AZƏRBAYCAN » İDMAN
23 Aprel 2016, 14:38 (GMT +4)

“Las Palmas” öz meydanında “Espanyol”a qalib gəlib 

Bakı, 23 aprel, SalamNews. İspaniya La Liqasında 35-ci tura start verilib.

SalamNews xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

Son vaxtlar inamlı təsir bağışlayan “Las Palmas” öz meydanında “Espanyol”u qəbul edib. Oyunu yüksək səviyyədə keçirən debutand komanda fasilə ərəfəsində Nabil El Jarla hesabı dəyişib. 49-cu dəqiqədə katalonlar növbəti dəfə topu tordan çıxarmalı olub. Qolkiper ilk zərbəni dəf etsə də, Conatan Vieranın vuruşu qarşısında aciz qalıb. 56-cı dəqiqədə ev sahibləri qonaqları 3-cü dəfə cəzalandırıb. Pedro Biqas da adını qol vuranların siyahısına əlavə edib. Görüşdə son nöqtəni isə Vakaso Mubarak qoyub. Qüvvətli zərbəylə topu qapıdan keçirən qanalı futbolçu "Las Palmas"ın 4:0 hesablı qələbəsində pay sahibi olub.

Qollar: El Zar, 45, Viera, 49, Biqas, 56, Vakoso, 75