![]() |
AZƏRBAYCAN » SƏRGİLƏR |
![]() İstanbulda “Azərbaycan - İslam mədəniyyətinin incisi” mövzusunda sərgi təşkil olunub Bakı, 27 oktyabr, SalamNews. Türkiyənin İstanbul şəhərindəki 29 May Universitetində İSAM- İslam Araşdırmaları Mərkəzi ilə birlikdə “Azərbaycan - İslam mədəniyyətinin incisi” mövzusunda sərgi təşkil olunub. Tədbirdə Mərkəzin rəhbəri, dinşünas-alim Təyyar Altıqulac və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək sərgi barədə fikirlərini bölüşüblər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən SalamNews-a verilən məlumata görə, komitə sədrinin birinci müavini S. Salahlı İslamın Azərbaycanda VIII əsrin əvvəllərindən etibarən hakim bir din olduğunu sərgi iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycan xalqının İslam mədəniyyətinə verdiyi töhfələr barədə geniş məlumat verən S. Salahlı qeyd edib ki, Azərbaycan Avropa ilə Asiyanın qovuşacağında yerləşdiyi üçün onun mədəniyyəti də həm Qərbin, həm də Şərqin elementlərini özündə ehtiva edir. Müxtəlif dövrlərdəki qadağalara baxmayaraq ölkəmizdə İslam mədəniyyəti ənənələri uzun illər qorunub saxlanıb və bu gün də həmin dəyərlər inkişaf etdirilir, yeni nəsillərə çatdırılır. Qloballaşma dövründə Azərbaycan mədəniyyəti dünya mədəniyyətinə uğurla inteqrasiya olunur, ancaq müstəqil Azərbaycan dövləti öz mədəniyyət siyasətində milli mənəvi dəyərləri qoruyub saxlamaq üçün əhəmiyyətli tədbirlər həyata keçirir. Qeyd edək ki, sərgi bir neçə gün davam edəcək. |