AZƏRBAYCAN » CƏMİYYƏT
23 Sentyabr 2015, 17:24 (GMT +4)

“Azərbaycan Hava Yolları” əl yükünün icazə verilən çəkisini artırıb

Bakı, 23 sentyabr, SalamNews, R.Ziya. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) bütün reyslərində əl yükünün icazə verilən çəkisini artırıb.

AZAL-dan SalamNews-a verilən məlumata görə, bundan sonra ekonom sinfinin sərnişinləri çəkisi 8 kiloqrama, biznes sinfin müştəriləri isə çəkisi 15 kiloqrama qədər olan əl yükünü özləri ilə götürə bilərlər.

Qeyd edək ki, əvvəl icazə verilən əl yükünün maksimum çəkisi 5 kiloqram idi.

“Azərbaycan Hava Yolları”nın reyslərində əl yükünün ölçüləri 55x35x20 santimetrdən çox olmamalıdır.