DÜNYA » SİYASƏT
26 Oktyabr 2015, 16:34 (GMT +4)

Macarıstanın baş naziri: "Türkiyənin inkişafı üçün Ərdoğan kimi liderə ehtiyac var"

Bakı, 26 oktyabr, SalamNews, N.Ələkbər. "Türkiyənin inkişafı üçün Ərdoğan kimi liderə ehtiyac var."

SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Macarıstanın baş naziri Viktor Orban bəyan edib.

O deyib: "Beynəlxalq mətbuat prezident Rəcəb Tayyib Ərdoğanı "günah keçisi" elan etsə də, mən şəxsən ona hörmət edirəm.

Türkiyənin inkişafını istəyirlərsə, o zaman xoşlarına gəlsə də, gəlməsə də bilməlidirlər ki, güclü bir liderə ehtiyac var.

Avropa İttifaqında güclü idarəçilər sevilmir, onlar, əksinə, təhlükəli kimi xarakterizə edilir, zəif liderlər isə müsbət qəbul olunur.