AZƏRBAYCAN » DİN
24 Oktyabr 2015, 13:15 (GMT +4)

Filarmoniyada məhərrəm ayı münasibətilə "Ələmdar" simfonik poeması səsləndiriləcək

Bakı, 24 oktyabr, SalamNews. Məhərrəm ayı münasibətilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında iranlı bəstəkar Purya Xadimin “Ələmdar” simfonik poeması səsləndiriləcək.

Bu barədə SalamNews-a Bakıdakı İran Mədəniyyət Mərkəzinin direktor müavini Əlirza Behbudi məlumat verib.

Ə.Behbudi bildirib ki, oktyabrın 25-də Dövlət Filarmoniyası simfonik orkestrinin ifasında dirijor, xalq Artisti professor Rauf Abdullayevin rəhbərliyi ilə “Ələmdar” simfonik poeması səsləndiriləcək. Simfonik poema Azərbaycan orkestri və 60 nəfərlik xor heyəti tərəfindən ifa olunacaq.