AZƏRBAYCAN » CƏMİYYƏT
08 Fevral 2016, 18:00 (GMT +4)

Jurnalistlər üçün Şahdağ Turizm Mərkəzinə səfər təşkil edilib

Bakı, 8 fevral, SalamNews, A.Bayramova. Jurnalistlər üçün Şahdağ Turizm Mərkəzinə səfər təşkil edilib.

SalamNews xəbər verir ki, Şahdağ Turizm Mərkəzində çox maraqlı və həyəcan dolu layihə baş tutub. "Bizon Run n`Rol"l adlanan layihə hər zaman olduğu kimi Azərbaycanın qış istirahət və xizək mərkəzində əyləncə sektoruna yeniliyə imza atıb. Bu dəfə "Xtreme Pro" təşkilatçıları böyük ölçülərdə kreativ boulinq oyunu təşkil etməyə müvəffəq olublar. Burada əsas ideya müəyyən hündürlükdən içərisinə adam daxil olmuş 3 metrlik böyük şar ilə aşağıda yerləşdirilən böyük keqliləri dağıtmaq, bununla da maraqlı şou və ekstrim əyləncəyə nail olmaqdır.

Oyunun qaydalarına əsasən, bir iştirakçı şarın içində aşağı sürüşməli, ikinci iştirakçı isə müəyyən xüsusi kostyumda şarın qarşısında qaçmalıdır. Yarışmada 2 nəfərdən ibarət komandaların qeydiyyatı elan olunub, qeydiyyata alınmış 140 komanda içərisində ən maraqlı 25 komanda seçilib. Layihənin qaliblərini isə "Xtreme Pro"-nun təşkilatçısıı olduğu yarışlarda ikiqat qalib olan Məryəm Məhəmməd və Gülsümxanım Nəbizadədən ibarət münsiflər heyəti seçib. İki kriteriya üzrə qaliblər aşağıdakı komandalar olub:

“Ən uğurlu texnika” nominasiyasında mamksimum xal toplayan “Колдуны” komandası oldu

“Tamaşaçıların simpatiyası” nominasiyasında maraqlı şou və geyimləri ilə hər kəsin dəstəyini qazanmış “Monster Ladies” komandası qalib gəlib.

Layihənin qalibləri "Bizon Energy Drink" və "Xtreme Pro", habelə Şahdağ Turizm Mərkəzi və PAŞA Sığorta tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıb.