AZƏRBAYCAN » SİYASƏT
05 Mart 2016, 15:53 (GMT +4)

Macarıstanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Bakı, 5 mart, SalamNews. Macarıstanın Baş naziri Viktor Orban martın 5-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

SalamNews-un məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Macarıstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Macarıstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Baş nazir Viktor Orbanı Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.