DÜNYA » SƏRGİLƏR
06 May 2015, 10:42 (GMT +4)

İstanbulda Azərbaycanın da iştirak etdiyi “İDEF-2015” beynəlxalq müdafiə sənayesi sərgisi açılıb (FOTOLENT)

Bakı, 6 may, SalamNews. İstanbulda “İDEF-2015” beynəlxalq müdafiə sənayesi sərgisi açılıb. Sərginin açılışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

SalamNews xəbər verir ki, sərgi ilə əlaqədar Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalovun və müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdikləri nümayəndə heyətləri Türkiyədə səfərdədir.

“İDEF-2015” sərgisi çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyənin və bir sıra ölkələrin təmsilçiləri ilə görüşlər keçirməsi nəzərdə tutulur.

Sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan 184 adda müdafiə təyinatlı məmulat nümayiş olunur.

Mayın 8-dək davam edəcək sərgiyə dünyanın 46 ölkəsindən şirkətlər, eləcə də müxtəlif ölkələrin müdafiə və müdafiə sənayesi nazirləri qatılıblar.