Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İQTİSADİYYAT

“AZAL”ın prezidenti ABŞ Nəqliyyat Komandanı ilə görüşüb

09 Noyabr 2018, 14:58 (GMT +4)

Bakı, 9 noyabr, SalamNews. ABŞ Nəqliyyat komandanı general Stefan Layonsun rəhbərlik etdiyi nümayəndə heyətiBakıya işgüzar səfərə gəlib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, səfər çərçivəsində qonaqlar Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən "Baku Cargo Terminal" yük terminalı ilə tanış oldular.

Ümumi sahəsi 25 min m2 olan "Baku Cargo Terminal"MDB məkanında ən böyük və texniki cəhətdən təchiz edilmiş yük terminalıdır. Bakı yük terminalı ABŞ və Asiya arasında yüklərin daşınması üzrə əsas əlaqələndirici qovşaq qismində çıxış edir.

AZAL-ın prezidenti Cahangir Əsgərovla görüş zamanı tərəflər iki ölkə arasında aviasiya sahəsində möhkəm tərəfdaşlıq münasibətlərindən məmnunluq hissi duyduqlarını bildirdilər.

Cahangir Əsgərov Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında mülki aviasiya sahəsində ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Xüsusən qeyd etmək lazımdır ki, ABŞ-ın ən böyük aerokosmik korporasiyası “Boeing” "Azərbaycan Hava Yolları"nın strateji tərəfdaşıdır. Bundan əlavə 2016-cı ilin iyun ayından Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında “Açıq Səma” ("Open Skies") müqaviləsi qüvvəyə minmişdir və bu müqaviləyə əsasən operatorlara sərnişin və yük aviadaşımaları üzrə daha sərfəli və səmərəli xidmətlər təqdim edilir.

Azərbaycanın mülki aviasiya normativ bazasının təkmilləşdirilməsi nəticəsində ABŞ Federal Aviasiya Administrasiyası Azərbaycana aviasiya təhlükəsizliyi sahəsində ən yüksək səviyyəni – “A” kateqoriyasını vermişdir. Bunun sayəsində iki dövlət arasında birbaşa aviareyslərin yerinə yetirilməsinə başlanması mümkün olmuşdur. “Azərbaycan Hava Yolları”nın Bakıdan Nyu-Yorka müntəzəm uçuşları müasir «Boeing-787-8» Dreamliner hava gəmilərində həyata keçirilir.

Görüş zamanı Azərbaycanda müasir nəqliyyat infrastrukturunun yaradıldığı qeyd olunmuş, nəqliyyat, tranzit və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu bildirilmişdir.

Stefan Layonsun sözlərinə görə Azərbaycan bütün istiqamətlərdə, o cümlədən nəqliyyat sahəsində etibarlı tərəfdaşdır. O, bildirdi ki, ABŞ təhlükəsizlik sahəsində əməkdaşlığın təmin edilməsində, o cümlədən Əfqanıstanda həyata keçirilən sülhpərvər əməliyyatlarda ölkəmizin rolunu yüksək qiymətləndirir.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AZAL Əl-Küveytə müntəzəm reyslər həyata keçirməyə başlayacaq

AZAL-ın top-menecerləri CEO Lunch Baku-nun fəxri qonağı olacaqlar

Heydər Əliyev prospekti-Hava Limanı avtomobil yolunda sürət həddi azaldılıb

İradə İbrahimova: Xəzərdə nəsli kəsilməkdə olan balıqların azalmasının qarşısını almalıyıq

Azərbaycanda uçot dərəcəsi azaldılıb

Azərbaycanda problemli kreditlər azalmaqda davam edir

AZAL və Dövlət Turizm Agentliyi əməkdaşlıq edəcək

AZAL və "Belavia" Bakı-Minsk marşrutu üzrə kod-şerinq sazişi imzalayıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 12% azalıb

Azərbaycanda orta aylıq əmək haqqı azalıb

Azərbaycanda illik inflyasiya azalıb

AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq

AZAL-ın prezidenti İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycanda istilik effekti yaradan qazların emmisiyası 35% azaldılacaq

AZAL İsveçrəyə uçuşlara başlayır

“Ştutqart” mağazalar şəbəkəsindən növbəti “yubiley endirimi”

AZAL xanım işçi axtarır

AZAL daha 14 şəhərə uçuşlar həyata keçirəcək

Ötən ilin müvafiq dövrü ilə müqayisədə avtoqəzaların sayı azalıb

SOCAR-ın işçilərinin sayı azalıb

19 Noyabr 2018, 18:30 (GMT +4)
ETSN: Ölkə üzrə 136 minə yaxın ağac tingi paylanılıb

19 Noyabr 2018, 18:22 (GMT +4)
Bakıda turizm sahəsində ilk dəfə startup yarışı keçirilib 

19 Noyabr 2018, 18:02 (GMT +4)
Təbiətə 32000 manat məbləğində ziyan dəyib - nazirlik

19 Noyabr 2018, 17:56 (GMT +4)
Ağcabədidə brakonyerlər saxlanılıblar

19 Noyabr 2018, 17:50 (GMT +4)
Vladimir Putin: Rusiya Türkiyə ilə ticarət həcmini 100 milyard dollara yüksəldəcək

19 Noyabr 2018, 17:44 (GMT +4)
AMŞ ilə Rusiya Jurnalistlər İttifaqı arasında Memorandum imzalanıb

19 Noyabr 2018, 17:34 (GMT +4)
Bakıda və regionlarda qəssablara qarşı reydlər keçirilir

19 Noyabr 2018, 17:27 (GMT +4)
Nazirliyin 100 illiyi ilə əlaqədar jurnalistlər üçün müsabiqə elan olunub

19 Noyabr 2018, 17:15 (GMT +4)
Afrində radikal qruplaşmanın onlarla üzvü təslim olub (VIDEO)

19 Noyabr 2018, 17:05 (GMT +4)
Xüsusi siniflərdə dərs deyən müəllimlər üçün seminar təşkil olunub

19 Noyabr 2018, 16:50 (GMT +4)
"Türk axını" Türkiyə və Rusiya arasındakı əməkdaşlıq səviyyəsinin göstəricisidir - Ərdoğan

19 Noyabr 2018, 16:36 (GMT +4)
Son 7 ildə ilk dəfə olaraq – İordaniya Parlamenti deputatları Dəməşqə gediblər

19 Noyabr 2018, 16:31 (GMT +4)
Azərbaycan və Belarus prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər

19 Noyabr 2018, 16:25 (GMT +4)
Vladimir Putin Türkiyəyə səfər edib

19 Noyabr 2018, 16:14 (GMT +4)
Azərbaycan-Belarus sənədləri imzalanıb 

19 Noyabr 2018, 15:56 (GMT +4)
“İrəli”nin keçirdiyi yarışların rayon üzrə qalibləri müəyyənləşib

19 Noyabr 2018, 15:52 (GMT +4)
Amerikanın burnunu yerə sürtəcəyik – Həsən Ruhani

19 Noyabr 2018, 15:50 (GMT +4)
Energetika naziri “Türk axını” ilə bağlı mərasimdə iştirak edəcək

19 Noyabr 2018, 15:44 (GMT +4)
Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə görüşü olub 

19 Noyabr 2018, 15:37 (GMT +4)
Almaniya Kaşıkçı cinayəti ilə bağlı 18 Səudiyyə Ərəbistanı vətəndaşına sanksiya tətbiq edəcək

19 Noyabr 2018, 15:33 (GMT +4)
Dövlət Komitəsində italiyalı diplomat Mario Rafaelli ilə görüş olub

19 Noyabr 2018, 15:24 (GMT +4)
Həsən Ruhani: İran ABŞ-ın təzyiqlərinə boyun əyməyəcək

19 Noyabr 2018, 15:20 (GMT +4)
BDU-nun doktorantı elmi məqalə müsabiqəsində II yerin qalibi olub

19 Noyabr 2018, 15:12 (GMT +4)
MilliNet2018 münsiflərinin yeni tərkibi təsdiqlənib

19 Noyabr 2018, 15:05 (GMT +4)
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu həftə Mərdəkandadır

19 Noyabr 2018, 14:56 (GMT +4)
ASA Hüquq komitəsinin növbədənkənar görüşü keçirilib

19 Noyabr 2018, 14:50 (GMT +4)
“CinemaPlus”da azərbaycan dilində yeni cizgi filminin nümayişi keçirilib

19 Noyabr 2018, 14:43 (GMT +4)
Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri bəlli olub

19 Noyabr 2018, 14:39 (GMT +4)
İslam dünyasında Peyğəmbərin mövludu ilə bağlı vəhdət həftəsinə start verilib

19 Noyabr 2018, 14:37 (GMT +4)
"Nənə-baba və baldan şirin nəvələr” adlı yeni layihəyə start verilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66