Hərbiçilər arasında idman yarışı keçirilib
18 Avqust 2017, 16:27 (GMT +4)
Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə start verilmiş “Gənclik həftəsi” layihəsi çərçivəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində əsgərlər arasında “Nərd”, “Şahmat” və “Dama” idman növü üzrə birincilik keçirilib
Yarışın nəticəsinə görə “Nərd” idman növü üzrə sürücü Fariz Əliyev I, müddətdən artıq xidmət edən hərbi qulluqçu Gündüz Hüseynov II, əsgər Nasir Cəfərov III; “Şahmat” idman növü üzrə baş əsgər Anar Ələkbərov I, baş əsgər Emin Musayev II, çavuş Vüqar Qasımov III; “Dama” idman növü üzrə Kamran Yusifov I, əsgər Əbülfət Abdulhəlimov II, müddətdən artıq xidmət edən hərbi qulluqçu Aqil Qaraxanov III yeri tutub
Qaliblər Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
|