AZƏRBAYCAN » CƏMİYYƏT
07 Aprel 2016, 11:47 (GMT +4)

Bakıda şəhid Emin Bağırovla vida mərasimi keçirilib (FOTOLENT)

Bakı, 7 aprel, SalamNews, A.Kərimov. Binəqədi rayonunda qoşunların təmas xəttində şəhid olmuş Azərbaycan Ordusunun əsgəri, kəşfiyyatçı Bağırov Emin İmran oğlunun dəfn mərasimi keçirilib.

SalamNews xəbər verir ki, mərasimdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Milli Məclisin deputatları Azay Quliyev və Madər Musayev, Müdafiə Nazirliyinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Binəqədi rayon İdarəsinin rəisi Mehman Qurbanov, rayonun hüquq mühafizə orqanları, rayonun müəssisə və təşkilatları, şəhidin oxuduğu məktəbin kollektivi, İctimai Şuranın üzvləri, ictimai birliklər, birinci Qarabağ müharibəsinin iştirakçıları, YAP Binəqədi rayon təşkilatının fəalları, gənclər o cümlədən, rayon sakinləri iştirak ediblər.

Dəfn mərasimində iştirak edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov şəhidin yaxınlarına və rayon ictimaiyyətinə bildirib ki, Şəhid Bağırov Emin Azərbaycanın suverenliyi uğrunda qəhrəmancasına həlak olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Binəqədi qəsəbə qəbristanlığında torpağa tapşırılan Bağırov Emin İmran oğlu Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında, yaylım atəşinin açılması ilə torpağa tapşırılıb.
Daha sonra şəhid cənazəsinə bükülmüş Azərbaycan bayrağı şəhidin atasına təhvil verilib.