“Tour d'Azerbaidjan-2016” beynəlxalq velosiped turuna start verilib
04 May 2016, 15:31 (GMT +4)
Mayın 4-də beş mərhələdən ibarət “Tour d'Azerbaidjan-2016” beynəlxalq velosiped turuna start verilib.
İştirakçılar 1-ci mərhələdə Bakı - Sumqayıt (154 km) qət edəcəklər. Bayraq meydanından start götürən turda 19 ölkədən 21 komanda iştirak edir ki, onlardan da 6-sı pro-kontinental, “Synergy Baku” da daxil olmaqla 14-ü kontinental, 1-i isə milli komandadır. Hazırda veloyürüşə Amerikanın “Terenqqanu” komandasından olan Mohd Zamri liderlik edir. “Synergy Baku”-nın heyətində Elçin Əsədov, Maksim Averin, Matiya Kvasina, Matey Muqerli, Kirill Pozdnyakov və İoannis Tamuridis çıxış edir.
|