magistrant və doktorantları yataqxana ilə təmin ediləcək

AMEA Yüksәk Texnologiyalar Parkı ANAMA ilə Niyyət Sazişi imzalayıb

AMEA-nın prezidenti Bolqarıstanlı həmkarı ilə görüşüb

AMEA-nın bir qrup əməkdaşı mükafatlandırılacaq

AMEA əməkdaşları üçün tikilən binada işlər davam etdirilir

AMEA Mərkəzi Elmi Kitabxanası SalamNews-u təltif edib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA-nın professorlarının koordinasiya şurası yaradılıb

Akademik Nərgiz Paşayeva AMEA-nın vitse-prezidenti seçilib

Akif Əlizadə yenidən AMEA prezidenti seçilib

AMEA Rəyasət Heyətinin 2017-ci il üzrə fəaliyyətinə dair hesabat təsdiq edilib

19 Noyabr 2018, 18:30 (GMT +4)
ETSN: Ölkə üzrə 136 minə yaxın ağac tingi paylanılıb

19 Noyabr 2018, 18:22 (GMT +4)
Bakıda turizm sahəsində ilk dəfə startup yarışı keçirilib 

19 Noyabr 2018, 18:02 (GMT +4)
Təbiətə 32000 manat məbləğində ziyan dəyib - nazirlik

19 Noyabr 2018, 17:56 (GMT +4)
Ağcabədidə brakonyerlər saxlanılıblar

19 Noyabr 2018, 17:50 (GMT +4)
Vladimir Putin: Rusiya Türkiyə ilə ticarət həcmini 100 milyard dollara yüksəldəcək

19 Noyabr 2018, 17:44 (GMT +4)
AMŞ ilə Rusiya Jurnalistlər İttifaqı arasında Memorandum imzalanıb

19 Noyabr 2018, 17:34 (GMT +4)
Bakıda və regionlarda qəssablara qarşı reydlər keçirilir

19 Noyabr 2018, 17:27 (GMT +4)
Nazirliyin 100 illiyi ilə əlaqədar jurnalistlər üçün müsabiqə elan olunub

19 Noyabr 2018, 17:15 (GMT +4)
Afrində radikal qruplaşmanın onlarla üzvü təslim olub (VIDEO)

19 Noyabr 2018, 17:05 (GMT +4)
Xüsusi siniflərdə dərs deyən müəllimlər üçün seminar təşkil olunub

19 Noyabr 2018, 16:50 (GMT +4)
"Türk axını" Türkiyə və Rusiya arasındakı əməkdaşlıq səviyyəsinin göstəricisidir - Ərdoğan

19 Noyabr 2018, 16:36 (GMT +4)
Son 7 ildə ilk dəfə olaraq – İordaniya Parlamenti deputatları Dəməşqə gediblər

19 Noyabr 2018, 16:31 (GMT +4)
Azərbaycan və Belarus prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər

19 Noyabr 2018, 16:25 (GMT +4)
Vladimir Putin Türkiyəyə səfər edib

19 Noyabr 2018, 16:14 (GMT +4)
Azərbaycan-Belarus sənədləri imzalanıb 

19 Noyabr 2018, 15:56 (GMT +4)
“İrəli”nin keçirdiyi yarışların rayon üzrə qalibləri müəyyənləşib

19 Noyabr 2018, 15:52 (GMT +4)
Amerikanın burnunu yerə sürtəcəyik – Həsən Ruhani

19 Noyabr 2018, 15:50 (GMT +4)
Energetika naziri “Türk axını” ilə bağlı mərasimdə iştirak edəcək

19 Noyabr 2018, 15:44 (GMT +4)
Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə görüşü olub 

19 Noyabr 2018, 15:37 (GMT +4)
Almaniya Kaşıkçı cinayəti ilə bağlı 18 Səudiyyə Ərəbistanı vətəndaşına sanksiya tətbiq edəcək

19 Noyabr 2018, 15:33 (GMT +4)
Dövlət Komitəsində italiyalı diplomat Mario Rafaelli ilə görüş olub

19 Noyabr 2018, 15:24 (GMT +4)
Həsən Ruhani: İran ABŞ-ın təzyiqlərinə boyun əyməyəcək

19 Noyabr 2018, 15:20 (GMT +4)
BDU-nun doktorantı elmi məqalə müsabiqəsində II yerin qalibi olub

19 Noyabr 2018, 15:12 (GMT +4)
MilliNet2018 münsiflərinin yeni tərkibi təsdiqlənib

19 Noyabr 2018, 15:05 (GMT +4)
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu həftə Mərdəkandadır

19 Noyabr 2018, 14:56 (GMT +4)
ASA Hüquq komitəsinin növbədənkənar görüşü keçirilib

19 Noyabr 2018, 14:50 (GMT +4)
“CinemaPlus”da azərbaycan dilində yeni cizgi filminin nümayişi keçirilib

19 Noyabr 2018, 14:43 (GMT +4)
Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri bəlli olub

19 Noyabr 2018, 14:39 (GMT +4)
İslam dünyasında Peyğəmbərin mövludu ilə bağlı vəhdət həftəsinə start verilib

19 Noyabr 2018, 14:37 (GMT +4)
"Nənə-baba və baldan şirin nəvələr” adlı yeni layihəyə start verilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66