Azərbaycanın bəzi məktəblərində “Son zəng” qeyd olunur
31 May 2014, 10:58 (GMT +4)
Bakı, 31 may, SalamNews, A.Bayramova. Azərbaycanın bəzi məktəblərində bu gün “Son zəng” qeyd olunur.
SalamNews-un məlumatına görə, hər il ölkədə “Son zəng” tədbirləri mayın 31-də keçirilib. Lakin bu il mayın 31-i şənbə gününə düşdüyündən “Son zəng” tədbirlərinin vaxtında müəyyən dəyişiklik olunub. Belə ki, Azərbaycanda tədris həftəsi 5 günlük olan orta məktəblərdə “Son zəng” dünən çalınıb. Bu gün isə tədris həftəsi 6 günlük olan orta məktəblərdə “Son zəng” tədbiri keçirilir.
FOTO: Ş.Nəzərli.
|