DÜNYA » İQTİSADİYYAT
12 May 2016, 11:16 (GMT +4)

"Forbes" dünyanın ən bahalı brendlərinin adlarını açıqlayıb

Bakı, 12 may, SalamNews, Y.Haqverdiyeva, C.Nəzərov. ABŞ-ın "Forbes" jurnalı ən bahalı brendlərin illik reytinqini dərc edib.

SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, reytinqdə lider mövqeni altıncı dəfədir ki, "Apple" şirkəti tutur.

Liderlər beşliyinə, həmçinin "Google", "Microsoft", "Coca-Cola" və "Facebook" şirkətləri daxildir.

13 il ərzində kvartal gəlirinin azalmasının qeydə alınmasına baxmayaraq "Apple" yenidən favorit olub.

"Forbes" "Apple" brendini 154,1 milyard dollar dəyərində qiymətləndirir. Bu, ikinci yeri tutan "Google"nin analoji göstəricisi ilə müqayisədə 87% çoxdur.

Qeyd etdiyimiz kimi, siyahıda ikinci yeri ötən ildən bəri "Microsoft"u (75,2 milyard dollar) qabaqlayaraq bir mövqe yüksələn "Google" (82,5 milyard dollar) tutur.

"Coca-Cola" dördüncü yeri qoruyub saxlayıb. Onun brendi 56 milyard dollardan 58,5 milyard dollara qədər bahalaşıb.

İlk beşliyi IBM-i geridə qoymağa müvəffəq olan "Facebook" (52,6 milyard dollar) bağlayır.

Ən bahalı brendlər onluğuna "Toyota", "Disney", "McDonald’s" və GE brendləri daxil olub.