Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » CƏMİYYƏT

Təhsil müəssisələrində Dövlət Bayrağı Günü qeyd olunub

09 Noyabr 2018, 16:03 (GMT +4)

Bakı, 9 noyabr, SalamNews. Paytaxt məktəblərində 9 noyabr-Dövlət Bayrağı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

SalamNews xəbər verir ki,  təhsil müəssisələrində məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə Dövlət Bayrağı Gününə həsr olunan konfrans, ədəbi-bədii gecə, mühazirə, disput və “Dəyirmi masa”lar təşkil edilib. Eləcə də təhsil müəssisələrində dövlət atributlarına aid fotostendlər hazırlanıb, məktəblilər arasında rəsm, bədii qiraət, inşa yazı müsabiqələri, idman yarışları keçirilib, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub.

“Bir kərə yüksələn bayraq bir daha enməz!”, "Bayaq kimliyimdir, bayraq mənliyim", “Bayrağımız baş tacımız”, “Bayrağımız qürur mənbəyimizdir!”, “Qarabağda dalğalan, bayrağım”, “Mənim bayrağım ən gözəl bayraqdır” və digər mövzularda təşkil olunmuş tədbirlər Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirlərdə bayrağımızın yaranma tarixi, ulu öndər Heydər Əliyevin Dövlət bayrağı haqqındakı fikirləri, Azərbaycan bayrağının şanlı tarixi haqqında geniş məlumat verilib. Bildirilib ki, ölkə başçısının 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə təsis edilən Dövlət Bayrağı Günü müqəddəs bayrağımıza, tarixi keçmişimizə və mənəvi-siyasi dəyərlərimizə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək göstəricisidir.

Çıxış edənlər Dövlət Bayrağı Gününün bütün azərbaycanlılar tərəfindən qeyd edilməsini milli birliyin nişanəsi adlandırıb, şagirdlərə uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı uca tutmağı tövsiyə ediblər.

Həmçinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə torpaqlarımızın düşmən işğalından azad ediləcəyinə, üçrəngli bayrağımızın doğma Qarabağımızın hər bir guşəsində dalğalanacağına əminlik bildirilib.

Tədbirlərdə şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı təsdiqlənib

Bakıda Türkiyədə təhsil alan azərbaycanlı məzunların görüşü keçirilib

Təhsil naziri Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycanda sanator tipli məktəbəqədər təhsil müəssisələri yaradılacaq

İsmayıllının Basqal qəsəbəsində yeni ümumtəhsil məktəbi tikiləcək

Təhsil naziri Saatlı şəhərində vətəndaşları qəbul edəcək

Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə “Bayraq yürüşü” keçirəcək

Bolqarıstanla Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb

Firudin Qurbanov Tacikistanın təhsil nazirinin müavini ilə görüşüb

“Sağlam təhsil” məktəbəhazırlıq qruplarına mediatur təşkil edilib

Azərbaycan ilə Monteneqro arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib

Təhsil Nazirliyinin nümayəndə heyəti Türkiyədə səfərdə olub

Azərbaycanda peşə təhsili ilə bağlı yeni layihələr hazırlanır

Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzində seminar keçirilib

Türkiyənin Qazi Universitetinin nümayəndə heyəti Təhsil Nazirliyində olub

Təhsil müəssisələrində müstəqilliyin 27-ci ildönümü qeyd olunub

Azərbaycan və Çin musiqiçiləri arasında təhsil əlaqələri inkişaf etdiriləcək

UNEC “Təhsil almaq üçün hansı universiteti seçərdiniz” nominasiyasının qalibi olub

Kapital Bank təhsil işçiləri üçün yeni aksiyası keçirir

“Sahibkar – peşə təhsili əməkdaşlığı” adlı milli konfrans keçirilib

19 Noyabr 2018, 18:30 (GMT +4)
ETSN: Ölkə üzrə 136 minə yaxın ağac tingi paylanılıb

19 Noyabr 2018, 18:22 (GMT +4)
Bakıda turizm sahəsində ilk dəfə startup yarışı keçirilib 

19 Noyabr 2018, 18:02 (GMT +4)
Təbiətə 32000 manat məbləğində ziyan dəyib - nazirlik

19 Noyabr 2018, 17:56 (GMT +4)
Ağcabədidə brakonyerlər saxlanılıblar

19 Noyabr 2018, 17:50 (GMT +4)
Vladimir Putin: Rusiya Türkiyə ilə ticarət həcmini 100 milyard dollara yüksəldəcək

19 Noyabr 2018, 17:44 (GMT +4)
AMŞ ilə Rusiya Jurnalistlər İttifaqı arasında Memorandum imzalanıb

19 Noyabr 2018, 17:34 (GMT +4)
Bakıda və regionlarda qəssablara qarşı reydlər keçirilir

19 Noyabr 2018, 17:27 (GMT +4)
Nazirliyin 100 illiyi ilə əlaqədar jurnalistlər üçün müsabiqə elan olunub

19 Noyabr 2018, 17:15 (GMT +4)
Afrində radikal qruplaşmanın onlarla üzvü təslim olub (VIDEO)

19 Noyabr 2018, 17:05 (GMT +4)
Xüsusi siniflərdə dərs deyən müəllimlər üçün seminar təşkil olunub

19 Noyabr 2018, 16:50 (GMT +4)
"Türk axını" Türkiyə və Rusiya arasındakı əməkdaşlıq səviyyəsinin göstəricisidir - Ərdoğan

19 Noyabr 2018, 16:36 (GMT +4)
Son 7 ildə ilk dəfə olaraq – İordaniya Parlamenti deputatları Dəməşqə gediblər

19 Noyabr 2018, 16:31 (GMT +4)
Azərbaycan və Belarus prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər

19 Noyabr 2018, 16:25 (GMT +4)
Vladimir Putin Türkiyəyə səfər edib

19 Noyabr 2018, 16:14 (GMT +4)
Azərbaycan-Belarus sənədləri imzalanıb 

19 Noyabr 2018, 15:56 (GMT +4)
“İrəli”nin keçirdiyi yarışların rayon üzrə qalibləri müəyyənləşib

19 Noyabr 2018, 15:52 (GMT +4)
Amerikanın burnunu yerə sürtəcəyik – Həsən Ruhani

19 Noyabr 2018, 15:50 (GMT +4)
Energetika naziri “Türk axını” ilə bağlı mərasimdə iştirak edəcək

19 Noyabr 2018, 15:44 (GMT +4)
Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə görüşü olub 

19 Noyabr 2018, 15:37 (GMT +4)
Almaniya Kaşıkçı cinayəti ilə bağlı 18 Səudiyyə Ərəbistanı vətəndaşına sanksiya tətbiq edəcək

19 Noyabr 2018, 15:33 (GMT +4)
Dövlət Komitəsində italiyalı diplomat Mario Rafaelli ilə görüş olub

19 Noyabr 2018, 15:24 (GMT +4)
Həsən Ruhani: İran ABŞ-ın təzyiqlərinə boyun əyməyəcək

19 Noyabr 2018, 15:20 (GMT +4)
BDU-nun doktorantı elmi məqalə müsabiqəsində II yerin qalibi olub

19 Noyabr 2018, 15:12 (GMT +4)
MilliNet2018 münsiflərinin yeni tərkibi təsdiqlənib

19 Noyabr 2018, 15:05 (GMT +4)
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu həftə Mərdəkandadır

19 Noyabr 2018, 14:56 (GMT +4)
ASA Hüquq komitəsinin növbədənkənar görüşü keçirilib

19 Noyabr 2018, 14:50 (GMT +4)
“CinemaPlus”da azərbaycan dilində yeni cizgi filminin nümayişi keçirilib

19 Noyabr 2018, 14:43 (GMT +4)
Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri bəlli olub

19 Noyabr 2018, 14:39 (GMT +4)
İslam dünyasında Peyğəmbərin mövludu ilə bağlı vəhdət həftəsinə start verilib

19 Noyabr 2018, 14:37 (GMT +4)
"Nənə-baba və baldan şirin nəvələr” adlı yeni layihəyə start verilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66