RUSİYA » DİN
27 Mart 2015, 11:55 (GMT +4)

Tomskda bu gün "Qırmızı məscid"in təntənəli açılış mərasimi keçiriləcək

Bakı, 27 mart, SalamNews, Ş.Nəzərli, C.Nəzərov. Rusiyanın Tomsk vilayətinin eyniadlı şəhərində bu gün "Qırmızı məscid"in bərpadan sonra təntənəli açılış mərasimi keçiriləcək.

Bu barədə SalamNews "admin.tomsk.ru"ya istinadla xəbər verir.

Vilayət müftisi Nizamuddin Cumayevin qeyd etdiyi kimi, "bu, bütün region dindarları üçün vacib və uzun müddətdir, gözlənilən hadisə"dir.

Məlumat üçün bildirək ki, Qırmızı məscid 1904-cü ildə tikilib. 1931-ci ildə bağlanan məscid binası sonralar kino zalı kimi istifadə edilib. Bina dindarlara məscid kimi 2003-cü ildə qaytarılıb.

Bərpa işləri təxminən üç il əvvəl başlayıb. Ötən ilin oktyabrında 47 metr hündürlüyə malik minarəyə günbəz qoyulub.

Tomskun Tatarskaya küçəsində yerləşən məscidin bərpasına ümumilikdə təxminən 70 milyon rubl xərclənib.