AZƏRBAYCAN » HADİSƏLƏR
26 Yanvar 2016, 10:30 (GMT +4)

Hacıqabuldakı Axtarma-Paşalı vulkanı püskürüb

Bakı, 26 yanvar, SalamNews. Hacıqabulun Udulu qəsəbəsi ərazisindəki Axtarma-Paşalı vulkanı püskürüb.

SalamNews xəbər verir ki, püskürmə bu gecə saat 03.00 radələrində qeydə alınıb və səhər saatlarına qədər davam edib.

Bildirək ki, püskürən vulkan Azərbaycanın ən böyük vulkanlarından biridir. Bundan əvvəl - 2013-cü ilin aprel ayında püskürən vulkan Şirvan şəhərinin 35 km-liyində yerləşir, cənub-şərqi Şirvan ərazisindədir.

Odla müşayiət olunan vulkan 30-35 metr hündürlüyə qədər qalxıb, ətraf ərazilərdən aydın müşahidə olunub. Vulkan palçığının orta qalınlığı 1 metr 20 sm-dir və 18 hektar sahəni örtüb.