I Avropa Oyunlarının rəsmi bağlanış mərasimi keçirilib
29 İyun 2015, 14:53 (GMT +4)
Bakı, 29 iyun, SalamNews.Bakı Olimpiya Stadionunda I Avropa Oyunlarının rəsmi bağlanış mərasimi keçirilib.
SalamNews xəbər verir ki, Bakı Olimpiya Stadionunda qurulan əsas səhnə açılış mərasimində olduğu kimi, bu dəfə də bənzərsizliyi, genişliyi ilə diqqəti çəkirdi. Əsas və yardımçı səhnələr buta formasında işlənib və LED diodları ilə işıqlandırılıb. Stadion üzərində ümumi uzunluğu 250 metr, yükgötürmə qabiliyyəti 7,5 ton olan xətlər çəkilib. Mərasimin təşkili üçün 20 ölkədən avadanlıq gətirilib, stadionda 800 səsgücləndirici quraşdırılıb.
|