AZƏRBAYCAN » İDMAN
11 Mart 2015, 14:27 (GMT +4)

"Bakı-2015" Avropa Oyunları AzTV ilə yayım sazişi imzalayıb

Bakı, 11 mart, SalamNews, A.Bayramova. Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi bu yay keçiriləcək birinci Avropa Oyunlarının ev sahibi ölkə Azərbaycanda yayımını təmin etmək üçün bu gün Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (Aztv) ilə saziş imzalayıb.

SalamNews xəbər verir ki, Bakı 2015 yarışları 17 gün boyunca həm AzTV və AzTV Sport (idman Azərbaycan) kanalında nümayiş olunacaq.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Bakı 2015 Avropa Oyunları Azərbaycanın tarixində həlledici məqam olacaq: “AzTV Azərbaycan xalqının üçün milli televiziya və radio kanalıdır. Bu çox sevindirici məqamdır ki, bütün ölkə bu tədbirləri dəstəkləyir”.

O həmçinin bildirib ki, bu yarışlar Azərbaycan adını daha da zirvələrə qaldıracaq: “ İlk Avropa oyunlarını 1 milyarddan çox tamaşaçı seyr edəcək. Şübhə etmirəm ki, Bakı 2015 Avropa Oyunları Azərbaycan üçün unudulmaz olacaq”.

AzTV-nin sədri Arif Alışanov isə bildirib ki, biz ilk Avropa Oyunlarının AzTv vastəsilə yayımlanmasını özümüz üçün böyük şərəf sayırıq.